Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Din və Allah
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Din və Allah

Din və Allah


Əgər desəm ki, bu iki məfhum artıq bir-birinin ziddidir, təəccüb etməyə dəyməz. Həm də təkcə bu, bizim mənsub olduğumuz (və yaxud da olmadığımız) dinə aid deyil. Ümumiyyətlə dinləri, yəni ərəblər demişkən “ədyan”ı qəsd edirəm.

Min hiylə quran tülkü siyasilər, o hər an,
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan!


Ulu Cavid əfəndi burada həmin kəlməni necə də yerində işlədibmiş. “Xadimi-əd¬yan”, yəni din xadimləri! Məzhəblər icad edən, yollar ayıran həmin dinşünaslar ki, bu gün heç bir dindən əsər-əlamət qoymayıblar qalsın.
Mən öz yanımdan danışmıram bu cür hərzəvü hədyan olaraq. Mən ateist deyiləm. Hə¬lə millətçi ateistlərdən (!!!) heç deyiləm. Mənim öz istinadlarım mövcuddur. Ruhani şəcərəm, silsiləm, Nəsimim, Mövlanam, Nəbatim vardır. Məsələn, kainatın 6 sütunundan biri sayılan Şəms Təbrizi həzrətləri belə buyurur: “Müctehidə təqlid edən kafərdir!” İndi bunu, yuxarıda adını tam sıralamadığım növbənöv allahsızlar öz məqsədləri üçün əllərində dəstəvuz edə bilərdilər. Amma bunu bacarmadılar. Çünki qarşılarındakı Şəmsdir! Onlar bu oyunlardan baş çıxarmazlar. Xüsusilə də bu mətləblərdən az-çox xəbəri olan kafirlər yaxşı bilirlər mənim nə dediyimi. Elə bu “kafir” sözünün üstündə bir azcıq dayanmaq istərdim. Bu söz ərəb dilindəki “kəfərə” felindəndir ki, mənası bir şeyin üstünü örtən deməkdir. Yəni, həqiqəti görüb, sonra onu gizlədən insana kafir deyilir. Məsələ bir qədər qarışıqdır, çünki elə din xadimləri özləri ən başdan küfrə yol veriblər. Bir az və daha da açığı bir qədər kobud ifadə edəcəyəm sözümün canını. O da bundan ibarətdir ki, bizim bu gün tanıdığımız, əlimizdə olan İslam ərəb milliyyətçiliyi və xilafət islamıdır. On¬suz da mənim kimi qərib-qürəbanın sözünü eşidən yoxdur bu məmləkətdə. Bəs elə isə, deyəlim gəlsin. Bu gün sabah mən imanımı, məmləkət isə canını qurtacaq mə¬nim kimilərdən. Onsuz da bir faydası olmayacaq, ancaq biz yenə də bekar otur¬ma¬yaq, söyləyək, yazaq, susmayaq.
Niyə yazırıq, kiminçün deyirik, bir vicdansız bunu bilmir. Elə hamı mənim kimi danışır, ürəyini boşaldır. Mən deyirəm ki, ay ümmətim, ay millətim, qəlbimizin gözü bağlıdır, barı heç olmasa, bu başımızın üstündəki gözlərimizi açaq. Hərçənd ki, böyük Şah Xətai deyirdi:
Məni görə bilməz hər başı gözlü,
Könül gözündə binalar gərəkdir!

Könlümüzün qulağı əbədiyyən kardır, bunu qəbul etdik, tamam. Bəs bu ətdən, kəmikdən ibarət olan fiziki qulaqlarımıza nə gəlib ki, onları da özümüz kimi kafir edirik? Axı, dinlə dinsizlik arasında əsrlər boyudur eşq adlı bir nəsnə möv¬cud¬dur ki, bar-bar bağırır:

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam!


Mən Nəsimiyəm! İndi, bu gün, bu saat “Ənəlhəq” deyirəm. Yəni, dünyanın da fə¬lə¬yin də Şeytanın da anasını, bacısını, varını-yoxunu düzürəm gözünün qabağına! Ya hu, bir səsiniz çıxsın! Dərimi də soydular, siz əl çaldınız. Onlar həmən alqışlar idi ki, Şivanşah İbrahimi-əvvəl mənə “xalq şairi” adını verəndə sizin boğazınızdan qopmuşdu. İndi həmin saray məni dar ağacının altına gətirib, siz yenə də əl ça¬lır¬sı¬nız, ancaq bu dəfə mənə yox, padşaha! Bax mən buna deyərəm əsl kafirlik. Yəni, həqiqəti görüb, sonra onun üstünü bax belə örtərlər. Lap sizin yapdığınız kimi...

Vətəndən doymuşam, məni qınama,
Dur gedək, bu xalqı artıq sınama.
Dur görüm, bu ağac bənzir anama,
Telindən qoparım bir saçax Nəbi!
Qeyrətin qurbanı ay qoçax Nəbi!


Bir azcıq arif olanlar elə Təbriz ləhcəsindəki bu “bənzir” sözündən bildilər ki, kimindir bu yaralı misralar. Bəli, ustad Məhəmmədhüseyn Şəhriyar!
O da ürfan ədəbiyatının çox azman nümayəndəsi idi. İrad tutur göbələklər ki, ən böyük, ürfani divanlarını Şəhriyar niyə farsca yazdı. Osmanlılar demişkən, ulan, guya həmin divanları türkcə yazsaydı, sizlər onu qəbul edəcəkdiniz? Ay etdiniz ha... Tanımırammı sizi?! Siz deyilsiniz Nəsimini də Füzulini də hətta biçarə aşıq Yunus İmrəni də ərəb, hətta İran casusu hesab edən?! Bax, budur dinlə dinzizlik arasındakı nazik pərdə. Mən sufiyəm, ürfan ərbabıyam! Heç bir yer cücəsindən də qorxum, hürküm yoxdur. Mənim böyüklərim Təbrizdə və Anadoluda indi də de¬yər¬lər ki, “Yol Zülfüqardan itidir!” Yol təriqətdir, məzhəb deyil. Ay dini ko¬mi¬tə¬lər¬də təlimat alan rəsmilər! Üzümü sizə tuturam: məzhəb ayrı şeydir ki, bu gün İran bizə kakalayır onu. Təriqət eşqdir, ürfandır. Qarışdırmayın hər şeyi bir-birinə. Kimə deyirsən? Mən indi bilirəm nə çəkib rəhmətlik Mirzə bu toplumun əlindən. Camaatın oxuyub, gülməkdən qarnını tuttuğu şeyləri mən gizli bir yerlərdə ağlaya-ağlaya oxuyurdum ki, görən olmasın, deyərlər dəlidir. Bu niyə ağlayır Danabaş kəndinin halına? “A Vəliqulu. Ayə heç insafdırmı ki, heç Allaha xoş gedərmi ki, rəh¬mətlik atanın dostu mən olam, ancaq anan başqasına ərə ge¬də?!” Di gəl,.. Gül gö¬rüm necə gülürsən?!
Yox qardaş yox... Dostum Qasım Şeyxovun hələ tələbəlik illərində yaxşı bir sözü vardı, indi də getmir qulaqlarımdan. Deyirdi, yetmiş ildi ki, Nəsimini, Füzulini ateist eləmək üstündə yarış gedirdi, indi isə onları molla eləmək üstündə yarış ge¬dir. Adam haqlıdır. Həm də yerdən göyə qədər haqlıdır.
Bir az özümüzdən, özəl qandıqlarımızdan deyəcəm, bizimkilər biləcək nə deyirəm. Bir dəfə Bakı qəzəlxan və növhəxanları ilə bir məclisdə idim. Söhbət Seyyid Əzim Şirvanidən düşdü. Mən dedim ki, rəhmətlik Seyyid Azərbaycan təsəvvüf ədə¬biy¬ya¬tı¬nın, klassik sufizmin son nümayəndəsi olub. İndiki meyxanaçıların çox daha ədəbli və səviyyəli sələfləri dedilər ki, nə danışırsan, başın xarab olub? Təsəvvüf küfrdür! Sufilik böyük müctehidlər tərəfindən lənətlənib. Seyyid Əzim isə xalis şiə və mömin idi! Elə qışqırdılar üstümə, guya mən deyirəm ki, Seyyid Əzim Allahsız olub! İndi gəl bunları başa sal, görüm nəyi, necə izah edəcəksən. Qaldım qırıla-qırıla (indiki və həmişəki kimi). Dedim a kişilər, mənim istinadım onun şeirləridir. Siz onun nəyinə istinad edirsiniz? Dedilər əlbəttə ki, biz də onun şeirlərinə is¬ti¬na¬dən deyirik ki, kişi mömin müsəlman olub, sən onu özünüzə tay tutma. Dedim çox əcəb:

Canan yoluna verməyə mən can, yenə gəldim,
Bu Kəbə ara olmağa qurban, yenə gəldim.

Bir gəlmiş idim verməyə can, olmadı qismət,
Getdim, dolanıb, bir dəxi ey can, yenə gəldim.


Seyyid, neçə yol gəlmiş idim mülki-cəhanə,
Səd şükr, tapıb, surəti-insan, yenə gəldim!


Hərəsi bir əjdəhaya döndü, ağızlarından od püskürməyə başladı. Dedilər, sən nə demək istəyirsən, deyirsən yəni, Seyyid Əzim Şirvani tənasüxə (yəni re¬an¬ka¬rna¬si¬yon) inanıb?! Xeyr, belə küfr ola bilməz. Elə elədilər, az qaldım şübhələnim ki, bu qəzəli mən yazmışam, yoxsa mərhum Seyyid Əzim?! Halbuki, böyük arif Qurani-Kərimin gizli və açıq şifrələrində bəyana gətirilən mətləblərlə bağlı cəsarətli və sufiyanə bir nəsnəyə toxunmub bu qəzəldə. Qoymadılar ağzımı açım. Elə həmin vaxt efirə təzə-təzə yol açmış olan məşhur Hollivud istehsalı “Çağrı” filmindən bir kadr yadıma düşdü. Məkkə müşrikləri Allahın son peyğəmbərini Əbu Cəhlin fitvası ilə Kəbənin divarına qısdırıb, oldürmək istədikləri zaman uzaqdan Həzrəti Həmzə - Seyyidüş-Şühəda görünür. Yaxınlaşıb əvvəlcə Əbu Cəhlə yaxşı bir yum¬ruq ilişdirib onu yerə sərir. Bu vaxt Əbu Cəhl dillənir ki, bəs, sənin Mə¬həm¬mə¬din ya¬lan danışır. İndi görün qurban olduğun Həmzə nə deyir: “Yalanmı danışır? Da¬nış¬dırmadınız ki... Ağzını açmağa imkan vermədiniz ki,..” İndi bu qəzəlxanlar da aman vermədilər deyim ki, Seyyid Əzim nə sizin düşündüyünüz kimi mömin olub, nə də ateistlərin düşündüyü kimi kommunist. O, Ələvi-sufi ədəbiyatının Azər¬bay¬can¬dakı son təmsilçisi idi. Yenə daş atıb başların tutdular ki, ay bala, sərsəmləmə, sən dediyin adamlar kafirdirlər, Həzrət Əliyə üluhiyyət donu geydirirlər. Seyyid Əzimi niyə onlardan biri hesab edirsən? Dilim dinc durmadı, onun bir beytini də çı¬xar-dım ağzımdan:

Qiblə təklifin mənə gəl etmə ey şeyxül-hərəm,
Qiblədən dönnəm, Əliyyəl-Mürtəzadən dönmərəm!


Bu səfər də başladılar təfsir verməyə. İndi bunlar danışır, məni gülmək tutub, az qalıram yerə yıxılıb qəşş eləyəm. Birisi dedi ki (adını çəkməyim, çox məşhur bir alim və şairdir), ay bala, rəhmətlik bu beytdə demək istəyir ki, mən gündə beş vaxt namaz qılıram, bu zaman üzüm qibləyə olur. Ancaq günün hər vaxtı Əli Əley¬his¬sə¬la¬mı düşünürəm. Yəni, qiblədən yayındığım vaxtlarda da Həzrət Əli mə¬nim¬lə olur. Dediyim kimi, öldüm gülməkdən! Özləri də gördülər ki, yox, işlər fənadır. Seyyidə kafir deyə bilmirlər. Belə də möminlik olmaz. İçlərində bir kefcili var idi, dedi ki, a kişilər, ola bilsin ki, Seyid Əzim bu cür qəzəlləri içkili olanda yazırmış. Yazığı məndən betər günə saldılar ki, bəs səfehləmə, rəhmətlik Hacı idi, içki-filan nədir? Bu gün olsaydı, deyərdim əgər indiki hacılardan imişsə, o zaman ona içki də caizdir, qumar da, rüşvət də siğə də hər şey də...
Nə isə ki, məsələ çox qəlizdir. Deməm odur ki, bu incə ayrıntıyı görmədiyimiz üçün, qalmışıq odla su arasında. Nə dindar ola bilirik, nə də ateist. Çünki, əziz bacı və qardaşlarımız, həqiqətən də din ayrı şeydir, Allah ayrı! İlk başda belə deyildi. Sonradan belə oldu. Və getdikcə də belə olmağa yüksələn xətt üzrə davam edir. Mə¬nim dediyim və yaxud da demək istədiyim bilirsiz nədir? İzacə verin bir az dərinə gedim. Allahın son kitabında Xatəmül-Ənbiya Hz. Mühəmmədə (s.ə.v) xi¬ta¬bən belə bir ayə mövcuddur: “Ələm nəşrəh, ləkə sədrək” - “Biz hər an sənin sinəni böyüdürük”. Bu ayənin bətninə, müəmmasına, təfsirinə-filan var¬ma¬ya¬ca-ğam. Zatən yeri də deyil. Elə çılpaq şəkildə onu bildirim ki, o mübarək zat böyük sinəyə, yəni əqli və ruhi tutuma malik idi. Bu ona Allah Sübnahü-Təala tərəfindən bəxş olunmuş keyfiyyət idi. İndi sözüm nədir? Təsəvvür edin ki, o sinənin sahibi 23 il ərzində ona hər ayə gəldiyində vəhyin enerjisinə tab gətirmirdi. Huşu gedirdi, bədəni tir-tir əsirdi, bəzən yerə yıxılırdı. O sinənin, o tutumun sahibi! Və düşünün; bizlər isə - cılızmı cılız, zəifmi zəif, ölümü ölü biçarələr, hər gün o ayələri eşi¬di¬rik, oxuyuruq, ancaq heç tükümüz də tərpənmir!
Sözümü artıq uzatmaq istəmirəm. Bu ümmət, bu millət o zaman qurtulacaq ki, hə¬min ayələri və digər mütləq həqiqətləri eşitdiyi, gördüyü zaman kütləvi şəkildə özündən getsin, məst olsun, dünyanı, fələyi və kainatı unutsun! Bax, xilasımız o zamandır. Evimizi yıxan, ocağımızı kor qoyan, dünyamızı və axirətimizi əlimizdən alan şeyin adı -RİYADIR!!!
Və elə Seyyid Əzimlə də sözümü bitirirəm:

Ey zahidi-bizövq, o məscid ki, sənin var,
Olsaydı mənim, mən onu meyxanə edərdim!


Fəxrəddin Salim
/ AMEA /

Geri dön