Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Erməni itinin zingiltisi
Erməni itinin zingiltisi |
Ermənistan jurnalistləri üçün indi gərgin vaxtdır. Onlar demək olar ki, bütün Rusiya ənginliklərini araşdırıb Azərbaycan haqqında mənfi söz söyləyə bilən politoloqları, diplomatları, ekspertləri tapırlar. Buna informasiya müharibəsi deyirlər. Əsas məsələ erməni xalqını inandırmaqdır ki, "bizdə hər şey əladır, çətinliklər müvəqqətidir, onların öhdəsindən gələcəyik və qələbə çalacağıq. Hər deyilənə inanmayın - bizim rusiyalı dostlarımızın fikirlərini oxuyun".
Elə bu üsulla da ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovu naftalindən çıxarıblar. Mən Mərkəzi televiziyanın Azərbaycan üzrə müxbiri işləyən zaman onunla dəfələrlə görüşmüşdüm. Görünür, mən də Moskvanı təmsil etdiyimə görə başqa azərbaycanlılarla müqayisədə Vladimir Kazimirov mənə daha loyal yanaşırdı. Azərbaycandan o, yalnız milli mətbəxi sevirdi, onu gözəl sayırdı. Bizim ölkəyə demək olar ki, mənfi yanaşırdı. Yaxşı yadımdadır, Qarabağda qaçqın azərbaycanlı kütləsinə baxaraq, birdən demişdi: "Azərbaycan istədiyinə nail oldu". Bu azmış kimi, o, Koçaryan və Sarkisyan kimi banditlərin müstəqillik və azadlıq istəyən Qarabağ xalqı olduğunu demişdi. Üstündən iyirmi beş il keçəndən sonra o, erməni konyakı içə-içə bütün bəla və münaqişələrdə rəsmi Bakını günahlandırır. Onun sözlərinə görə, Azərbaycan üçün güzəştlər axtarmaq daha məntiqli olardı. Kazimirovun güzəşt dedikdə nəyi nəzərdə tutduğu hələ də qaranlıq qalır. O yenə yalnız Azərbaycanı nəzərdə tutaraq qırıldayır ki, güzəşt axtarmaq sərhəddə münaqişədən yaxşıdır. Yəni onun sözündən belə çıxır ki, İkinci Dünya müharibəsində Stalinin rəhbərlik etdiyi Sovet İttifaqı ölkənin yarısını tutmuş Hitlerə qarşı vuruşmamalı idi, müharibəni dayandarmalı idi və güzəşt axtarmaqla məşğul olmalı idi. Sayıqlamadır, sadəcə. Amma Kazimirov bu münaqişənin ilkin səbəblərini unuduraq yenə də öz ermənipərəst mövqeyini sırımağa çalışır. Yenə də Kazimirov erməni jurnalistləri inandırmağa çalışır ki, elementar insani məntiq Azərbaycanın əl atdığı güc və hədədən uzaq durmağı tələb edir. Amma mənim fikrimcə, insani məntiq hər şeydən öncə başqasının əmlakını oğurlamamağı tələb edir. Hətta xristian Bibliyasında əsas postulatlarından biri kimi “oğurlama!” deyilir. Ona görə də, Kazimirov, nahaq yerə banditləri müdafiə edirsiniz, Tanrı sizi buna görə cəzalandıracaq. Bir də, cənab Kazımirov, boş yerə dünyasını dəyişmiş Azərbaycan dövlət xadimlərinin adını çəkməyin. Sizin sözlərinizdən belə çıxır ki, guya siz onlarla yaxın olmusunuz. Halbuki, siz böyük diplomatik maşında kiçik vint olmusunuz və yuxarının sizdən tələb etdiyi hər şeyi dəqiq yerinə yetirmisiniz. Yaxşısı budur ki, siz bu gün istirahət edin və daha çox öz sağlamlığınızın qeydinə qalın. Bütün bəlalara görə boş-boş Bakını günahlandırmayın, özünüz də bilirsiniz ki, bu, belə deyil. Əgər Ermənistan xoşunuza gəlirsə, ora köçün. Düzdür, onlarda milli mətbəx daha pisdir, amma erməni konyakı var. Siyasi laqqırtılarla məşğul olmayın, siyasət sizlik deyil. Zaman özü bunu sübut etdi. ANS PRESS Geri dön |