Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanın Aktaudakı Baş Konsulluğu gücləndirilmiş iş rejiminə keçib
Azərbaycanın Aktaudakı Baş Konsulluğu gücləndirilmiş iş rejiminə keçib |
Konsulluğun inzibati binasının mühafizəsi gücləndirilib
Dekabrın 16-da Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində baş vermiş hadisələrlə bağlı Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluq tərəfindən bir sıra təxirəsalınmaz və qabaqlayıcı tədbirlər həyata keçirilib. Konsulluqdan verilən məlumata görə, Manqistau vilayətində çox saylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, Baş Konsulluq tərəfindən vilayətin dövlət və hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılıb və hadisələrdə azərbaycanlıların iştirakı və ya zərər çəkməsi ilə maraqlanılıb. Janaozen şəhəri ilə bütün rabitə əlaqələrinin kəsildiyini nəzərə alaraq, həmin şəhərdə yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanmaq və ehtiyac olduğu təqdirdə onların həmin şəhərdən çıxarılması məqsədi ilə bir neçə nəfər şəxs Janaozenə göndərilib. Hadisələrin daha da genişlənə biləcəyi və vilayət mərkəzi olan Aktau şəhərində təkrarlana bilmə ehtimallarını nəzərə alaraq, Manqistau vilayətində yaşayan çoxsaylı Azərbaycan diasporasının fəalları, vilayətdə çalışan azərbaycanlı iş adamları Baş Konsulluğa dəvət olunub. Görüşdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov çıxış edib, hadisələrin genişlənə biləcəyi təqdirdə azərbaycanlıların atacağı addımlar haqqında müvafiq təlimatlar verib. Hadisələrlə bağlı Baş Konsulluq gücləndirilmiş iş rejiminə keçib, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinin Diplomatik nümayəndəliklərin mühafizəsi Xidməti ilə razılaşdıraraq, Baş Konsulluğun inzibati binasının mühafizəsi gücləndirilib. Qeyd edək ki, Manqistau vilayətində hazırda 15 minə yaxın azərbaycanlı yaşayır. Onlardan 1700 nəfəri daimi qeydiyyatda, 2000 nəfərə yaxını isə müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşlarıdır. Bununla yanaşı bildirilir ki, 8000-ə yaxını azərbaycanlı Qazaxıstan, digərləri isə Gürcüstan vətəndaşları olan azərbaycanlılardır. Hadisələrin baş verdiyi Janaozen şəhərində 25 nəfəri Azərbaycan vətəndaşı olmaqla 50 nəfərə yaxın azərbaycanlı yaşayır. Hadisələrdə hər-hansı bir azərbaycanlının xəsarət alması haqqında məlumat yoxdur. Geri dön |