Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Rusiya cavab verməlidir
Rusiya cavab verməlidir |
İyulun 17-də Amsterdam-Kuala-Lumpur reysi ilə reys edən sərnişin təyyarəsinin Donetsk ərazisində vurulması və nəticədə 298 sərnişinin hamısının həlak olması Rusiyanın Ukraynaya qarşı növbəti təxribatının üstünü açıb. Bundan başqa dünya ictimaiyyəti bir daha rəsmi Kremlin çirkin siyasətinin şahidi oldu. Amma hələ ki, Rusiyanın MDB məkanında hegemonluğuna göz yumulur.
ABŞ prezidenti Barak Obama Rusiyanı "Boeinq-777"-nin düşdüyü ərazidə beynəlxalq ekspertlərə əngəllər yaradan separatçıları silahlandırmaqda və onlara döyüş təlimi keçirməkdə günahlandırıb. "UNİAN"ın verdiyi xəbərə görə, bunu Barak Obama jurnalistlər qarşısında Ukraynanın şərqində "Boeinq-777" təyyarəsinin vurulması ilə bağlı çıxışı zamanı bəyan edib. O Donbasdakı terrorçuların Rusiya ilə sıx əlaqə olduğunu qeyd edib, çünki onlar məhz Rusiyada hazırlanaraq silahlandırılıb: "Rusiyanın terrorçulara çox güclü təsiri var. Rusiya və prezident Vladimir Putin istintaqın əngəllənməsində birbaşa məsuliyyət daşıyır". Barak Obama qeyd edib ki, bu səbəbdən Rusiya və prezident V.Putin separatçıları istintaqla əməkdaşlığa məcbur etməlidir: "Bu onların edə biləcəklərinin ən azıdır. Prezident Putin hərtərəfli araşdırmanın tərəfdarı olduğunu bəyan edir, lakin bu sözlərin arxasında fəaliyyət də olmalıdır. Rusiya təkid etməlidir ki, separatçılar dəlillərlə oynamağa son qoysunlar və ekspertlərə hadisə yerinə girişini tam təmin etsinlər. Separatçılar və onların rusiyalı himayədarları ekspertlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Bu gün biz BMT-də məhz bu məsələlər üzərində çalışacağıq". Obama onu da deyib ki, separatçıların qəza yerində hərəkətləri sual doğurur ki, onlar orda nəyi gizlətmək istəyirdi? Obama deyib ki, separtaçıları müstəntiqlərlə əməkdaşlığa sövq etmək Putinin birbaşa məsuliyyətidir. Obama hesab edir ki, Rusiya və Putin üçün Ukraynada indiyədək tutduqları strategiyadan dönməyin vaxtıdır. ABŞ prezidenti vurğulayır ki, o, Ukrayna böhranında diplomatik həllin tərəfdarıdır və bu həll mümkündür Beynəlxalq müstəntiqlər iyulun 21-də Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə gəliblər. ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, məşhur politoloq Zbiqnev Bjezinski isə CNN-ə müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putinin atdığı addımlar beynəlxalq birliyin birləşməsini zəruri edir. O, Ukrayna səmasında "Boeing 777" təyyarəsinin qəzaya uğramasını siyasi prizmadan şərh edərkən bildirib ki, dünya birliyinin Rusiyaya qarşı birləşməsi üçün tarixi an yetişib. Onun sözlərinə görə Qərb dairələri vahid cəbhədən çıxış etsələr Rusiya prezidenti Vladimir Putinin addımlarını dayandırmaq olar. Analitik Qərb koalisiyasındakı birliyə ABŞ-ın liderlik etməsinin vacibliyini də vurğulayıb: "Bu, ABŞ-ın rəhbərliyi ilə liderliyin təzahürünü bildirir. Həmçinin, bizimlə birlikdə Avropa liderlərinin ardıcıl səyləri dünya dövlətlərini birliyə çağırır. Əgər Rusiya Ukraynadakı hərəkətlərini dayandırmasa, o zaman beynəlxalq aləmin Moskvaya qarşı vahid cəbhədə birləşməsinə zərurət yaranır". Ekspert Ukraynanın Donetsk vilayətindəki Amsterdam-Kuala-Lumpur marşrutu ilə uçan təyyarənin Rusiyanın tapşırığı ilə vurulduğunu iddia edib. Politoloqun sözlərinə görə buna görə məsuliyyət daşıyanlar beynəlxalq tribunal qarşısında cavab verməlidir. Bjezinski onu da qeyd edib ki, artan Rusiya-Ukrayna münaqişəsi rus şovinizminin yüksəlməsinin simptomlarıdır. Onu da vurğulayaq ki, Malayziya sərnişin təyyarəsinin Ukraynada vurulması Antalya başda olmaqla Avropanın bir çox yerində istirahət edən rus turistlərinin vəziyyətini pisləşdirib. Xüsusilə Rusiya və Hollandiya vətəndaşları arasında düşmənçilik özünün pik həddinə çatıb. Bir çox məşhur turizm şirkətləri rus və hollandları bir-birindən ayrı tutmaq üçün hərəkətə keçdiyini açıqlayıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən həftə Türkiyədə olan rus və ukraynalı turistlər arasında dava olub. Kəmərdəki bir oteldə başlanan davada alman turistlər ukraynalıları müdafiə edib. Davanın sonunda rus turistlərin otelin üstünə Rusiya bayrağı sancdığı iddia olunur. Bu arada Malayziyadan uçan təyyarələrin Ukrayna istiqamətindən olan reyslərin İraq ilə Suriya üzərindən həyata keçirdiyi məlum olub. Belə ki, Kuala Lumpur-London təyyarəsi təhlükəli bölgədən 11 min metr yüksəklikdən uçub, mənzil başına çatdığı bildirilir. Onu da bildirək ki, qondarma Donetsk Xalq Respublikası (DXR) höküməti qəzaya uğramış "Boinq"in 2 "qara qutu"sunu Malayziya ekspertlərinə təhvil veriblər. "DXR" adından baş nazir Aleksandr Boroday və baş nazirin müavini Andrey Purgin çıxış ediblər. Tərəflər təhvil vermə haqqında rəsmi akt imzalayıblar. Malayziya nümayəndə heyətinin rəhbəri, "qara qutu"lar zahirən yaxşı vəziyyətdədir və yəqin ki, tezliklə deşifrə prosesi başlayacaq - deyə bildirdi. Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalına müsahibəsində bildirib ki, sanksiyalar nəticə verməzsə Ukrayna təhlükəsizlik problemlərini həll etmək üçün İsrail, Avstraliya və Filippin kimi ABŞ Konqresinə ona xüsusi statusun - NATO-dan kənar əsas müttəfiq statusunun (MNNA Major Non -NATO Ally of the United States) verilməsi ilə bağlı müraciət edə bilər. "Bu tək Ukraynanın münaqişəsi deyil, bu bütün dünya üçün böyük bir təhlükədir. Ukrayna xalqı hazırda, heç vaxt olmadığı kimi təkdir və dünya terrorçuların hərəkətlərinə düzgün cavab seçməlidir", deyə o qeyd edib. Prezident qeyd edib ki, təyyarə ilə bağlı hadisəyə bütün dünyanın reaksiyası bir olmalıdır: "Hər bir insan, Rusiya da daxil olmaqla hər bir ölkə terrorçularla, yaxud dünya ilə birgə olduğunu müəyyən etməlidir". Prezident Rusiya tərəfinin guya "Boinq 777"in yaxınlığında Ukrayna qırıcısının olduğu barədə iddialarına sərt reaksiya verib. "Bu məsuliyyətsiz və yalan bir iddiadır", deyə Poroşenko bildirib və rusiyalı ekspertlərə beynəlxalq istintaqa qoşulmağı təklif etdiyini qeyd edib. Poroşenko Rusiyanın Ukraynanın şərqindəki terrorçulara dəstək verməsinin çoxlu sübutlarının olduğunu bildirib. Prezident qeyd edib ki, Ukrayna hazırda "Boinq 777" ilə bağlı şəffaf araşdırmanı təmin etmək məqsədilə hadisə yerindən 40 km radiusda hərbi əməliyyatların dayandırılmasına dair göstəriş verdiyini qeyd edib. ABŞ kəşfiyyatının məlumatı Rusiyanı "müttəhimlər məhkəməsində otuzduracaq". Britaniyanın "The Times" qəzeti ABŞ kəşfiyyatının Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus sərnişin təyyarəsini terrorçuların Rusiyadan ötürülən raket vasitəsilə vurulması faktını sübut edib. Qəzetin yazdığına görə, ABŞ kəşfiyyatının məruzəsində qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin Donbasdan olan terrorçuların Rusiyada təlim keçmələrinə şəxsən icazə verib və onlara həmin təlimlərdə müxtəlif növ silahlardan, o cümlədən raketlərdən istifadə öyrədilib. "Məhz həmin təlimlər hesabına təyyarənin vurulması baş tutub", - qəzet yazır. Bundan əlavə, amerikalı kəşfiyyatçılar bəyan ediblər ki, Malayziya təyarəsinin vurulmasında istifadə olunan sistem 150 hərbi maşından ibarət karvanın daxilində olub və qəzadan bir neçə gün əvvəl gizli şəkildə Rusiya ərazisindən Ukraynaya gətirilib. Ukrayna isə Malayziya təyyarəsi qəzaya uğrayandan bəri Donetskdə ən böyük hərbi əməliyyata başlayıb. Reutersin məlumatına görə, döyüşlər qəza olan ərazinin 60 km-liyində gedib. O da bildirilir ki, Avropa Birliyi isə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməlidir. Avropa Birliyindəki diplomat Reutersə deyib ki, hər şey Hollandiyanın baş naziri Ruttenin mövqeyindən asılı olacaq. Geri dön |