Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Nailə İsmayılova: " Siyasi məhbus axtarmaq bəhanəsi ilə mövcud hakimiyyətə təzyiq göstərmək istəyirlər"
Nailə İsmayılova: " Siyasi məhbus axtarmaq bəhanəsi ilə mövcud hakimiyyətə təzyiq göstərmək istəyirlər" |
"Biz Qərbin səmimiyyətinə inanmırıq"
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Leyla Yunusun həbsinə siyasi don geyindirilməsinin əleyhinə olan bəyanat yayıb. Bəyanatda deyilir: "Leyla Yunus da Azərbaycan vətəndaşıdır və hər bir vətəndaş kimi bu ölkənin qanunları qarşısında məsuliyyət daşıyır. Onun QHT sədri və yaxud başqa bir statusa sahib olması onu törətdiyi əməllərə görə sığortalamır. Leyla Yunus və əri Arif Yunusla bağlı doğru qərarı şübhəsiz ki, istintaq bitdikdən sonra məhkəmə verəcək. Ancaq çox təəssüf ki, ölkənin daxili və xarici düşmənləri bu məsələdən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi ilə istifadə edir, onun əməllərinə siyasi don geyindirməyə çalışırlar. Leyla Yunus Azərbaycanla müharibə aparan, torpaqlarini isgal edən, 1 milyon vətəndaşını qaçqın edən Ermənistanla əməkdaşlığı, onun maraqlarını öz vətəndaşı olduğu ölkədən və onun maraqlarından üstün tutub. Yaxşı olar ki, Qərb dovlətləri Leyla Yunusla baglı bu qədər narahat olduqları kimi, az da olsa bu münaqişədən ötrü narahat olsunlar və Ermənistana sankisyalar tətbiq etsinlər, yalanları ilə dünyanı barmağına dolayan erməni lobbisini susdursunlar. Belə olmadıqda biz Qərbin səmimiyyətinə inanmıırq və bu bizdə haqlı olaraq düşünməyə əsas verir ki, siyasi məhbus axtarmaq bəhanəsi ilə mövcud hakimiyyətə təzyiq göstərmək və onun təbii sərvətlərini talamaqdan başqa bir niyyəti yoxdur "demokratiya" carçısı olan Qərbin. Biz də öz tərəfimizdən, bir QHT olaraq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu tərəfindən verilmiş Bəyanata öz etirazımızı bildiririk". Geri dön |