Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərə qarşı informasiya mübarizəsində yeni addım
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ermənilərə qarşı informasiya mübarizəsində yeni addım

Ermənilərə qarşı informasiya mübarizəsində yeni addım


“KarabakhİNFO.com” və “1905.az” saytlarının təşəbbüsü ilə iyulun 8-də “KarabakhİNFO.com” beynəlxalq elektron –jurnalının redaksiyasında Qarabağla bağlı ixtisaslaşmış saytlar arasında görüş keçirilmişdir. Görüşdə 1905.az, musiqi-dunya.az, qat.az, karabakh-doc.azerall.info, virtualkarabakh.az, karabakh.az, qam.az, therealstoriesofkarabakh.com, azerbaijanfoundation.az saytlarının rəhbər şəxsləri iştirak etmişdir.
Qeyd edək ki, görüşdə “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının baş redaktoru, yazar Zaur Qəriboğlu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev(1905.az), Tariyel Məmmədov(musigi-dunya.az), Akif Nağı(qat.az), Qədir Nəsirov(“Voice of Karabakh”), Nicat Axundov(karabakh-doc.azerall.info), Rəşad Zeynalov(virtualkarabakh.az), Sərxanbəy Xuduyev(karabakh.az, qam.az), Nadir Bayramov(therealstoriesofkarabakh.com), Rüfət Muradov(azerbaijanfoundation.az) iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan “KarabakhİNFO.com”-un baş redaktoru Zaur Qəriboğlu rəhbərlik etdiyi saytın fəaliyyətinin əsas istiqamətinin Azərbaycan həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması olduğunu qeyd edib. “Biz öz fəaliyyətimizdə erməniləri vəhşi, özümüzü isə məzlum xalq kimi göstərmirik. Əsas məqsəd həqiqəti sənədlərlə, faktlarla təqdim etməkdir. Beynəlxalq ictimaiyyət özü bundan nəticə çıxarsın. Ermənistanın panorama.am saytı bizim saytla bağlı yazı dərc etmişdir və bizi Azərbaycan dövlətinin növbəti propaqandası adlandırmışdır. Bizim görüşümüzün əsas məqsədi də odur ki, birgə fəaliyyət göstərək. Birgə mübarizəyə qoşulaq, tək əldən səs çıxmır” deyə yazar öz fikirlərini bildirib.

1905.az portalının baş redaktoru Fuad Babayev öz çıxışında “KarabakhİNFO.com”-un uğurlarından danışıb:” 2 il bundan əvvəl AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü “KarabakhİNFO.com” saytı yaradıldı. Açığını deyim ki, bu qısa müddət ərzində Karabakhinfo.com saytı öz oxucu auditoriyasını formalaşdıra bilmişdir. Oxucu auditoriyasını formalaşdırmaq bizim iradəmizdən qismən asılı olan bir şeydir. KarabakhİNFO.com bunu edə bilir”.
F.Babayev daha sonra bildirdi ki, AVCİYA-nın digər bir layihəsi Sərsəng problemi ilə bağlıdır. Elxan müəllimin təşəbbüsü ilə Sərsəng su anbarı ilə bağlı Avropa Şurasında məruzəçi təyin edilib. Bununla bağlı sarsang.org saytımız da fəaliyyət göstərir.
“Biz 110 ildir ki, soyqırıma məruz qalırıq. Başımıza gələn Xocalı faciəsi soyqırımların halqasıdır. Bununla bağlı bizim bir layihəmiz də var. Yenə də Elxan m-in təşəbbüsü ilə. Gələn qondarma erməni soyqırımının 100 illiyidir, amma bizim soyqırımın 110 illiyidir. Buna görə də biz 1905.az portalını yaratdıq. Saytımız 12 dildə fəaliyyət göstərir. Artıq müəyyən göstəricilərimiz də var. Mən təklif edirəm ki, burda olan saytların hər biri ilə qarşılıqlı baner mübadiləsi edək” deyə Fuad Babayev rəhbərlik etdiyi portal haqqında məlumat verib və təkliflərini irəli sürüb.
“KarabakhİNFO.com” e-jurnalının baş redaktorunun I müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev öz çıxışı zamanı da əməkdaşı olduğu saytın imkanlarından söhbət açdı:” Bizim saytımız 10 dildə fəaliyyət göstərir. Erməni dili də daxil olmaqla ətrafımızda 10 tərcüməçi var. Erməni mediası və ermənilərə bağlı olan rus mediası daim bu saytı tənqid edirlər. Ermənilər bizim ictimai xadimlərin, jurnalistlərin dediyi sözləri bizə qarşı istifadə etməyə çalışırlar. Ermənilər öz yalanlarını müxtəlif dillərdə dünyaya yayırlar. Niyə biz bunu etməyək?”
Azərbaycan Respublikasi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının əməkdaşı Sərxanbəy Xuduyev çıxışı zamanı Qarabağa aid statistik məlumatları toplaytan zaman bir çox problemlərlə üzləşdiyini qeyd etdi: “Azərbaycan Respublikasi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının saytını işləyən zaman qarşılaşdığım ən böyük problemlərdən biri də sənədlərin etibarlılığıdır. Dillərin sayı nı qədər olsa da orada olan sənədlər etibarlı mənbədən olmalıdır. İşğal olunmuş hər rayonumuz üzrə statistikaları toplayırdım. Dövlət Statistika Komitəsinin verdiyi statistika, Qarabağla bağlı saytların verdiyi statistika fərqli idi. Biz bunları bir-biri ilə müqayisə etdik, ortaq nəticəyə gəldik, çünki bunun məsuliyyəti böyükdür”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı təşəbbüsü yüksək qiymətləndirdi:” Bu gözəl təşəbbüsə görə KarabakhİNFO-ya və 1905.az saytına təşəkkür edirəm. Bu görüşləri daimi olaraq davam etdirməliyik. İşlərimizi də istiqamətləndirməyə çalışaq. Biz bu işimzi iki hissəyə bölə bilərik: 1. Fundamental işlər, monoqrafiyalar 2. Təbliğat xarakterli yazılar.
Musigi-dünya.az saytının baş redaktoru Tariyel Məmmədov da bu işdə mədəniyyətin vacib olduğunu diqqətə çatdırıb:” Bizim əsas məqsədimiz qeyri-maddi irsin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Siyasət budur. Ən güclü siyasət elə mədəniyyətdir. Ən güclü silah mədəniyyətdir”.
Virtualkarabakh.az saytının əməkdaşı Rəşad Zeynalov layihə barədə məlumat verərək layihənin əsas məqsədinin Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat vermək olduğunu bildirib. Bu elektron resursdakı geniş məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, araş­dırmalar, analitik yazılar, faciə qurbanlarının şəhadətləri, xarici müəlliflərin Qarabağla bağlı tədqiqat xarakterli ciddi elmi-kütləvi kitabları, virtual oyunlar, virtual sərgilər, müsabiqələr, bir sözlə, Qarabağla əlaqədar hər şey ölkəmizin yeni nəsil nümayəndələrinə, 50 milyonluq soydaşlarımıza və onların xaricdəki dostlarına, həmyaşıdlarına, dünyanın sülhsevər insanlarına düzgün, həqiqi faktlarla çatdırılmasına yönəlib.
Toplantıda iştirak edən digər iştirakçılar da ermənilərə qarşı informasiya mübarizəsində öz fikirlərini bildirdilər.

Geri dön