Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Hulusi Kılıç: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın razı olmayacağı heç bir sülh formulunu qəbul etməyəcək”
Hulusi Kılıç: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın razı olmayacağı heç bir sülh formulunu qəbul etməyəcək” |
“Azərbaycan-Türkiyə münasibətləri özəl münasibətlərdir “.
Bu fikirləri bu gün ilin yekunlarına həsr edilmiş mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç söyləyib. Türkiyə səfirinin sözlərinə görə, iki dövlət arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir. Türkiyədə baş verən son zəlzələyə toxunan Hulusi Kılıç Azərbaycan rəhbərliyinə, xüsusilə də fövqəladə hallar naziri Kəmaləddin Heydərova xüsusi təşəkkür edib: “Zəlzələ zamanı iki millət bir dövlət olduğumuz bir daha təsdiqləndi. Kəmaləddin bəy və komandası Vanda üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Ona görə onlara çox minnətdarıq”. Qarabağ münaqişəsinə toxunan Kılıç bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın razılaşmayacağı heç bir sülh formulunu qəbul etməyəcək: “Bizim əsas şərtimiz Qarabağın azad edilməsidir. Bundan sonra biz Ermənistanla sərhədləri açarıq”. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini böyük uğur adlandıran səfir bildirib ki, bu, Azərbaycana beynəlxalq səhnədə göstərilən etimadın bir göstəricisidir. Səfirin fikrincə, bu il İzmirdə keçirilən Strateji Əməkdaşlıq Şurasının toplantısı 2011-də Azərbaycan-Türkiyə münasibətləri kontekstində önəmli hadisələrdən biri olub. İqtisadi münasibətlərə toxunan Hulusi Kılıç Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə yatırmasını çox müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu günə kim enerji sektoru da daxil olmaqda Azərbaycan Türkiyə iqtisadiyyatına 10 mlrd. dollar sərmayə yatırıb. Baş çatmaqda olan il ərzində çoxlu sayda ikitərəfli səfərlərin olduğunu xatırladan səfir dövlətlərarası əlaqələrin bütün sahələrdə inkişaf etdiyini söylədi. Onun sözlərinə görə, bu il ölkələr arasında ticarət dövriyyəsinin həcmi bir qədər də artaraq 3 milyard dollara çatıb. “Hər gün Bakıdan İstanbula və əksinə 6 aviareys həyata keçirilir. Bu, sıx münasibətlərimizin bir göstəricisidir. Səfir gələn il Bakıda Strateji Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini deyib: “Bu, çox mühüm toplantıdır. Bundan savayı Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsini gözləyirik. Enerji sahəsində yeni inkişaf gözləyirik”. Geri dön |