Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəvanın işğalı gözlənilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Qərbi Azərbaycan-İrəvan > İrəvanın işğalı gözlənilir

İrəvanın işğalı gözlənilir


Naira Ayrumyan: “Ölkədə gizli müqavimət hərəkatı başlayıb”
Rusiya baş naziri Dmitri Medvedevin sentyabrın əvvəlində Ermənistan paytaxtına gözlənilən səfəri bir sıra erməni şərhçilər tərəfindən çox böyük təhlükə kimi təqdim edilir.
Erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində Medvedevin gəlişini İrəvana növbəti rus ekspansiyası kimi dəyərləndirib.

Erməni şərhçi dediklərini Medvedevin İrəvana daha əvvəlki səfərlərini yada salmaqla sübut etməyə çalışır: “2008-ci ilin oktyabrında prezident kimi gələn Dmitri Medvedev bildirmişdi ki, Gürcüstanla müharibə Bakı və İrəvan üçnü ciddi dərs oldu. Bu, Rusiya üçün İrəvanda meydan açdı. 2010-cu ilin avqustunda etdiyi səfərdə Medvedev Rusiya bazasının Ermənistanda qalma müddətini artırdı. Həmçinin İrəvanı elə bir sazişə qol çəkməyə vadar etdi ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi qəbul edildi”.

Naira Ayrumyan düşünür ki, Dmitri Medvedevin Ermənistana gəlişi ölkədə rus hücumuna qarşı gizli müqavimət başlaması ilə bağlıdır: “Xüsusilə də 2013-cü ilin dekabr ayında Putinin etdiyi səfərdən sonra ölkədə Rusiya hücumuna qarşı gizli müqavimət başlayıb”.

Təbii ki, bu müqavimət Rusiyanın son günlərdə üzləşdiyi çətinliklərlə bağlıdır, ermənilər neftin qiymətinin getdikcə düşməsi nəticəsində rus iqtisadiyyatının böhrana girəcəyini ehtimal edirlər. Buna görə də ölkə başındakı Rusiya yönümlü Qarabağ klanından yaxa qurtarmaq, qərb yönümlü yeni bir siyasətçini hakimiyyətə gətirmək istəyirlər. Təbii ki, bu planlardan Moskva da xəbərdardır və Medvedevin gəlişi məhz bu “gizli müqaviməti” yerində boğmaqdır. Erməni suverenliyini boğmaq üzrə mütəxəssis olan Medvedev bu dəfə yəqin ki, daha radikal davranacaq və Ermənistanın müstəqilliyini birdəfəlik tarixə qovuşduracaq. Erməni cəmiyyəti bu şoka hazır olmalıdır.

Geri dön