Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Hərb > Güney Azərbaycan Türkləri Qarabağda döyüşməyə hazır olduqlarını bəyan etdi
Güney Azərbaycan Türkləri Qarabağda döyüşməyə hazır olduqlarını bəyan etdi |
Güney Azərbaycan Türkləri Qarabağda döyüşməyə hazır olduqlarını bəyan etdi
Cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan departamentinin sədri, Qarabağ döyüşçüsü Əlirza Amanbəylinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Ali Baş Komandanına ünvanlanmış müraciətdə minlərlə Güney Azərbaycan türkləri torpaqlarımızın azad olunmasında döyüşə hazır olduqlarını bəyan etmişlər. Təbriz, Urmu, Xoy, Maku, Sulduz, Qoşaçay, Zəncan,Tehran, Məlikkəndi, Əhər, Mərənd,Marağa,Ərdəbil, Xiyov, Muğan, Sayınqala,Tikantəpə Milli fəallarının birgə yaydığı bəyantda deyilir: "Qacar Türk hakimiyyətinin getdikcə zəiflənməsi nəticəsində əsasən 1828-ci ildən bəri Azərbaycan ərazisi ikiyə bölünüb, çeşidli hücum və soyqırımlara məruz qalmışdır. Torpaqların bölünməsi prosesi tədricən davam etmiş, Rusiyanın təzyiqi altında Türkmənçay müqaviləsinə qonulan (daxil edilən) 14 və 15-ci maddələrin yaratdığı münasib şərait Məmalike Məhruseye Qacar və Osmanlı ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsinə zəmin hazırlamışdı. 1905-ci ildən 1994-cü ilə qədər ermənilər anti türk və anti Azərbaycan dövlətlərdən aldıqları siyasi və hərbi dəstklə, Bütöv Azərbaycan ərazisində vəhşicəsinə soyqırımlar törədib, 1991-1994-cü illərdı Azərbaycanın dağlıq Qarabağ bölgəsini işğal etmişdir. Qarabağ problemi Bütöv Azərbaycanın hər zaman ən önəmli və dartışılmaz mövzusudur. Son günlər cəbhə xəttində erməni tərəfinin atəşkəsi pozması nəticəsində başlayan atışmalarda Şəhid olan Azərbaycan əsgərlərinin ruhları qarşısında baş əyir, Ulu Tanrıdan onlara rəhmət və ailələri başda olmaqla Azərbaycan xalqı və dövlətinə başsağlığı diləyirik. Güney Azerbaycan toplumu, milli təşkilatlar, qruplar və şəxslər hər zaman Azərbaycan xalqının mənafeyindən yana olmuş, bu yolda borcu olaraq özveridə (fedakarlıq) bulunmaqda can atmışdır. Güneydəki mübarizlər Təbrizdə “erməni xəlifegərisi”-nin önündə keçirilən mitinq, Tehranda erməni səfirliyi qarşısında, Təbrizin “Səhənd” stadionunda və bir çox digər etiraz aksiyalarında erməni dəstəkçisi fars rasizminin qarşısında “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirmiş, erməni vəhşiliyini xalqa çatdırmışdır. Bu gün də, səbirsizliklə haqqın və ədalətin bərpa olunması babında Qarabağın qaytarılmasını gözləyir, bu yolda gərəkən yardımları etməyə hazırıq. İqtisadi və siyasi nöqteyi nəzərdən çökmüş işğalçı Ermənistan gec-tez geri oturmalı, Türkün bayrağının ŞUŞADA dalğalanmasına böyün əyməlidir. Gələcək bizimdir! 4 Avqost 2014" N. Göyçəli Geri dön |