Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 91 il əvvəl Dağlıq Qarabağ vilayəti yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > 91 il əvvəl Dağlıq Qarabağ vilayəti yaradılıb

91 il əvvəl Dağlıq Qarabağ vilayəti yaradılıb


1981-ci ildə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib

Azərbaycan 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürüb.

Bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Mardakert (Ağdərə), Martuni (Xocavənd), Şuşa rayonları və vilayət tabeli Stepanakert (Xankəndi) şəhəri daxil idi. Hazırda keçmiş Dağlıq Qarabağ muxtar vilayəti və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.

Geri dön