Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Türkiyə hərbi ittifaqı reallığa çevrilir?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan-Türkiyə hərbi ittifaqı reallığa çevrilir?!

Azərbaycan-Türkiyə hərbi ittifaqı reallığa çevrilir?!


Fərəc Quliyev: "Türkiyə və Azərbaycan arasında dərinləşəcək hərbi inteqrasiya təkcə onların mənafeyinə deyil, həm də bölgədə, dünyada sabitlik axtaran digər sivil ölkələrin də xeyrinə olardı"

Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq getdikcə dərinləşir və bu fonda hərbi ittifaq məsələsi son zamanlar öz aktuallığını daha da artırıb. Xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentlərinin 2010-cu ilin sonlarında imzaladıqları "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" anlaşma da hər iki dövlətə imkan verir ki, hərbi sahədəki əməkdaşlığı yüksək səviyyəyə qaldırsın.
Hələliksə, Türkiyə ilə Azərbaycan arasında hərbi sənaye komplekslərinin əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Bu sahədə ortaq layihələrin sayı artır, birgə silah və texnika istehsalı genişlənir. Onu da qeyd edək ki, faktiki "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında" anlaşmanın hərbi müddəalarının yerinə yetirilməsi ölkələrin biri-birinin təhlükəsizliyinə cavabdeh olmasını da özündə ehtiva edir. İki qardaş ölkə arasında hərbi ittifaq istiqamətində əməkdaşlığın dərinləşdirilməsi üçün kifayət qədər hüquqi baza da var. Son illəri nəzərdən keçirəndə görürük ki, Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı getdikcə daha çox müdafiə sənayesi kompleksinin inkişafına, birgə hərbi məhsul istehsalına istiqamətlənib.
Son zamanlar isə bilindiyi kimi, qoşunların təmas xəttində Ermənistan atəşkəsi daha intensiv şəkildə pozur. Bunun isə Ermənistana əcnəbi ağaları tərəfindən gələn göstəriş əsasında reallaşmasına dair də fikirlər səslənir. Məhz bu fonda belə fikirlər səslənir ki, Türkiyə- Azərbaycan hərbi ittifaqının yaradılması məsələsi artıq praktik müstəviyə keçməlidir.
Millət vəkili Fərəc Quliyev də razıdır ki, sözügedən ittifaqın yaradılması məsələsi artıq praktik müstəviyə keçməlidir: "Dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanla Türkiyə arasında asayişi birgə mühafizə qüvvələri hazırlansın. Hansı ki, bu qüvvələr sabah lazım olanda Qarabağda erməni işğalçılarına qarşı mübarizə aparsın. Sonra isə bu quruma digər türk dövlətlərinin də birləşməsilə, daha böyük bir alyansın yaradılmasına nail olaq. Hazırda Azərbaycanla Türkiyə arasında silahlı qüvvələrin birgə əməkdaşlığına dair sazişlər var. Hərbi sənaye kompleksinin yaradılması ilə əlaqədar anlaşmalar mövcuddur. İki qardaş ölkə arasında hərbi ittifaqın yaradılması məsələsi bir neçə il öncə həllini tapmalı idi, həmin dövrdən zəruri idi. Belə ittifaqın yaradılmasının hələ vaxtı da keçib. Bütün münasibətləri siyasi-hərbi müstəviyə keçirmək gərəkdir, buna görə çəkinmək də lazım deyil. Nəyə görə türk etnoslarının qurduğu hərbi ittifaqlar qıcıq yaratmalıdır? İradəmizdən asılı olmadan şər üçbucağına daxil olan dövlətlərin forpostu olan Ermənistan torpaqlarımızı işğal edib. Bu həm də o deməkdir ki, hazırda iki dünyagörüşünün savaşı gedir. Bu prosesdə sağlam tərəfdə olan Azərbaycan və Türkiyə şər üçbucağında yer alan Ermənistan tərəfindən təhdid olunur. Türkiyəni dövlət kimi bütöv olaraq tanımayan Ermənistan Azərbaycanın da 20 faiz ərazisini işğal edib. Yeni, bu günün real vəziyyətindən çıxış edərək, Türkiyə və Azərbaycan arasında bağlanacaq ittifaq, dərinləşəcək hərbi inteqrasiya təkcə bu dövlətlərin mənafeyinə deyil, həm də bütövlükdə, bölgədə, dünyada sabitlik axtaran sivil ölkələrin xeyrinə olardı.Belə bir ittifaqın yaradılması prosesinin uzanmaması üçün hesab edirəm ki, ortaya ciddi şəkildə siyasi iradə qoyulmalıdır. Bəlkə, burada Rusiya amili ehtiyatlı davranmağa sövq edirdisə də, güman etmirəm ki, artıq bu məsələdə tərəddüd etməyə dəyər. Çünki, nə cür davranmağımızdan asılı olmayaraq, Rusiyanın institutlaşmış siyasəti var və onlar əllərinə imkan düşən kimi özündən bir az zəiflərin üzərinə gedir. Bizim güclü olmağımız lazımdır".


Səməd CƏFƏROV

Geri dön