Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankaranın baş prokurorluğundan azərbaycanlı fəalın şikayəti ilə bağlı gözlənilməz qərar!!!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan > Ankaranın baş prokurorluğundan azərbaycanlı fəalın şikayəti ilə bağlı gözlənilməz qərar!!!

Ankaranın baş prokurorluğundan azərbaycanlı fəalın şikayəti ilə bağlı gözlənilməz qərar!!!


Güney Azərbaycanlı milli-mədəni fəal, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzvü Məhbub Əmrahi bir müddət öncə Türkiyə parlamentinin PKK terror təşkilatının simpatizanı olan kürd millət vəkilləri Səlahəddin Dəmirtaş (Barış və Demokratioya Partiyası) və Sırrı Sürəyya Öndərdən (Xalqların Demokratik Partiyası) Ankaranın baş prokurorluğuna şikayət etmişdir. Buna səbəb Güney Azərbaycanın Kürdistan adlanmdırılması və azərbaycanlıların təhqir edilməsi olub.
Ankaranın Cümhuriyyət Prokurorluğu bir sıra anlaşılmaz səbəblər gətirərək şikayətə baxılmağa ehtiyac olmadığı bildirib və bu barədə hökm çıxarıb. Azərbaycanlı fəal Məhbub Əmrahi isə bu qərardan təəccübləndiyini bildirib. O məhkəmənin qərarının doğru olmadığını bildirsə də, lakin məhkəmə ədalətinə inanmadığına görə qərara etiraz etməyəcəyini deyib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə kürdlərinin siyasi təşkilatı Xalqların Demokratik Partiyasının başçılarından olan Sırrı Sürəyya Öndərin facebook sosial şəbəkəsindəki səhifəsində Azərbaycan türklərini təhqir etməsi ciddi qalmaqala səbəb olmuşdur. S.S.Öndərin öz Facebook səhifəsində Urmiyə gölünü Doğu Kürdüstan gölü, Güney Azərbaycanın qərbindəki torpaqları Doğu Kürdüstan kimi təqdim edib. O həmçinin 400 minə yaxın təqibçisi olan səhifədə bütün Azərbaycan türklərini təhqir edib. Ünvanımıza ağır küçə söyüşlər yazan kürdçü lider Azərbaycan türklərini “türkiyəlilərin əmri ilə hərəkət edən köpəklər” adlandırıb.

Səlahəddin Dəmirtaş da oxşar mövqe sərgiləyib. O, Qərbi Azərbaycanı Kürdistan adlandırıb.

Qeyd olunan səbəblərə görə, Məhbub Əmrahi bu ilin may ayında Ankaranın baş prokurorluğuna şikayət edib.

Xatırladaq ki, M.Əmrahi bu şikayətdən bir neçə ay əvvəl də “Möhtəşəm Yüzıl” dizisini də Səfəvi dövlətini fars dövləti olaraq təqdim etdiyi üçün məhkəməyə vermişdi.

Geri dön