Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Türk hərbi hissəsinin Azərbaycanda daimi yerləşdirilməsinə ehtiyac yoxdur
Türk hərbi hissəsinin Azərbaycanda daimi yerləşdirilməsinə ehtiyac yoxdur |
Fərəc Quliyev: “Biz sərhəd ölkələriyik və istənilən zaman bir-birimizə yardım edə bilərik”
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev Naxçıvanda türk hərbi bazasının yaradılması ilə bağlı səslənən fikirlərə münasibət bildirib: “Əvvəla Türkiyə və Azərbaycan arasında birgə əməkdaşlıq sazişləri mövcuddur və bu sazişlərdə tərəflərin bir-birinə bütün məsələlərdə yardım göstərməsi məsələsi öz əksini tapıb. Ikincisi, Turan ordusu adı altında müəyyən formalaşmalar oldu. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq mövcuddur. Bu gün türk hərbi hissələri Azərbaycan ərazisində və ya Azərbaycan hərbi hissələri Türkiyə ərazisində yerləşərsə, burada təəccüblü heç nə axtarmaq lazım deyil”. Bununla yanaşı F.Quliyevin fikrincə, iki ölkə arasında bilavasitə quru sərhəddi olduğu üçün belə bir hərbi bazanın yaradılması zəruri deyil. Belə ki, Türkiyə və Azərbaycanın həmsərhəd ölkələr olması onların lazımi anda bir-birlərinə çevik hərbi dəstək verməsini təmin edən faktordur: “Müttəfiq ölkələrdə hərbi bazaların yaradılması tərəflər arasındakı əməkdaşlıq formalarından biri kimi normaldır. Lakin bu gün hansısa türk hərbi hissəsinin Azərbaycanda daimi yerləşdirilməsinə ehtiyac yoxdur. Biz sərhəd ölkələriyik. Istənilən zaman ordu hissələri bir-birlərinə yardım edə bilərlər. Bununla yanaşı, hesab eləmirəm ki, Ərdoğanın səfəri zamanı Azərbaycanb tərəfi belə bir təkliflə çıxış edəcək. Bütün hallarda biz dərin inteqrasiyada maraqlıyıq və Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, xüsusilə də hərbi-siyasi sahədə inkişaf etməlidir. Bu məsələlər açıq şəkildə öz həllini tapmalıdır”. Millət vəkilinin fikrincə, Azərbaycan və Türkiyə xarici təhdidlərə qarşı birgə mübarizə aparmalı və bu sahədə konkret əməli addımlar həyata keçirməlidir: “Biz xarici siyasət məsələmizi birgə kordinasiya etməyi bacarmalıyıq. Ölkəmizə qarşı təcavüzlərin qarşısını birgə almalıyıq. Bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. Bütün bunlar açıq şəkildə həyata keçirilməli, tərəflər heç nədən çəkinməməlidir”. Naxçıvanın təhlükəsizliyinə gəlincə, millət vəkili bununla bağlı Türkiyənin Qars müqaviləsinə əsasən öhdəliyə malik olduğunu bildirdi: “Naxçıvanla bağlı Qars müqaviləsi mövcuddur. Bu müqaviləyə görə Naxçıvanın təhlükəsizliyi üçün hər hansı bir təhdid olarsa, Türkiyə proseslərə müdaxilə etmək haqqına malikdir”. Seymur Əliyev Geri dön |