Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Şahdəniz-2 layihəsi ilə bağlı 5 mln. funt sterlinq dəyərində yeni müqavilə imzalanıb
Şahdəniz-2 layihəsi ilə bağlı 5 mln. funt sterlinq dəyərində yeni müqavilə imzalanıb |
Neft və qaz sənayesi xidmətlərinin təchizini reallaşdıran “Petrofac” beynəlxalq şirkəti “Şahdəniz-2” layihəsinin operatoru olan BP şirkəti ilə texniki dəstək imkanlarının göstərilməsinə dair müqavilə imzalayıb.
“Petrofac” şirkətinə istinadən yaydığı məlumata əsasən, dəyəri 5 mln. funt sterlinq olan layihə Xəzərin Azərbaycan sektorunda dünyanın ən iri qaz yataqlarında birində yeni sahil, dəniz və boru kəmərlərinin aktivlərini əhatə edir. Müqavilədə şirkət tərəfindən etibarlılıq, dəstək strategiyasının hazırlanması, avadanlığın siyahısının yoxlanılması, o cümlədən texniki avadanlığın idarə edilməsinə dair kompüterləşdirilmiş sistemin hazırlanması nəzərdə tutulub. “BP-ni ən iddialı layihələrdən birində dəstəkləməyə və bizim yüksəkixtisaslı məsləhətçilər, mühəndislər, mədənçiləri və analitiklərlə təmin etməkdən şadıq”, - deyə müqavilənin imzalanması ilə bağlı şirkətin nümayəndəsi Stiv Conson bildirib. Geri dön |