Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda işğal altındakı ərazilərin qaytarılması müzakirə olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ermənistanda işğal altındakı ərazilərin qaytarılması müzakirə olunur

Ermənistanda işğal altındakı ərazilərin qaytarılması müzakirə olunur


Erməni kütləvi informasiya vasitələri (KİV) işğal altındakı əraziləri qaytarmağı müzakirə edir.
Amerikanın İrəvandakı səfiri Con Heffern yerli mətbuata verdiyi müsahibədə Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün əsas şərtin Dağlıq Qarabağla əlaqəli oluğunu bildirib.
“Ans-press”in məlumatına görə, populyar erməni portallarından olan “Lragir”ə müsahibə verən Heffern vurğulayıb ki, Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün iki yolu var.
Birinci yol indiki vəziyyətdə qalmaqala Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal Azərbaycana qaytarılması və Madrid prinsipləri əsasında bundan sonrakı prosedurların yerinə yetirilməsidir. İkinci yol isə dövlətin orientasiyasında (gerayiş) kəskin dəyişiklik edərək NATO ilə tərəfdaşlıq yolu tutmasıdır.
Amma bu məsələni gündəmə gətirən erməni şərhçilər Avrasiya İtifaqına girmək istəyən Ermənistanın ikinci variantı (seçənək) gerçəkləşdiriləcəyinə imkanı olacağına inanmırlar. “Ölkənin suverenliyinin itirilməsi üzündən bir tərəfdaş kimi Ermənistana qarşı güclü etibarsızlıq yaranıb”,- deyə erməni şərhçi İqor Muradyan bildirir.
Yəni Muradyanın sözlərindən belə anlaşılır ki, Ermənistanın Dağlıq Qarabağ ətafındakı rayonları qaytararaq danışıqları davam etdirməkdən başqa yolu qalmayıb.

Geri dön