Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Mədəniyyət > Milli Mətbuat Günündə İran həbsxanalarında olan yazar soydaşlarımızı unutmayaq!
Milli Mətbuat Günündə İran həbsxanalarında olan yazar soydaşlarımızı unutmayaq! |
Milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı deyil, həm də söz, milli düşüncə və mədəniyyət hadisəsidir: "Əgər biz 139 il əvvələ boylansaq, görərik ki, yeni yaranan “Əkinçi”, “Kəşkül”, “Kaspi” qəzetlərinin, “Molla Nəsrəddin”, “Füyuzat” və digər o dövrdə nəşr olunan mətbuat orqanlarında əsas məzmun və mahiyyət milli intibah, maarif işığı, mədəniyyət təməli və tərəqqi ünvanıdır. Bu da mətbuatın təsir gücünün və yeni ideallar uğrunda apardığı mübarizənin ayrı-ayrı xətləri idi. Maraqlısı odur ki,Güney və Quzey Azərbaycanda milli mətbuatın əsasını qoyan insanlar həm də müəllimlər olublar. Ona görə də o dövrün mətbuatı əsas hədəfə - milli dövlətçiliyin yaranması amalına nail ola bildi. Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil,Mirzəli Möcüz Şəbüstərli,Mirzə Həsən Rüşdiyyə və onlarca digər Güney və Quzey Azərbaycanlı ziyalı və müəllim, milli mətbuatımızın əsasını qoyan insanlar kimi, həm də maarif işığını bu yolla yayırdılar. Bu dövrdə yaranan bir çox mətbuat nümunələrinin adları da çox zaman maarif sözü ilə birgə çəkilirdi və bu gün də çəkilir".Lakin bu gün Müstəqil Quzey Azərbaycandan fərqli olaraq 80 ildən artıq bir zamandır ki,Güney azərbaycanda hakim fars rejimləri tərəfindən 40 milyondan artıq Güney Azərbaycan Türklərinin öz ana dilində təhsilinə,mətbuatına,fikir və söz azadlığına,milli adət və ən-ənələrinin yaşadıb inkişaf etdirməsinə ciddi qadağalar tətbiq olunmaqda davam etməkdədir.
Quzey Azəərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkədə söz, qələm və mətbuat azdlığı avropanın inkişaf etmiş ölkələrilə müqayisə olunacaq dərəcədədə inkişaf etməkdədir və bu gün Azərbaycan Respublikasında ən azı 500-ən artıq gündəlik,həftəlik,aylıq müxtəlif adllarla qazet,jurnal və başqa mətbuatlar çap olunaraq sərbəs formada yayılmaqdadır və Azərbaycan dövləti həmin mətbuatın ayqda qalması üçün büdcədən kifayət qədər maliyyə vasaiti ayırır.Bunula yanaşı mətbuat işçiləri üçün sosiyal təminatın yaxşılaşdırlması məqsədilə onlar üçün Bakı şəhərinin müxtəlif yerlərində yaşayış üçün evlər və aktiv mətbuat nümayəndələrinə dölət mükafatları verilir. Amma İran rejimi mətbuat azadlığı məsələsində də Quzey Azərbaycanın tam əksini həyata keçirir.Güney Azərbaycanda və İranda öz tarixi torpağlarında yaşayan milyonlarla Türk öz ana dilində hər hansı bir məktəb,qazet,kitab və ya jurnal nəşr etdirmək hüququndan məhrum edilib.İran rejimi bu yöndə fəaliyyət göstərmək istəyən soydaşlarımızı,jurnalist və mətbəə sahiblərini həbs edərək ağır ittihamlara məhküm edir və onların təşəbüsüilə nəşr olunan bütün qazet,jurnal və kitablara qadağa qoyulur eyni zamanda müasir kütləvi informasiya vasitələrindən (sosiyal şəbəkələr) ən istifadə edən soydaşlarımza qarşı ciddi təziqlaər göstərilir.Hal hazırda İran həbsxanalrında yüzlərlə jurnalist soydaşımız öz ana dilində qazet və jurnal nşr etdirdiyi üçün ən azı 8 ildən 15 ilə qədər həbsə məhkum edilib.Onlardan Səid Mətinpur,Babək Rövnəqi,Əkbər Azad,və .... Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti olaraq Milli Mətbuat Günü münasibətilə Bütöv Azərbaycan mətbuatında bu günə qədər əməyi olan hər kəsi səmim qəlbdən təbrik edir və gələcək işlərində uğurlar arzu edirik. Milli Mətbuat Günündə “İran həbsxanalarında olan yazar soydaşlarımızı untmayaq”! MDHP Güney Azərbaycan Deöpartamenti 22.07.2014 Geri dön |