Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Qərbi Azərbaycan-İrəvan > GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA

GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA


I hissə
Qərbi Azərbaycanın İrəvan xanlığının Göyçə mahalı ulu Türk diyarlarından biri olaraq özünəməxsus iqtisadiyyata və mədəniyyətə malik olmuşdur. Bu məkanın tarixi, etnoqrqfiyası haqqında son dövrlərdə, 1828-ci il məlum “Türkmənçay” müqaviləsindən sonra erməni yazılı mənbələrində qərəzli şəkildə təqdim olunmaqla erməniləşdirilsə də, tarixin təkzibolunmaz həqiqətləri arxeoloji və poleoqrafik formada qalmaqdadır. Mən erməni yalanlarını qabartmaq fikirində deyiləm, çünki o uydurmaları birinci erməni yazarları, eyni zamanda mütərəqqi bəşəriyyət çox yaxşı bılir. Odur ki, dünyaya məlum olan qədim dövrlərdən başlayaraq, alimlərimizin, tarixçi mütəxəsislərimizin Qərbi Azərbaycanın İrəvan xanlığı ilə bağlı yazılarına istinadən Göyçə mahalı haqqında tarixi mövzu açmaq imkanlarımız elmi dəlillərə əsaslanmaqla məntiqi əhəmiyyət kəsb edəcəkdir.
Göyçə mahalı haqqında əsasən geniş və elmi məlumat tarixçi alimimiz Qiyasəddin Qeybullayevin eramızdan əvvəl Urartu mənbələrini araşdırarkən toponimlər, hidronimlər əsasında əldə etdiyi təqdimatlardır. Tarixçi alim Göyçə toponimlərinin və yaşayış məskənlərinin adlarındakı türk morfemlərini qramatiq məcrasına qaytarmaqla bir çox müsir məna kəsb edən yer adlarını bərpa etmişdir. Bunlardan nümünə üçün: “Urtexli”-“Ördəkli” bir kəndin Göyçə gölunun qərb sahilində 1920-ci illərə qədər mövcudluğundan bəhs edir. Buna bənzər bir çox nümunələr göstərir. Erməni tarixçilərinin (əldəqayırmalar) Göyçə mahalının eradan əvvəlki dövrdə guya ermənilərin yaşayış məskənlərindən biri- “Qelakunu” olması fikirini irəli sürmələri də Qiyasəddin Qeybullayev tərəfindən elmi dəlillərlə rədd edilmişdir. Tarixçi alim göstərir ki, “qel-göl, uni-ölkə” olmaqla mənası “göl ölkəsi” deməkdir və həqiqətən də Urartu dövründə Göyçə mahalının Göyçə gölü ətrafında bir neçə şəhər-qala dövlətlərinin olmasını Urartu poleqrafiyası təsdiq edir. Hələ Şumer sivilizasiyasından ayrılan Urartu mədəniyyəti də qədim türk təfəkkürünün icad etdiyi mixi yazılarndan istifadə edərək qayaüstü salnamələrlə müasir dövrə informasiyalar ötürmüşdür. Bir şeyi də qeyd etmək lazımdır ki, bütün bəşəriyyətin indiki dövrdə də məskən adlarının çoxunda “ur” morfemini işlətməklə insan nəslinin ilk başlanğıcda Uruk, Ur şəhərlərindən doğulub-törəməklə yer səthinə yayılması dil bazasında ana məkanının adını təkrar etməsindən irəli gəlir. Bunları deməkdə məqsədim odur ki, Göyçə mahalı bəşər yaranan dövrdən Türk məkanı olmuşdur. Türk xalqlarının dillərində “ur” morfeminin daha çox işlədilməsinin və dünyada hər bir coğrafi ərazidə “ur” morfemli şəhərlərin, qəsəbələrin, köylərin mövcudluğu dünya sivilizasiyasının başlanğıcının Türkdən qaynaqlanmasını təsdiq edən inkaredilməz dəlildir. Göyçə mahalında yaylaqların əksəriyyəti “yurd” sözü ilə bağlıdır: “Taxça yurd” kimi çöxlu toponomik ifadələrdə “ur” morfemi də dediyimiz fikiri təsdiq edən amillərdən biridir. Bu fikir barəsində məsləhətçi redaktor Əlirza Amənbəyli ön sözdə “Qədim Turan eposu”nda da xeyli izahatlar vermişdir...
Göyçə mahalının hazırkı dövrdə göl ətrafında yerləşən hər bir kəndin ərazisində dağətəyi yerlərində tarixi bilinməyən qəbirstanlıqlar mövcuddur. Bu qəbirlər əvvəl-alban qəbirləri,-deyə , sonralar –yunan qəbirləri və bəzilərinin üzərində erməni əli gəzdikdən sonra qədim erməni qəbirləri kimi təqdim olunmuşdur. Halbuki, erməni millətinin erməni xalqı olaraq tarixə düşməsi 1828 “Türkmənçay” müqaviləsindən sonra Piterburq məxvi idarəsinin təşkil etdiyi plan üzrə X. Abovyanın özündən quraşdırdığı “qrabar və naxar” alban ləhcələrinin qarışığından istifadə etməklə yazdığı “Ermənistanın yaraları” əsərinin kilisələrdə tədrisindən sonra baş vermişdir. Kilisədə təhsil alan erməni uşaqları və onlardan törəyənlər qramatik quruluşu və altmış faizi türk sözlərindən ibarət müasir erməni dilinin formalaşmasında mühüm rol oynamışlar. Erməni əlifbasının da tərtibçisi alban əlifbasına düzəlişlər edərək ortaya atan məhz X. Abovyanın özü olmuşdur. Sual oluna bilər ki, bəs qədim mənbələrdə erməni dili və əlifbası dəlilləri hardandır? Burada elə bir çətinlik yoxdur:
o zaman dediyimiz kimi, bu işdə xristian tərəfi dövlətlərin müsəlman türklərə qarşı olması ilə əlaqədar belə saxta yolla “qədim yazılar” dan tərtib edib siyasi maraqlar məqsədilə ərazilərindəki kitabxanalarda, kilsələrdə yerləşdirmişlər.
Qayıdak əvvəlki mətləbə, yəni Göyşə mahalının qədim tarixinə. Son məlumatlara əsaslanaraq Göyçə mahalında ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin toponim və antroponim( ad bildirən) üzrə yanaşmalarda tarixinə baxaq. “Kitabi Dədə Qorqud” dastanlarında Baybecan adı çəkilən oguz igidlərindən biridir. Kəndin ərazisi ehtimal ki, Baybecanın düşərgəsi, və ya yaylaq yeri olmuşdur. Sonralar tarixi münaqişələr, müharibələr, yaşayış məskəninin başqa-başqa tayfaların əlinə keçməsi və şivələrin təsirindən adının deformasiyaya uğraması halları baş vermişdir. Bu səbəbdən də “Baybecan-Babacan” şəkilinə düşmüşdür. Məlumdur ki, Bay-bəy titul, Becan-uca deməkdir. Qədim zamanlarda türklər atı əhliləşdirdikdən sonra yer səthinə yayılma prosesində ən çox çadır-ev yaşayış vasitəsindən istifadə etmişlər. Hər hansı bir ərazidə məskunlaşan zaman yüz, yüz əlli çadırdan ibarət hər birir çadırda bir ailə olmaqla qurulan “evlər-çadırlar” köy adlanmış və bu cür köylərdən ibarət çoxluluq da “yurdlar”, yurd çoxluqları isə “El-ölkə-dövlət" adlanmışdır. Daş binalar tikib içində yaşamaq o zamanlar üçün Göyçə ərazisində səmərəli olmamışdır. Heyvandarlıq əsas yaşayış təminatı olmaqla sürülər, ilxılar, mal-qara qış fəslində Kür və Araz ətrafındakı qışlaqlara, yaz və yay aylarında Göyçə yaylaqlarına sürülmüşdür. Belə bir şəraitdə keçələrdən, kilimlərdən, xalçalardan, eyni zamanda aşılanmış qoyun dərilərindən, xəz dərilərdən ibarət məişət əşyalarınından istifadə edilməklə çadırlar qurulmuş və həyat sürülmüşdür. Belə olan halda daş evlər tikib içində yaşamaq zərurəti yaranmamışdır. Ən qədim dövrlərdə insan öldükdən sonra yandırmaq, ölünü dərin dərələrə atmaq kimi dəfn adətlərdən savayı qəbirdə dəfn etmək adətləri də möcud olmuşdur. Göyçə mahalının kəndlərinin hamsının dağətəyi, dağın sinəsi tərəflərində baş daşları qara tuflardan ibarət qəbirlər üç min tarixdən əvvəllərə dirənən əlamətlərilə indi də mövcuddur. Pəmbək kəndinin Şivri dağının ətəyində kəndin “Duzdaq” adlandırdığı qədim qəbirsanlıqda eni 80sm, qlınlığı 60sm, uzunluğu 1m olan tuf daş vardı. Daş üzərində baş tərəf küncündə günəş və şüalarının xətlərlə görüntüsü verilməklə, ortada at üstundə dayanmış başı dəbilqəli, əli belində bir döyüşçü, aşağıda günəşə tərəf əllərini qaldıran insan şəkli həkk olunmuşdu. Həmin qəbirsanlıqda buna bənzər nisbətən kiçik daşlarla bərabər xaçlı alban qəbir daşları da var idi. Bu mövzulu başqa kəndlərin də ərazilərində qəbirsanlıqlar vardır. Sonralar erməni axeoloqları həmin daşlar üzərində, əsasən Alban qəbir daşlarının xaçlarının qurtaracaq hissəsindəki ayşəkilli əyriləri silib düz kəsik halına salmaqla “Qiriqoryan”laşdırırdılar... O zamanlar əfsuslar olsun ki, həmin daşların foto şəkillərini çəkib saxlamaq ağılımıza gəlməyib...
Yxarıda dediyimiz tarixi mövzular haqqında bu az həcmili yazıda geniş danışmaq imkanı məhduddur, odur ki, keçək miladdan bu yana. “Kitabi Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələr, Dərbənddən Qara dərya arası və Böyük Qafqazdan Kəngər körfəzinə qədər bir məkanda yaşayan Oğuz tayfalarının ictimai-sosial həyat tərzi Göyçə mahalına da aiddir. Mehranilər, sacilər, şəddadilər, atabəylər, qaraqoyunlular,ağqoyunlular hakimiyyətləri dövründəki yaşam tərzi və hərbi-siyasi hadisələr də Göyçə mahalından yan keçməmişdir... Qaraqoyunlu adında Göyçə mahalında qədim kəndin sakinlərinin şəcərəsi yeddi-səkkiz yüzillik tarixə malik idi. Qaraqoyunlu hakimiyyətindən sonra başqa-başqa hakimiyyət dəyişmələri olsa da, həmin kəndin tayfalarından qalan insanlar o məkanda uzun müddət qərarlaşa bilmişdilər. Ən böyük oğuz tayfalarından olan “Töstülülər” tayfası Göyçə kəndlərinin əksəriyyətində var idi və həmin tayfadan törəyənlər sonralar zaman-zaman başqa tayfa adları götürmüşdülər: mehtililər, zubannılar. qaşqalılar, gəlməlilər, şəbəndəlilər və s.
Bu yazıda əsas məqsəd Göyçə mahalının Səfəvilər dövründən bu yana tarixi ilə əlaqədar mədəniyyəti, iqtisadiyyatı ilə bağlı yazılı və şifahi mənbələrə istinad etməklə nəzərdən yayınan, vaxtı ilə əhəmiyyət verilməyən tarixini xatırlatmaqdan ibarətdir.
Azərbaycan ərazisində XVI əsr tarixi hadisələri Şah İsmayıl Xətainin Səfəvilər dövlətini qurması ilə əlaqədar ictimai-siyasi mühitlə bağlıdır. O zamanlar Göyçə mahalı da Səfəvilər dövlətinin tərkibində İrəvan xanlığının tabeçiliyində coğrafi ərazi kimi qeyd olunmuşdur. Göyçə mahalının həmin dövrdə idarəçiliyinin forması haqqında məlumat verən yazılı sənəd əldə olmamasına baxmayaraq, ağızdan-ağıza gəlib müasir dövrə çatan şifahi məlumatlar vardır. Səfəvilər dövlətinin ideoloqlarından biri , bədii yaradıcılıqda Miskin Abdal adı ilə tarixə məlum olan dövlət xadimi Lələ Heseynin Göyçə mahalının Sarıyaqub kəndinin ərazisində torpaq mülkiyyəti olmuşdur. Həmin torpaqların ərazilərini Şahdağ silsiləsindəki yaylaqlar və Göyçə gölü sahilindəki düzənliklər təşkil etmişdir. Lələ Hüseynin tayfası “Töstülülər” adı ilə mahalda geniş yayılmışdır və Lələ Hüseynin torpaq mülkiyyətinə həmin tayfanın ağsaqqalları başçılıq etmişdir. Əsasən əhalinin istehsal məşğuliyyəti heyvandarlıq və əkinçilik sahəsi olmaqla feodal iqtisadi münasibət formasında birgəyaşayış qaydaları şəraitində kəndlərdə məskunlaşmış insanlar İslam qanunları ilə idarə olunmuşlar. Hər bir kəndin əhalisinin tərkibini yaxın qohumluq xətti təşkil etmişdir və birgəyaşayış qanunları tayfa içərisindən çıxan ağsaqqallar, təhsil almış ruhanilər tərəfindən tənzim-lənmişdir. O dövrdə Göyçə gölünün hər iki sahilində təqribən qırxa qədər ailə sayı etibarı ilə orta hesabla əlli-altmış evlərdən ibarət kəndlər vardı.
Göyçə mahalında Səfəvilər dövründə insanlar arasında yüksək bir haqq-ədalətin hökm sürdüyü zaman olmuş və həmin münasibətlər sosial həyatda ictimai-iqtisadi münasibətləri də öz məcrasına yönəltmişdir. Qohumluq əlaqələrinin güclü təsiri altında insanlar hər kəsin qabiliyyəti və bacarığı əsasında yaşamasına şərait yaratmışdır. Kimsəsiz qocalara, başsız ailələrə, əlil və şikəstlərə varlılar tərəfindən daim qayğı göstərilmişdir. Göyçə dağlarında yaylaqların, otlaqların genişliyi və göl ətrafındakı əkin sahələri üçün yararlı olan düzlərdə kəndlərin əhalisinin bacardığı qədər əkib-becərmək imkanı olmuşdur. Həmin dövrlərdə Göyçə mahalında əsasən İslam dininin şiə məzhəbi bütünlüklə qəbul edilmış və kəndlərdə uşaqlara şəriət dərsləri keçilmişdir. Beləliklə, insanlar arasında ərəb əlifbasında yazıb oxuyanlar Qurani-Kərimin ayələrindən və İslam rəvayətlərindən sosial yığıncaqlarda, dini mərasimlərdə söhbətlər etməsi dini maarifləndirmə işini həyata keçirirdi. Hələ o zamanlarda hər bir kənddə imkanlıların təşəbbüsü ilə inşa olunan “ Qara dam “lar, yəni uzunluğu altı-yeddi metr, eni dörd-beş metrdən, özülü qazmadan, üstü piramida formalı atmalardan ibarət evlərdə kəndin həm dini, həm də ümumi yığıncaqları keçirilirdi. Altı ay qarlı qış mövsümündə kənd əhli Qara damlarda aşıq məclislərində dastanlara qulaq asıb mənəvi həyat yaşayırdılar. Təsərrüfat işləri: əkin-biçin, yaylaq-mənsil mövsümü mart ayından başlayıb sentyabr ayında tamamlanırdı. Hər kənddə iki-üç varlı adam olardı və onların naxır, sürülərinə çobanlıq edənlər tayfa qohumlarından ibarət olurdular, eyni zamanda həmin çobanların da sürünün daxilində iyirimi-otuz heyvanı, naxırlarda isə beş-on baş inəkləri vardı...
Ümumiyyətlə, Göyçə mahalında tayfa ağsaqqaları arasında hörmət və ehtiram ənənəvi olaraq nəsldən-nəslə ötürülürdü. Bir kəndin ağsaqqalı başqa bir kəndə xeyir-şər məclislərinə gedərkən kənd camaatı həmin ağsaqqalla ikiəlli görüşüb xoş münasibət bildirirdilər. Çox nadir hallarda kimsə elin qaydalarını pozardısa, birinci növbədə ağsaqqallar həmin pozuntuya müdrikcəsinə yanaşıb həll edərdilər və zərurət olardısa, haqq-ədalətlə cəzalandırardılar. İnsanlarda belə bir psixologiya formalaşmışdı ki, qonşu qonşunun malına xor baxmamalı, namus- əxlaq daim uca tutulmalı, ağsaqqala, ağbirşəyə hörmət, ehtiramla yanaşılmalı, hər kəs öz zəhməti hesabına yaşamalıdır. Səfəvilər dövründə Göyçə əhalisinin əksəriyyəti yeniyetmələrdən tutmuş, qoca yaşlılar da daxil olmaqla hamı namaz qilırdı, bir çox adamlar Qurani-Kərimin surə və ayələrinı əzbər bilirdilər. Allaha, Qurani-Kərimə yalandan and içən adam olmurdu. Xalq arasında belı bir rəvayət danışırdılar: Bir adamın qoyunu itir və qonşudan soruşur:- Bizim qoyun sizin qoyunlara qarışmayıb ki?- Qonşu cavab verir:- Yox, qarışmayıb. Qonşu bir də təkidlə:-Yaxşı bax, bəlkə qarışıb? Digər qonşu tam əminliklə:- And olsun Qurana, yoxdu, qarışmayıb! Adətən yad heyvan başqa sürü ilə tövləyə girərkən nəzərə çarpmayan yerlərdə gizlənir. Bu səbəbdən də qonşu yad heyvanı görə bilməyir. Səhər sürünü bayıra ötürərkən qonşunun heyvanının sürünün içində olduğunu görür və qonşudan dönə-dönə üzr istəyirsə də, sakitləşə bilmir. Nəticədə Qurana yalandan and içdiyini fikirləşərək ürəyi dayanır və dünyasını dəyişir...

GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA

GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA




Hazırladı:
Niftalı Göyçəli

Geri dön