Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub
Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub |
FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə iyulun 17-də dərc olunan cədvəllə müqayisədə ciddi dəyişikliklər olmayıb. Buna da səbəb ötən 4 həftədə o qədər də çox matçın keçirilməməyidi.
Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığmasının da mövqeyi dəyişməz qalıb. Ötən ay 73-cü yerdə qərarlaşan komandamız mövqeyini qorumaqla tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millimiz bu dəfə hesabını 3 xal artırsa da, irəliləməyə müvəffəq olmayıb. Berti Foqtsun yetirmələri Avropada 37-cidi. Millimiz və “qonşuları” 70 (67). Albaniya - 437 71 (71). Boliviya - 434 72 (72). Bolqarıstan - 429 73 (73). AZƏRBAYCAN - 413 74 (75). Kabo-Verde – 411 75 (79). Anqola - 408 76 (74). Makedoniya – 407 İlk “onluq”da ümumiyyətlə dəyişiklik olmayıb. Yeganə fərq Ötən ay 8-ci olan İspaniyanın xal hesabında Braziliyaya çatmasıdır. İlk “onluq” 1 (1). Almaniya – 1736 2 (2). Argentina – 1604 3 (3). Hollandiya - 1507 4 (4). Kolumbiya – 1495 5 (5). Belçika – 1407 6 (6). Uruqvay - 1316 7 (7). Braziliya – 1241 8 (7). İspaniya - 1241 9 (9). İsveçrə - 1218 10 (10). Fransa – 1212 Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız Xorvatiyanın mövqeyi dəyişib. Balkanlılar 1 pillə irəliləməyi bacarıb. AVRO-2016-nın seçmə mərhələsinin H qrupu 14 (14). İtaliya – 1069 16 (17). Xorvatiya – 964 53 (53). Norveç - 512 72 (72). Bolqarıstan - 429 73 (73). AZƏRBAYCAN - 413 150 (150). Malta – 143 Qeyd edək ki, yoxlama oyunlarındakı rəqiblərimizdən Rusiya 899 xalla 23-cü, Özbəkistan 528 xalla 51-cidir. Avqustun 20-də qarşılaşacağımız sonuncular 1 pillə irəliləyibsə sentyabrın 3-dəki rəqibimizin mövqeyi dəyişməz qalıb. Qonşu Türkiyə yığması isə 711 xalla 32-cidir. Geri dön |