Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın dini azadlıqlarla bağlı hesabatına tutarlı cavab
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > ABŞ-ın dini azadlıqlarla bağlı hesabatına tutarlı cavab

ABŞ-ın dini azadlıqlarla bağlı hesabatına tutarlı cavab


Bu günlərdə Birləşmiş Ştatların Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının növbəti hesabatı açıqlanıb. Hesabatda iddia edilir ki, Azərbaycan dini azadlıqlar məsələsində Əfqanıstan, Kuba, Qazaxıstan və başqa ölkələrlə birlikdə 2-ci səviyyədə qərarlaşıb. Komissiyanın baş analitiki Ketrin Kozman isə bir qədər irəli gedərək belə bir əsasssız fikir irəli sürüb. Onun iddiasına görə, Azərbaycan hökumətinin tolerantlıq haqqında bəyanatlarına baxmayaraq guya son bir neçə ildə ölkədə dini azadlıqların vəziyyəti pisləşib. Ketrın Kozman qeyd edib ki, Azərbaycanda qeydiyyatsız dini fəaliyyət qadağan edilib, qeydiyyatdan keçmiş qrupların fəaliyyətinə isə din haqqında qanun çərçivəsində ciddi nəzarət olunur. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib sözügedən hesabat qeyri-obyektivdir və sənəddə yanlışlıq var: ”Bu təkcə mənim qiymətləndirməm deyil. Dünyanın istənilən ölkəsindən bura gələnlər, yaxud ölkəmizdə yaşayan digər etnoslara, dinlərə aid insanlar, beynəlxalq qurumlar mütəmadi olaraq Azərbaycanı dini tolerantlıqda nümunə göstərirlər. Doğurdan da Azərbaycanda sineqoq, kilsə və məscidlər yanaşı fəaliyyət göstərir. Bunu hər kəs bilir. Ölkəmizdə heç bir dini ayrıseçkiliyə yol verilmir”. Fərəc Quliyev deyir ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşıb: “Ölkədəki sineqoqlar, kilsələr bərpa olunub. Bütün tədbirlərə hansı dinə mənsub olmasından asılı olmayaraq imanlı insanlar dəvət edilib. Hesab edirəm ki, dini, etnik məsələlərlə bağlı Azərbaycana irad tutmaq qətiyyən mümkün deyil. Azərbaycan çox tolerant ölkədir. Bir daha qeyd edirəm ki, bunu yalnız biz demirik. Eyni zamanda bütün dövlətlər və Azərbaycanda yaşayan ən müxtəlif inanclı insanlar da etiraf edirlər. Ona görə də bu yanaşma, qiymətləndirmə tamamilə qərəzlidir. Bunun nəyə xidmət etdiyini mən bilmirəm. Çox təəssüflər olsun ki, bəzən bir çox qurumlar və ölkələrin adından komissiyalar yaradılaraq belə rəy bildirilir. Ancaq təəsüflər olsun ki, həmin qurumların rəhbərliyinə gətirilən insan da Azərbaycanı sevməyən ölkələrin təsiri altına düşərək ölkəmiz haqqında mənfi imic formalaşdırmaq üçün belə rəylər hazırlayır. Düşünürəm ki, bu düşünülmüş bir şəkildə, tamamilə ədalətsiz bir yanaşmadır. İnanıram ki, Azərbaycanı tanıyan, bu işlərlə maraqlanan heç bir ölkə və qurum bu yanaşmaya inanmayacaq”. Fərəc Quliyev hesabatda dini qurumların qeydiyyatsız fəaliyyət göstərə bilməməsi ilə bağlı yer alan irada və dini qurumların nəzarətdə saxlanması fikrinə də toxunub. Bildirib ki, dini qurumların nəzarət altına almaq ifadəsini ikibaşlı işlətmək mümkündür: “Biri odur ki, guya kiməsə fəaliyyət göstərməyə icazə verilmir. Digər isə odur ki, həm nəzarət olunur, həm də müəyyən məqamlarda kömək olunur. Eyni zamanda bərabər inkişaf, ibadətlər, insanların öz imanlarını, dinlərini inkişaf etdirmək üçün bərabər şərait yaradılır”. Millət vəkilinin sözlərinə görə, din pərdəsi altında ölkəmizə, dövlət müstəqilliyinə, dövlətimizin təməllərinə qarşı işlər görüləcək, addımlar atılacaqsa bunlar nəzarətdə olmalıdır. Çünki hər bir pərdə altında ölkəmizə qarşı fəaliyyət göstərmək mümkündür. Bunu QHT-lər, elm adı atında, din pərdəsi ilə etmək mümkündür. Bəzən mədəniyyət mərkəzləri, dükanlar açıb zərərli ədəbiyyat yayırlar. Bu təkcə bizim ölkəyə qarşı deyil, bütün dünyaya qarşı olur. Və hər bir dövlətin də özünün kəşfiyyat, əks-kəşfiyyat prinsipləri var. Ona görə də ölkənin müdafiəsi, təməllərinin sarsılmaması üçün nəzarət sistemi qurulmalıdır. Heç bir sistem nəzarətdən kənara qoyula bilməz. Bu xaotik cəmiyyət deyil, dövlətdir, onun strukturları var. Ona görə də bütün məsələlərə nəzarət etmək lazımdır”.

Süleyman İsmayılbəyli "olaylar" İnformasiya Agentliyi

Geri dön