Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: "Profilaktik tədbirlər görmək üçün əks formada fəaliyyət göstərməyi də bacarmalıyıq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Profilaktik tədbirlər görmək üçün əks formada fəaliyyət göstərməyi də bacarmalıyıq"

Fərəc Quliyev: "Profilaktik tədbirlər görmək üçün əks formada fəaliyyət göstərməyi də bacarmalıyıq"


Sosial şəbəkələr radikalların toruna düşənlər

Fərəc Quliyev: "Profilaktik tədbirlər görmək üçün əks formada fəaliyyət göstərməyi də bacarmalıyıq"

Osman Gündüz: "Problemin həllinin müvafiq qurumlara həvalə edilməsi daha məqsədəuyğundur"

Sosial şəbəkələrin meydana gəlməsi insanlar arasında ünsiyyəti artırmaqla yanaşı, həm də onların çox məsələdən daha tez agah olmalarına imkan verir. Bəzən bu şəbəkələr insanların dünyagörüşü və şüurunun formalaşmasına da öz təsirini göstərir. Bunun nəticəsidir ki, hazırda sosial şəbəkələr təbliğat prosesində geniş rol oynamağa başlayıb. Lakin bu tip şəbəkələrdən heç də həmişə yaxşı məqsələr naminə istifadə edilmir. Bir sıra hallarda həmin şəbəkələr ekstremist qüvvələrin əlinə də hələ tam püxtələşməmiş gəncləri öz sıralarına cəlb etmək üçün əlverişli imkan verir. Bu fonda radikal dini qüvvələrin son zamanlar xüsusilə canfəşanlıq nümayiş etdirdiyi göz önündədir. Araşdırmalar da göstərir ki, belə qüvvələr sosial şəbəkələrdən gəncləri aldadaraq öz cərgələrinə daxil etmək üçün istifadə edirlər.
Aydın məsələdir ki, sosial şəbəkələrdən faydalanan insanlar arasında gənclər çoxluq təşkil edir. Başqa bir tərəfdən, gənclərin dünyagörüşü hələ tam olaraq formalaşmadığından bu amil də bəzi ekstremist qüvvələri məhz sosial şəbəkələr vasitəsi ilə onları ələ almağa meylləndirir. Görəsən, belə bir vəziyyətdə sosial şəbəkələrdə bu məsələnin qarşısı necə alına bilər? Bura nəzarətin gücləndirilməsinə ehtiyac varmı?
Millət vəkili Fərəc Quliyev bildirdi ki, radikal dini qruplaşmaların gəncləri sosial şəbəkələr vasitəsi ilə aldatmasının qarşısını almaq üçün vətənin və onun insanlarının mənafeyi naminə bütün vasitələrdən istifadə edilə bilər: "Parlamentdə gənclərimizin aldadılaraq radikal dini qruplaşmalara qoşulması məsələsi ilə bağlı olaraq ətraflı çıxışım oldu. Burada bildirdim ki, azərbaycanlılar kənar yerlərə dini təriqət adı altında aparılanda, bu Azərbaycanın kisəsindən gedir. Onlar bizim övladlardır, gedirlərsə, bizim itkimizdir. Həmin gedişin qarşısını almaq üçün ən müxtəlif inzibati yollar təklif olunurdu. Təklif etdim ki, dərhal bu insanları vətən xaini elan etmək, onları həbslə hədələmək lazım deyil. Onlara münasibətdə geri qayıtmaları üçün amnistiya elan edilməlidir. Çünki, onarın qarşısı kəsiləndə öz ölkələrinə fərqli mövqedən baxa bilər, incik düşərlər. Hansı ki, bu vəziyyətə düşmələrindən də düşmənlər istifadə edər. Amma ilk addımdan sonra kimsə bunu anlamaz, amnistiyadan istifadə etməzsə, bu halda hər kəs qanun qarşısında cavab verməlidir. Çünki, bu din, vətən, torpaq savaşıdırsa, ölkəmizin ərazisi işğal altındadır, burada döyüşmək olardı. İkinci bir tərəfdən ən mühümü profilaktik tədbirlərin aparılmasından keçir. Təklif etmişdim ki, orta məktəblərin yuxarı sinifləri və ali məktəblərdə bütün dinlər, hətta məzhəblər belə öyrədilsin. Çünki, məzhəb adı altında savadı olmayan uşaqlar gəlir və bəziləri onları aldadıb yoldan çıxarır. İstənilən halda insanları yolundan çıxarmaq vasitələrindən, sosial şəbəkələr, bəzi mətbu orqanlardan istifadə edirlərsə, onun qarşısını almaqla yanaşı, həm də fərqli, əks formada fəaliyyət göstərə bilən təbliğat şəbəkələri yaratmalıyıq. Əlimizdə daha çox elektron kütləvi informasiya vasitələri var. Televiziyalarda bayağı, mənasız verilişlərin verilməsi əvəzinə, bu kimi məsələləri araşdıran, aydınlaşdıran mütəxəssislərin cəlb olunması, müəyyən mövzularda polemikaların qurulması daha vacibdir. Yol budur. İnsanlarımızı başqa təriqətlərə cəlb edən sistemlər onları ələ ala bilirsə, deməli, biz zəif çalışırıq. Ona görə, həm inzibati yol, həm də insanları yoldan çıxaran sosial şəbəkələrə qarşı tədbirlərin görülməsi ilə bahəm, profilaktik tədbirlər görmək üçün əks formada fəaliyyət göstərməyi də bacarmalıyıq. Əsas diqqəti də məhz əks formada təbliğata yönəltməliyik. Vətən, millət, dövlət, milli sərvətimiz olan insanlar üçün təhdid yaradan sosial şəbəkələr varsa, onların qarşısı ən müxtəlif yollarla alınmalıdır. Çünki, burada hədəf, son nəticə vətəndir, ölkədir, ölkə insanıdır. Ona görə burada bütün imkanlardan istifadə olunmasının tərəfdarıyam. Çəkinmədən bunlar tətbiq edilməlidir".
İnternet və sosial şəbəkələr üzrə mütəxəssis Osman Gündüz problemin həllinin müvafiq qurumlara həvalə edilməsini daha məqsədəuyğun saydı: "İnternet, sosial şəbəkələr açıq şəbəkədir, burada hər hansı bir məhdudiyyət yoxdur. Həmin şəbəkələrdən yararlanaraq radikal dini qruplaşmaların gəncləri aldatmasına yol verməmək üçün sadəcə, diqqəti ona yönəltmək olar ki, sosial mediada qeyri-qanuni məqsədlər, terrorizm naminə istifadə yolverilməzdir, qanunsuzdur. Sosial şəbəkələrdə hansısa bir terrorizmə çağırışlar ola bilərsə, əlbəttə, bu, qeyri-qanunidir və bununla müvafiq qurumlar məşğul olmalıdır. Xarici ölkələrdə müvafiq orqanlar internet şəbəkələrdə monitorinqlər aparır. Monitorinqin nəticəsi olaraq da, müəyyən informasiyalar əldə edib, hansısa bir tədqiqat işi apara bilərlər".


Səməd CƏFƏROV

Geri dön