Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Musa Quliyev: Cəbhədəki təxribatlar ermənilərin daha böyük itki verməsi ilə nəticələnib
Musa Quliyev: Cəbhədəki təxribatlar ermənilərin daha böyük itki verməsi ilə nəticələnib |
Ermənistan tərəfinin cəbhə bölgəsində törətdiyi təxribatlar zamanı verdiyi itkilərlə bağlı dəqiq məlumat yaymaması itkilərin sayının qorxunc olduğunu göstərir. Bu barədə Trend-ə millət vəkili Musa Quliyev son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.
Millət vəkili hesab edir ki, cəbhədəki təxribatlar ermənilərin daha böyük itki verməsi ilə nəticələnib: "Şübhəsiz ki, hücum edən tərəfin bir hissəsi məhv olur, bir hissəsi yaralanır ki, geri çəkilirlər. Ermənistan indi itkilərin sayını gizlətməyə çalışsa da, uzun müddət gizlədə bilməyəcək. Yaxın günlərdə məlumat verməli olacaqlar, çünki erməni əsgərlərin ailələri də bunu tələb edəcək ki, bizim övladımız haradadır". O, əlavə edib ki, Ermənistanın son günlər cəbhə bölgəsində aktivləşməsinin bir neçə izahı ola bilər: "Bunlardan biri, ümumiyyətlə, dünyada beynəlxalq münasibətlərin gərginləşdirilməsi və burada marağı olan qüvvələrin olmasıdır. Ermənistan əslində ovçu tulasıdır. Erməninin özünün nə gücü, nə cəsarəti yoxdur ki, mustəqil hərəkət etsin. Ermənistan ancaq ona verilən tapşırığı icra edir. Digər tərəfdən, Ermənistanın özündə ciddi gərginlik, xüsusən də iqtisadi böhran yaşanır, son vaxtlar da Ermənistanda kommunal və digər xidmətlər üzrə qiymətlərin bahalaşması gözlənilir. Bu da ac Ermənistan əhalisinin hökumətə çox ciddi etirazı ilə nəticələnə bilər. Ola bilsin ki, bununla bağlı Ermənistan hökuməti maraqlıdır ki, cəbhədə vəziyyət gərginləşsin, bütün diqqət buna yönəlsin və Ermınistanın daxilindəki iqtisadi böhrana insanların kəskin münasibəti olmasın". Millət vəkilinin sözlərinə görə, bir sıra beynəlxalq məsələlər var ki, Ermənistanı o məsələlərlə bağlı təhrik edən qüvvələr cəbhədə Ermənistanın aktivləşməsinə və münaqişənin sülh yolu ilə həll edilməsinə mane olmağa çalışırlar: "Amma Azərbaycan Ordusunun cox ciddi müqaviməti və bütün hücumları dəf etməsi, Azərbaycan Müdafiə Nazirliyinin kəskin bəyanatı, nazirin özünün cəbhə bölgəsində olması, ağır texnikanın və hərbi aviasiyanın bu işə cəlb olunacağı barədə fikirlər həm erməni tərəfini, həm də onların himayədarlarını daha konstruktiv mövqe nümayiş etdirməyə məcbur edəcək". Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Geri dön |