Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 490 milyon dollar ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, Borçalı > Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 490 milyon dollar ayırıb

Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin tikintisinə 490 milyon dollar ayırıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 489 milyon dollar (2014-cü il iyunun 30-na) ayrılıb. Bu barədə ARDNF məlumat verir.
Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.
Məlumata görə, 2014-cü ilin I yarısında layihənin reallaşdırılmasına Fond tərəfindən 24,9 milyon dollar ayrılıb.
Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Geri dön