Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > 7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir

7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir


"Günəşli" yatağında hasilatın artırılması məqsədilə 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikintisi davam etdirilir.

ARDNŞ-dən verilən məlumata görə, hazırda özülün inşa olunmuş hissələrində korroziyadan mühafizə tədbirləri görülür. Zığ istehsalat sahəsində hazırlanmış 2 ədəd M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir.

Bundan başqa, 17460 kvadretmetrlik metal-konstruksiyanın səthi pas hissəciklərdən təmizlənmiş, ikikomponentli, epoksid boyalarla aşınmadan mühafizə olunmuşdur.

Qeyd edək ki, 7 saylı özülün tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Özüldə korroziyayadan mühafizə işləri "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

Geri dön