Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə külli miqdarda brilyant daşlar gətirən şəxslər həbs olunublar
Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə külli miqdarda brilyant daşlar gətirən şəxslər həbs olunublar |
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar.
Bu barədə MTN-in İctimai əlaqələr mərkəzindən verilən məlumatda bildirilib. Məlumata görə, Azərbaycan vətəndaşı Mehdiyev Azər Ağa oğlu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində aldığı külli miqdarda brilyant daşları qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirərək Azərbaycana gətirib. Azər Mehdiyev Heydər Əliyev Hava Limanında gömrük sərhədini keçdikdən sonra avtomobil dayanacağında yaxalanmış və baxış zamanı ona məxsus əşyaların içərisində külli miqdarda dəyəri olan 190,12 karat brilyant daşlar aşkar edilərək götürülüb. MTN-in bu istiqamətdə həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində külli miqdarda dəyəri olan brilyant daşları və qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmiş Azərbaycan vətəndaşı Abdullayev Hafiz Əli Qara oğlu saxlanılıb. Müəyyən edilib ki, Hafiz Abdullayev Qazax rayonundakı «Sınıq Körpü» gömrük postundan keçərək Gürcüstan Respublikasının Tiflis şəhərindən təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə “İstanbul-Dehli” aviareysi ilə Hindistana gedib. Hafiz Abdullayev Dehli şəhərində əldə etdiyi qızıl-brilyant məmulatlarını gizlədərək eyni marşrutla geri qayıdıb və «Sınıq Körpü» gömrük postundan qacaq yolla keçirib Azərbaycana gətirib. Lakin Hafiz Abdullayev gömrük postunu keçdikdən sonra Qazax rayonu ərazisində yaxalanıb və baxış zamanı gizli gətirdiyi külli miqdarda dəyəri olan 193,87 karat brilyant daşlar və 3 ədəd “585” əyarlı qızıl üzüklər aşkar edilərək götürülüb. Hər iki faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci (gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi ilə cinayət işi başlanılıb, Azər Mehdiyev və Hafiz Abdullayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri dön |