Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Leykoz xəstəliyindən müalicə olunan jurnalsit Nicat Dağlar bu gün yenidən Almaniyaya yola düşür.
Leykoz xəstəliyindən müalicə olunan jurnalsit Nicat Dağlar bu gün yenidən Almaniyaya yola düşür. |
" Bu dəfə daha dərin müayinələr aparılacaq"
N.Dağlar 1 illik müalicənin yekunu olaraq müayinələrdən keçməlidir. Özünü yaxşı hiss etdiyini və müalicəsinin müsbət nəticə verdiyini deyən həmkarımız bu dəfəki müayinə prosesinin daha əhatəli olacağını deyib: “Müalicəmin nəticəsi ürəkaçandır. Bu dəfə ötən 1 il ərzində keçdiyim müalicə prosesinin nəticəsi müəyyənləşdiriləcək və daha dərin müayinələr aparılacaq. Ümid edirəm ki, müayinələr bu dəfə də arzuladığımız nəticəni verəcək. Şükür Allaha ki, özümü yaxşı hiss edirəm və artıq bir müddətdir ki, normal iş fəaliyyətimi də bərpa etmişəm”. Xatırladaq ki, N.Dağların müalicəsi prezident İlham Əliyevin göstərişi ilə dövlət hesabına aparılır. Həmkarımız ilk dəfə Almaniyaya ötən ilin iyun aynda yollanmışdı. O, bu müddət ərzində üç dəfə Almaniyada olub, Bad Vildungen şəhərinin Hemotologiya Klinikasında müalicə və müayinə prosedurlarından keçib. N.Dağlar davamlı dəstəyə görə prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib: “Ötən 1 il ərzində mənim sağlıq durumuma daim diqqət göstərildi. Həm dərman preparatları ilə təmin olundum, həm də Almaniyada həkimlərin müəyyən etdiyi qrafiq üzrə orada müalicə və müayinə prosedurlarından keçdim. Ən xırda məqamları belə nəzərdən qaçırmadılar. Bir sözlə, Azərbaycan dövləti mənim sağlamlığa qovuşmağım üçün hər şeyi elədi. Buna görə cənab Prezidentə bir daha öz təşəkkürümü bildirir, ona və ailəsinin hər bir üzvünə can sağlığı arzu edirəm”. Geri dön |