Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Səbəbkar Ermənistandır
Səbəbkar Ermənistandır |
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan "iLur.am" agentliyinə müsahibəsində ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulma prosesinin niyə ləngidiyini şərh edib.
Ter-Petrosyan ittifaqa daxil olmaq müddətinin texniki səbəbdən ləngimədiyini deyib: "Ermənistan tərəfi texniki problemləri çoxdan həll edib. Səbəb heç iqtisadi xarakter də daşımır. Çünki Ermənistanla Qarabağın iqtisadi-ticarət əlaqələrinin cüzi həcmi (20-30 milyon ABŞ dolları) Avrasiya İttifaqının böyük bazarına nə mənfi, nə də müsbət təsir göstərə bilər. Sualın cavabını siyasi müstəvidə axtarmaq lazımdır. Yəqin ki, Avrasiya İttifaqının qurucuları (Rusiya, Belarus, Qazaxıstan - red.) Ermənistan qarşısında açıq şəkildə Qarabağla sərhəddə gömrük postu qurmaq şərtini qoyublar. Amma Ermənistan hakimiyyəti tələbi yerinə yetirib-yetirməmək seçimi qarşısında qalıb. Hakimiyyət bu və ya digər qərarın ciddi nəticələrinə qiymət vermək məcburiyyətində qalır. Bunu anlamaq üçün böyük ağıl lazım deyil. Əgər tələb yerinə yetirilməsə, Qərblə münasibəti korlanmış Ermənistan boşluqda qalacaq. Tələb yerinə yetirilərsə, Qarabağdakılar özlərini atılmış hesab edəcəklər, qorxu hissləri artacaq, bu, Ermənistanla Qarabağ arasındakı münasibətlərdə gərginliyə səbəb ola bilər. Başqa sözlə, ittifaqa daxil olma prosesinin ləngiməsinin səbəbkarı Rusiya, Qazaxıstan və Belarus yox, Qarabağla sərhəddə gömrük postu qoymaq məsələsinin həllinə açar tapmayan Ermənistandır". Geri dön |