Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
İranda 3 nəfər edam olunub
Dekabrın 17-də İranın Ərak şəhərində 3 nəfər edam edilib. Adları açıqlanmayan məhbuslar narkotik maddələrin alqı-satqısı və daşınmasında təqsirləndirililərək edam cəzasına məhkum ediliblər. 830 qram narkotik maddə ilə tutulan şəxsə Delican İnqilab Məhkəməsində, 5 kiloqram və 67 qram narkotik maddələrin daşınmasında ittiham olunan digər iki nəfərə isə Ərak İnqilab Məhkəməsində hökm çıxarılıb. Hər üç şəxs barəsində çıxarılan qərar İranın baş prokuroru və Ali Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Ərak şəhərinin mərkəzi zindanında dar ağacından asılıblar. İran növbəti ABŞ casusunun həbs olunduğunu elan edib İranın kəşfiyyat və təhlükəsizlik nazirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) casusunun həbs olunması barədə məlumat yayıb. İran nazirliyi bildirib ki, həbs olunan şəxs əvvəllər ABŞ-ın İraqda və Əfqanıstanda yerləşdiyi hərbi hissələrində qulluq edib. ABŞ hökuməti bu xəbəri hələ ki, şərh etməyib. Son aylar İran ABŞ və İsrailin casus şəbəkəsinin ifşa olunması barədə bir necə dəfə xəbər yayıb. Lakin bunun detalları bərədə heç bir açıqlama verməyib. İranda iki qəzet bağlanıb İranda iki mətbu orqanının nəşrinə qadağa qoyulub. Bu, ayda bir dəfə Tehran şəhərində nəşr olunan «Çeşmendaz» («Panorama») və ölkənin Loristan əyalətində çıxan «Seyməre» həftəlik qəzetləridir. «Seyməre» qəzeti 18 sentyabr buraxılışında dərc etdirdiyi «Yalnız diktatorlar və eşşəklər heç bir səhv etmirlər» başlıqlı yumoristik məqaləsinə görə İslam dinini təhqir etməkdə ittiham olunaraq qapadılıb. Bununla yanaşı, «Çeşmendaz» qəzetinin baş redaktoru Lütfullah Meysəminin jurnalist fəaliyyətinə də Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il qadağa qoyulub. İranda azərbaycanlı fəal azadlığa buraxılıb İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan aşıq Əkbər Hüseynpur 4 aylıq həbs cəzasını çəkdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb. Azərbaycanlı fəal bu il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində iftar mərasimi zamanı həbs olunan 30 nəfərdən biri olub. Vəkillə təmin olunmasına icazə verilməyən Əkbər Hüseynpur Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 4 ay qəti və 20 ay şərti həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəalın zindanda fiziki və mənəvi işgəncələrə məruz qaldığı, təhqir olunduğu bildirilir. Geri dön |