Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xudayar Teymuri: Biz vətənimizi sevirik, məcbur olmasaydıq onu tərk etməzdik- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Xudayar Teymuri: Biz vətənimizi sevirik, məcbur olmasaydıq onu tərk etməzdik- Müsahibə

Xudayar Teymuri: Biz vətənimizi sevirik, məcbur olmasaydıq onu tərk etməzdik- Müsahibə


Siyasi basqılar üzündən tərk edilən ölkələr arasında İran ön sırada gedir. Son 20 ildə Güneyi işgəncə və fiziki təhlükə üzündən tərk edərək qonşu ölkələrdə qaçqın həyatı yaşayan türk fəalların sayı kəskin artıb. Bunlardan biri dörd ay öncə, doğma şəhəri Urmiyəni tərk edib Türkiyəyə köçən güneyli fəal Xudayar Teymuri “Amerikanın Səsi”nə danışıb.
“Biz vətənimizi sevirik, məcbur olmasaydıq onu tərk etməzdik,” deyə vurğulayan sabiq siyasi məhbus özünün və digər fəalların ölkəni tərk etmələrinin səbəblərini açıqlamış, məruz qaldığı basqılar və təzyiqlər haqda danışmışdır.
Xudayar Teymuri ailəsinin keçmişdən də siyasi basqılarla üzləşdiyini deyir. O, uzun illər öncə Xudayar adlı əmisinin siyasi fəaliyyətləri üzündən öldürüldüyü, və əslində əmisinin adının ona verildiyini söyləyir.
Güneyli fəal 6 dəfə o cümlədən, illik Babək Qalası mərasimi və 2006 May olayları ilə bağlı həbs edildiyini, həmçinin may qiyamına qatıldığı üçün təhsil aldığı universitetdən qovulduğunu bildirir.
“Universitetdən qovuldum... ETTELAAT xüsusi məktəblərdə müəllim kimi çalışmağıma da icazə vermirdi. Xəyyam xiyavanında bir musiqi məhsulları mağazası açdım ...,” deyə o iş, təhsil və həyatımda qarşılaşdığı çətinlikləri təsvir edir.
Teymuri Güney Azərbaycandan başqa bölgələrə mühacirəti iki kateqoriyaya ayırır:
“Bizim bölgə bərbad durumda qalıb. İqtisadi çətinliklər var, iş tapılmır, buna görə də, çoxları iş üçün Tehran və digər fars bölgələrinə köçməyə məcbur olurlar... Ancaq siyasi basqılar üzündən ölkəni tərk edən milli fəalların bir çoxu uzmanlıq sahibi mütəxəssislərdən ibarətdir,” deyə urmiyəli fəal qeyd edir.
Xudayar Teymurinin sözlərinə görə, Güneyi tərk edən fəallar adətən yeni ölkədə qarşılaşacaqları çətinlikləri də bilirlər. Amma həm özləri həm də ailələrinə qarşı təhdidlər onlara başqa seçim vermir.
“Biz zatən vətənimizi sevən insanlarıq. Məcbur olmasaydıq, vətəndən uzaqda yaşamağı istəməzdik. Bu, bir mübarizədir və biz özgürlük və demokratiyaya çatana qədər bu mübarizəyə davam edəcəyik,” deyə Türkiyədə mühacirət həyatı yaşayan güneyli əlavə edib.
AUDİO-nu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKi tıklaya bilərsiniz:
http://www.amerikaninsesi.org/content/xudayar-teymuri/2412872.html

Geri dön