Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Soçi bitdi, savaş olacaq?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Soçi bitdi, savaş olacaq?

Soçi bitdi, savaş olacaq?


Çar Nikolayın vaxtında Dağlıq Qarabağ kimə məxsus olub?
Qarabağ münaqişəsi üzrə danışıqlarda Rusiya prezidenti Vladimir Putinin iştirakının hansısa nəticələr verəcəyinə inananlar hansısa irəliləyişə ümid edirdilər.

Amma təəssüf ki, bu cür görüşlərin həmişə nəticəsiz qurtardığını iddia edən skeptiklər haqqlı çıxdılar. Yəni, bəyan edildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinə göstəriş verilib ki, münaqişənin dinc həlli yollarını axtarmaqda davam etsinlər.

Üç tərəfli görüşdə çıxış edən Putin xüsusi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə həll etmək üçün Azərbaycan və Ermənistan prezidentinlərinin xoş məramları var. Mən şəxsən Sarkisyanın xoş məramına inanmıram. Axı bu keçmiş yaraqlı öz əlatıları ilə birlikdə azərbaycanlıları öz doğma torpaqlarından didərgin salıb. Görünür, Ermənistanda layiqli ağıllı insanlar çatışmır. Əks halda dövlət başçısı vəzifəsində əli qana batmış bir Qarabağ terrorçusunu başqa bir Qarabağ yaraqlısı ilə əvəz etməzdilər. Bu indiki prezident Soçidə danışıqlar masası arxasında oturan zaman onun ordusu təkcə münaqişə zonasında deyil, həm də Ermənistan – Azərbayjan sərhədində atəşkəs recimini dəfələrlə pozub.

Rusiya prezidenti həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının mirasıdır. Keçmiş quruluşu müdafiə etməyən bir insan kimi soruşmaq istəyirəm, çar Nikolayın vaxtında Dağlıq Qarabağ ermənilərə məxsus idi? Axı Azərbaycanın Şuşa qalası dəfələrlə İranı şahının ordusunun hücumunun qarşısını alıb.

Azərbayjan torpaqlarının işğalı əməliyyatı, əlbəttə, Sovet zamanında Moskva hakimiyyətinin və və bu əməliyyata yetərinjə vəskait xərjləmiş xariji diasporun, həmçinin Ermənistanın millətçlərinin iştirakı ilə işlənmişdi.

Bu ölkədə hələ də bu günə qədər yuxularında dənizdən dənizə Ermənistan dövlətini görürlər. İrəvan etnoqrafik muzeyində Ermənistan dövlətinin bu cür alt yazısı olan nəhəng xəritəsi asılıb.

Demək olar ki, Soçi görüşündə Sarkisyan arzu etmədiyi vəziyyətə düşdü. Hamımız yaxşı bilirik ki, qondarma Dağlıq Qarabağ respublikasının suverenliyini heç bir ölkə tanımayıb. Ermənistanın strateji tərəfdaşı olan Rusiya bu ölkəni Gömrük İttifaqına Qarabağsız qoşulmasını tələb edir.

Heç bir ölkə belə uzun müddət davam Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlini ağdan qaraya vurmur. Lakin Azərbaycan erməni təxribatına qarşı sərt əks zərbələr endirməyə başlayanda dünya ictimaiyyəti o dəqiqə atəşkəsi pozmamağa, sülh danışıqlarını davam etdirməyə çağırır. Bəs, Qarabağda məşhur əl tulası olan erməni siyasətçilərlə necə danışmaq lazımdır.

Belə "nə sülh, nə müharibə" vəziyyəti hakimiyyəti çox qane edir, onlar hələ də ümid edir ki, hər şey nə vaxtsa unudulacaq. Amma sonra qondarma soyqırım və Qarabağ münaqişəsi, Sarkisyanın fikrincə, bu millətin birləşməsinin əsas amilləridir, hansı ki, bu gün heç vaxt olmadığı kimi pis yaşayır. Və buna görə xalq küçələrə və meydançalara yavaş-yavaş çıxmağa başlayır. Camaat etirazlarında indiki vəziyyəti ifadə etməyə və müharibəni qurtarmağı tələb edir.
Müxalifət artıq açıq deyir ki, bu payız Ermənistanın rəhbərliyi üçün ölkənin müstəqillik tarixində ən isti fəsil olacaq.
Allah bilir bəlkə Cənubi Qafqaz respublikasında hakimiyyətə praqmatik müasir insanlar gələsələr bəlkə onda onlarla danışmaq olar və hər cür üçtərəfli görüşlər ATƏT-in Minsk qrupunun nümayəndələri olmadan mümkan ola bilər. Bu çox tezliklə baş verəcək. Status-kvo bərpa olunacaq və nəhayət, toplar həmişəlik susacaqlar.


ANS

Geri dön