Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında qanun layihəsi Azərbaycan hökumətinə təqdim edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında qanun layihəsi Azərbaycan hökumətinə təqdim edilib

Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında qanun layihəsi Azərbaycan hökumətinə təqdim edilib


Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi Azərbaycan hökumətinə təqdim edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birlikdə “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi hazırlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan prezidentinin 2013-cü il 5 fevral tarixli fərmanının 2.2-ci bəndindən irəli gələn məsələlərin həlli ilə bağlı hazırlanan qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq baxılması üçün hökumətə təqdim olunub.

Qanun layihəsində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, idarə edilməsi, təhlükəsizliyinin təmin olunmasının əsas meyarları, inteqrasiyası və ləğvi, həmçinin dövlət informasiya sistemlərinin və ehtiyatlarının subyektlərinin hüquq və vəzifələrinin əsasları müəyyən edilib, onlar arasında qarşılıqlı əlaqə zamanı yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlər nəzərə alınıb.

Geri dön