Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün xüsusi internet səhifəsi yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün xüsusi internet səhifəsi yaradılıb

Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün xüsusi internet səhifəsi yaradılıb


Bu gündən Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün xüsusi internet səhifəsi istifadəyə verilib. Sözügedən internet səhifəsini yaradan bir neçə gəncdən ibarət «Əngəlsiz Həyat» təşəbbüs qrupundan verilən məlumata görə, www.engelsiz.az saytı hərəkət etmək, görmək, eşitmək, danışmaqda çətinlik çəkən şəxslərə bir çox sahədə dəstək olacaq.

«Əngəlsiz Həyat» layihəsinin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin aktiv sosial həyata inteqrasiyasına dəstək olmaqdır. Sayt vasitəsilə həmin şəxslərə öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun iş tapmaqda kömək olunacaq. Layihə həmçinin fiziki məhdudiyyətləri olan insanların təhsil almasına (treninq və kurslar, təhsil materialları, görmə qabiliyyəti məhdud olan şəxslər üçün xüsusi kitablar və materiallar, həmçinin hərəkət üçün vasitələr ilə təmin edilməsinə) dəstək olacaq.

Sayt öz bilik, bacarıq, təcrübə və maddi imkanlarından istifadə edərək fiziki məhdudiyyətləri olan şəxslərə dəstək olmaq istəyənlər üçün körpü rolunu da oynayacaq.

Qeyd edək ki, layihəyə «Transitons Online» və IREX təşkilatları dəstək verir.

Geri dön