Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > XİN rəhbəri: Azərbaycan Avropa ittifaqı ilə strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır
XİN rəhbəri: Azərbaycan Avropa ittifaqı ilə strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır |
Azərbaycan Avropa ittifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə bildirib.
Azerbaycan Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərmişdir. Biz vətəndaşlarımızın təhlükəsiz mühitdə səmərəli idarə olunan mobilliyinin Şərq Tərəfdaşlığının önəmli elementlərindən biri olduğunu qəbul edərək, Yerdəyişmə üzrə tərəfdaşlığı, Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişinə imza atdıq. Qarşıdakı aylarda qüvvəyə minəcək son iki saziş vətəndaşlarımız arasında ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək və eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaqdır. Avro-inteqrasiya prosesimizdə daha bir önəmli hadisə, Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrossonun iyun ayında Azərbaycana etdiyi səfəri zamanı imzalanmış Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə olan Protokoldur. Bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa İttifaqının təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaqdır. Gələcəkdə də, Azərbaycanın təsisatları və Avropa Birliyinin müvafiq agentlikləri arasında imkanların artırılması və əsas sahələrdə ekspertlərin mübadiləsi üzrə əməkdaşlığın yaxşılaşacağına inanırıq. Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətlərindən biri də Avropa Şurasının üç əsas istiqaməti ilə digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi arasında əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsidir. Bu fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi bütün Avropa Birliyi ölkələrini və Şərq Tərəfdaşlığı dövlətlərini bu əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunacaq bir sıra tədbirləri fəal şəkildə dəstəkləməyə və konstruktiv formada onlara töhfə verməyə çağırır. Hal-hazırda Avropanın üzləşdiyi təhdidlərin cavablandırılmasına gəlincə, bütün sədrlik müddətində Azərbaycan öz səylərini digər beynəlxalq təsisatlar, xüsusilə Avropa Birliyi ilə əlaqələndirməyə hazırdır. 2014-cü ilin noyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransı keçiriləcəkdir. İki qitənin kəsişməsində yerləşən dövlət kimi Avropa və Asiya ölkələri ilə möhkəm tarixi əlaqələrə malik olan Azərbaycan daha təhlükəsiz və əmin-aman qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir. Konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə qonşuluq siyasəti ilə əhatə olunmuş dövlətlərlə uzunmüddətli əlaqələri araşdırmaq üçün faydalı forum rolunu oynayacaqdır. Avropa Birliyi-Avropa Şurası əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyinin təşkil etmək niyyətində olduğu digər mühüm tədbir Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd olunmasıdır. Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbir İrs gününün məqsədlərinə əlavə təkan verəcək və mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barəsində məlumatlandırmanı daha da artıracaqdır. Geri dön |