Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazim Nəsrəddinov: - Ədəbi dilimizin terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin rolu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları > Nazim Nəsrəddinov: - Ədəbi dilimizin terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin rolu

Nazim Nəsrəddinov: - Ədəbi dilimizin terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin rolu


"Ziya" və "Ziyayi-Qafqasiyyə"qəzetləri1879-1884-cü illərdə Tiflisdə Azərbaycan dilində Səid Ünsizadə tərəfndən həftədə bir dəfə nəşr olunan qəzetdir. Sonuncü nömrəsi 1884-cü il iyunun 11-də nəşr olunmuşdur."Ziya"nın ilk iki nömrəsi hələ tapılmayıb.Xronoloji ardıcıllığına, hər nömrənin pəncşənbə günü çıxacağı əvvəlcədən elan olunduğuna görə ilk nömrənin 1879-cu il yanvarın 25-də, ikinci nəmrənin isə növbəti pəncşənbə günü - martın 1-də nəşr olunduğu güman və təxmin edilir.Başqa variant da mümkündür Bəzi tədqiqatcılar ilk nömrənin tarixini 14 yanvar 1879-cu ildən hesablamışlar (1).Belə olan təqdirdə həftəlik qəzetdə bir həftə ləngimə olduğunu düşünmək olar.
Rəsmi dövlət sənədlərində Səid Ünsizadəyə "Ziya" qəzetini 1879-cü ilin yanvarın əvvəllərində çıxarmağa icacə verilmişlər. (2.).
"Ziya" qəzeti 1880-ci ilin dekabrından "Ziyayi-Qafqasiyyə" adı ilə çıxmışdır. Addəyişmə əməliyyatını sərlövhəni dəyişən rəssamın müdaxiləsi kimi izah etsələr də, əslində bu, məqsədəyönlü xarakter daşımış,S.Ünsizadə "Ziya"nın konkret məkanı bilərəkdən məhdudlaşdırmışdır. Əslində "Ziya" qəzeti Türkiyə və İranda,Rusiyanın türk dili başa düşülən bir çox ərazilərində oxunurdu.Bunu Simferopoldan, Tambov quberniyasının Spassk şəhərindən, Sankt Peterburq,Moskva, Ufa,Həştərxan kimi iri şəhərlərdən gələn məktublar sübut edirdi.
"Ziya" maarif ziyasıdır. Bu, elə ziyadır ki, sərhəd tanımır, öz şəfəqləri ilə qaranlıq aləmi işıqlandırır,xalqı işıqlı günlərə səsləyir.
Səid Ünsizadəöz millətdaşlarına təmannasız xidmət yolunu göstərirdi.O,Şamaxıdan Tiflisə gəlib, burada ərki çatn insanların köməyi ilə əvvəlcə litoqrafiya, sonra tipoqrafiya açmışdı.Onun fikrincə "hər millətin öz xəttinə və dilinə məxsusi olan basmaxana(tipoqrafiya-N.N.) o millətin vəəhvalatını nəşredən və fikrinərəvac verən və yamanlıq yolundan mən edən və yaxşılıq yoluna tərğib edən və cəmaətin vəkili və onların səsi və yaxşının tərifçisi və yamanın məzəmmətçisi və zalimlərdən şikayətçi və məzlumlara köməkedəndir. Bu mülahizə ilə biz dəxi öz qüvvət təvanımızdanartıq öz millətimizə məxsus,ümumi mənfəəti olan mətbəə dəstgahlarını hasilə gətirməkdə bacardığımızı müzayiqə eləmədik" (Z,Q,N2,,3.12.1881)
S.Ünsizadə proqrm xarakterli bu məqaləsində dövrün ziyalılarını əlbirliyə çağırırdı:"Bir ev bir eli tikə bilməz,bəlkə bir el bir evi tikə bilər...Bu barədə hər bir tərəfdən himmət və iltifat göstərmək lazımdır və hər kəs basmaxana və qəzetimizi özününkü hesab eləməlidir".
S.Ünsizadə qəzetdə nə yazırsa yazsın, fikrini eləifadə edirdi ki,onu anlayırdılar, yaxşə başa düşürdülər. Qəzetdə başa düşülməyən sözlərin və ifadələrin izahı, aydınlaşdırılması üçün müxtəlif üsullardan istifadə edilirdi. Bu məqsədlə ən çox mötərizə və "yəni" aydınlaçdırma bağlayıcısından istifadə olunurdu.Qəzetdə ayrı-ayrı sözlərin izahında ətək yazəlarından da istifadə olunurdu.Bu qaydadan ən çox Ezop maneralı tərcümələrdə istifadə edilmişdir. Bu cəhətdən "Ziya"nın 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində "Moskovckie vedomosti " qəzetindən çağ tarixi göstərilmədən tərcümə edilmiş bir yazı diqqəti cəlb edir. Yazıda inqilabi işlərə qoşulan bir nəfərin həbsindən söz açılır.o,tutulan vaxtı özünü Rusiya dövlətinin sosialistlərindən biri olduğunu deyir. Qəzetin tərcüməçisi"sosialist" sözünün üstünə ulduz işarəsi qoyaraq qəzetin ətək yazısında onu və onula ilgili daha üç sözü belə izah edir: "sosialist latın lüğətidir.Bu halda Evropada sosialist o şəxsə deyirlər ki, sosializm məzhəbindəndir və bu məzzəh iki şüqqə münşəəqdir ki, birinə qommunizm(mötərizədə ərəb qrafikalı qəzetdə rus hərfləri ilə "kоммунизмъ "- N.N.), o birinə sosializm (mötərizədə rus qrafikasıl ilə "сосиализмъ" -N.N.) deyirlər. Daha sonra uzun-uzadı izahat gəlir. Əslində ilkin mənbədə-rusdilli paytaxt qəzetində nə sosialist sözü, nə də kionunla bağlı belə geniş izahat var.
Yeri gəlmişkən qeyd edək ki, sosialist, kommunizm,sosializm və bunlarla ilgili revolyusioner sözlərinə anadilli mətbuatda-Azərbaycan mətbuatında ilk dəfə türkdilli oxuculara çatdıran Səid Ünsizadə olmuşdur.Əlbəttə, biz onu inqilabçı kimi tanıtmaq fikrində deyilik. Bu sözlər "Ziya" qəzetində görünəndə sonralar LENİN kimi tanıdığımız Volodya İlya oğlu hələ tatar şəhəri Kazanda harasa dərs öyrənməyə gedirdi: 9 yaş 3 ay (mayın 31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlə, 10 yaşının 97-ci günündə gələcəyinin planlarını və yalanlarını cızırdı.
"Ziya" qəzetində işlənən alınma terminləri mövzusuna görə bir neçə yerə bölmək olar:

1)ictimai -siyasi məzmunlu terminlər
2) məktəb və maarifçilik termuinləri\
3)peşə, sənət mşğulluq sahəsinə aid terminlər
4)maliyyə,pul və bank əməliyyatları ilə ilgili terminlər
5)hərbi anlayışları ifadə edən termihlər


Dilinmizdə bu gün geniş populyarlıq qazanmış alınma sözlü terminlər "Ziya" qəzetinin oxucularına elə ilk oxudan məlum olurdu.Yazı müəllifi və ya tərcüməçi sözün çətinliyini başa düşəndə həmin sözü izah etməyi yaddan çıxarmırdı. Yeri gəlmişkən qeyd edək ki, sonralar "Dəbistan" uşaq jurnalında da bu qaydadan səmərəli istifadə olunmuşdur. Məsələ burasındadır ki,"Dəbistan"da nömrənin bütün çətin sözləri jurnalın sonuncu səhifəsində ayrıca başlıq altında "Ziya"dakından fərqli olaraq, ərəb və fars mənşəli sözlərlə Avropa mənşəli sözlər birlikdə verilirdi.
"Ziya"nın bızə məlum olan ilk nömrəsində- 08.02.1879-cu il tarixlı 3-cü nğmrəsində işlənən bir neşə alınma mənşəli, alınma sözlü termin d diqqəti cəlb edir: teleqramma,bal (yəni qonaqlıq),ura çığırmaq,muzigah, litoqrafiya,komandir,əfsər (ofiser), zakaz və s.
Bu sözlərin hamısı oxucu üçün başa düşülən olduğu üçün heç bir izahat verilməmişdir.Fikrimizin təsdiqi üçün həmin nömrədən kiçik bir elanı oxuculara çatdırırıq:

"Qəzetə müştərilərimizə məruz ola ki,qəzetəmizdən ötrü zakaz verdiyimiz hürufat vəsl olunanacan naçar olub, qəzetəmizi litoqrafiyada təb etdirürük.Ona görə lazımdır ki, basmə əlində ittifaq düşən bəzi kur və qüsur və ya bir ax taxir surətində nüktəgirlik (tənqidçilik -N.N.)etməsinlər,çünki yaman günün ömrü az olur".
"Ziya"nın 15 fevral 1879-cu il tarixli 4-cü nömrəsini vərəqləyirik. Bu nömrədəki otryad, qubernator,uşqola tipli bir neçə milliləşmə yoluna düşən Avropa mənşəli söz vardır.Nömrənin baş məqaləsi uşaqların təlim və təbiyəsinə aiddir; ,Yazı "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində" adlanır.Bu yazıda ərəb mənşəli sözlərin üstünlüyü adi oxu prosesində elə ilk cümlələrdən hiss olunur: "Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri-bəyanını və insanlara məxsus olan nemətlərdən olubbaisi-şərif və iftixar olmağına ...əvvəlimci dərəcədə bildik...Bu zəmanədə, hansı ki, mülk və millətin tərəqqisi elm vəmərifətə vənövbənöv dillərə və xətlərə olmaqdadır". Nümunədə dilimizin fonetik qanunauyğunluğun u qəbul edən təkcə bir söz var: Avropa(Fransa) mənşəli "nömrə" sözü. Digər sözlərin böyük əksəriyyəti Şərq alınmalarıdır.
Maraqlıdır ki, "Ziya" qəzetindəbəzən təhsil ocaqlarını ədris dilinə görə məktəb və uşqola kimi fərqləndirirlər: "Dövlət...lazımi yerlərdə uşqolələr və məktəblər açubdur".
"Ziya" qəzetindəki bəzi məqalələr müəəyəm mövzu ilə ilgili tezlik lüğətini xatırladır.Azərbaycan dilində, səhv etmrəmsə,hələ tezlik lüğətləri yoxdur. Mən dilçilik ədəbiyyatında bu mövzuda iki yazının adına rast gəlmişəm.Biri M.Füzulinin "Leyli və Məcnun poemasının tezlik lüğəti, digəri filologiya elmləri namizədi Fazil Şahbazovun


Ədəbiyyat siyahısı


1.Axundov Nazim. Azərbaycanda dövri mətbuat.Bakı,1965. səh.44.
2.SSRİ MDTA, F. 776,siyahı 12. iş 82,vərəq 1.
3.Zeynalov A.R. Azərbaycan Dövri mətbuatının ekspozisiyada əksi
( I. "Ziya" qəzeti haqqında qeydlər).Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinin Əsərləri ,III cild, Bakı,1968, səh.45-73..
4.Nazim Nəsrəddinov. "Ziya"qəzetində işlənən bəzi terminlər haqqında.
Azərbaycan SSR Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları,Bakı,1977, səh.308-314.
5 Nazim Nəsrəddinov. "Ziya"nın fransız müxbiri,"Novruz" qəzeti, "№16
6.Nazim Nəsrəddinov. Afərin o şəxslərə ki..."Sənətkar" jurnalı,Bakı,2010,№3.
7.Nazim Nəsrəddinov. "Ziya"-135. "Ayna" qəzeti ,21.01.2014.
8. Nəsrəddinov N.B M.Ə.Sabir və S.Ünsizadə. "Ziya" qəzeti,27.04.1992,№8.
9. Nəsrəddinov N.B Siz kimsiniz, Müsyö Berje? "Ana sözü jurnalı, 1993, № 3.,
10.Nasreddinov N.B. "Ziyayi -Kafkasiye" qazetesi, 23 Ocak, 2014, Halduncezayirlioğlu" KOLEKSİYONU, Ankara,

Geri dön