Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Dərbənd > Dağıstan təlatüm içində Dağıstan təlatüm içində
Dağıstan təlatüm içində Dağıstan təlatüm içində |
Bir ildən çoxdur hakimiyyətdə olan Ramazan Abdulatipovun yalnış siyasəti sayəsində bölgəni tamamilə iflasa uğratmışdır. O, öncələr olduğu kimi bütün nitqlərində korrupsiya, traybalizm və rüşvətxorluğa qarşı mübarizə aparacağını elan etsə də, əslində özünün dar maraqları çərçivəsində bütün bu eybəcərlikləri daha da inkişaf etdirməkdədir. Belə ki, ixtisasca akuşer və heyvandarlıq üzrə ixtisaslaşmış bu şəxs uzun illər keçmiş komsomol və kommunist partiyasının nomenklaturasında fəaliyyət göstərsə də, hər şeyə elə öz peşə xəstəliyi müstivəsində yanaşmaq vərdişindən əl çəkməmişdir. Son ilyarımda Dağıstanda baş verən proseslərin özü belə, bütün bunları təsdiq edir.
Bəlaya çevrilmiş çətir İlyarım öncə Rusiya prezidenti Vladimir Putin Dağıstandakı xalqların və eləcə də yerli elitanın rəyini nəzərə almadan uzun müddət bu bölgədən ayrı yaşamış təqaüd yaşını ötmüş 67 yaşlı Ramazan Abdulatipovu buraya təhkim edir. Abdulatipov başçı (yəni prezident) kürsüsünə yenicə əyləşən kimi, ilk addım olaraq, doğulub boya-başa çatdığı Tələtər rayonu üzərindən Avar-Kaxet Yolunun inşa edilməsi siyasətini gündəmə gətirdi. Halbuki, XIX yüzildə Çar Rusiyası Azərbaycan və Gürcüstanı daim hərbi yolla təhdid altında saxlamaq üçün yüksək dağlıq ərazi olan bu bölgə üzərindən hərbi-strateji yolu çəkməyi planlaşdırmışdı. Külli miqdarda vəsait tələb edən bu yolun çəkilməsinə isə sonradan imtina edilmişdi. Abdulatipov daha sonra, çox böyük skandala səbəb olan başqa bir taktikaya üz tutdu. Bu, başkənd İnciqalanın meri, görkəmli dövlət xadimi, ictimai proseslərdə böyük nüfuza malik olan Səid Əmirovu Moskvadan dəvət edilmiş xüsusi təyinatlıların sayəsində həbs etdirdi. Rostov şəhərində Əmirovun məhkəməsi uzun müddətdir davam etsə də, ona qarşı irəli sürülmüş iddiaların heç biri öz təsdiqini tapmamışdır. Abdulatipov ötən müddətdə üç dəfə nazirlər kabinetinin tərkibini dəyişməklə, idarəetmə və təsərrüfat üzrə illər böyük təcrübə toplamış kadrları həbs etdirmək adı altında təhdid edərək onları tutduqları vəzifədən uzaqlaşdırmaqla, “gəncləşdirmə” adı altında dəhşətli korrupsiya piramidasını yaratmışdır. Faktiki olaraq, Abdulatipov bütün nazirliklərdə və dövlət idarələrində özünə sadiq olan “Tələtər klanı”nı yaratmaqla məşğuldur. Beləliklə Dağıstan Rusiya Federasiyasında investisiya risqləri üzrə 83 bölgə arasında 72-ci yeri tutur. Federal büdcədən bu il bölgəyə dotasiya kimi ayrılmış 38 milyard rubl vəsaitdən 26 milyardının hara xərcləndiyini onun özündən savayı heç kimsə bilmir. Rusiyanın analitiklərinin gəldiyi son qənət isə belədir: “Rusiyada Dağıstan korrupsiyanın inkişafı üzrə 4-cü yerdə gedir. Federal büdcədən Dağıstana ayrılmış dotasiyanın 70 faizinin vergi və digər vasitələrlə geri dönməsi isə müşkülə çevrilmişdir”. İdarə olunan anarxiya və Tələtər bucağı Ramazan Abdulatipovun kürəkəni Məhəmməd Musayev bölgənin iri sənaye müəssisəsi olan Kizlər Konyak Zavodunu ələ keçirtmək üçün bir sıra cəhdlər etdi. Bu zaman başda ataman Vladimir Starçak və rus kazakları ayağa qalxaraq, “Tələtər klanın”ın gizli töycü yığanının bu hədəflərinin qarşısını aldılar. Halbuki, həmin olaydan öncə Musayev Kizlər şəhərinin sosial inkişafı üçün Federal büdcədən ayrılmış 600 milyon rublu oğurlamışdı. Abdulatipov isə onun vəzifəsini böyüdərək, Dağıstan başçısı yanında “Strategiya Şurası”nın sədri vəzifəsinə təyin etmişdir. Abdulatipov öz bacısı oğlu Abdusalim Xanipovu əmək və sosial inkişaf nazirinin müavini vəzifəsinə təyin etdirməklə, onu Dağıstanda kadr siyasətinin aparıcı simasına çevirib. Xanipov öz növbəsində bölgənin 41 rayonu və 10 şəhərində əmək və sosial idarələrinin müdirlərini vəzifədən çıxartmışdır. Çünki, hər bir idarə müdiri ya “könüllü” istifa verməli, ya da “həbs” olunmaq təhdidi ilə üz-üzə qalmışdır. Bu proses Abdulatipovun kəraməti sayəsində bölgənin digər hökumət və dövlət infrastukturlarında da müşahidə olunur. O, qanunla ümumxalq səsverməsi sayəsində seçilmiş yerli icra orqanlarının başçılarını belə, təhdid edərək onları tutduqları vəzifədən istefa vermələrinə məcbur edir. Bunun ardınca isə külli miqdarda rüşvət alaraq, həmin vəzifələrə yeni kadrların təyin etdirilməsi siyasətini nizamlayır. Anti Türk siyasətinin ardında duran səbəblər “Avarıstan” xəstəliynə tutulmuş, avar xalqının adından hər addımda alver siyasətini aparan Ramazan Abdulatipov ilk öncə noqay türklərinə məxsus Noqay rayonunda şəkər fabriki və digər müəssisələırin inşası adı altında avar klanına məxsus zənginlər burada iri torpaqları ələ keçirtmək üçün hərəkət etdiklərində onlara heç nədən çəkinmədən açıq şəkildə dəstək verdi. Ümumxalq səsverməsi ilə seçilmiş icra başçısı Qaziməhəmməd Yanbulatovun dərhal istefaya göndərilməsini belə tələb etmişdi. Noqay Türkləri qurultay keçirərək, ayrıca “Noqay Milli Muxtariyyəti” tələblərini irəli sürdülər. Beləliklə Abdulatipov Çeçenistan, Qaraçay, Kalmıkstan, Stavropol, Volqaqrad və Həştərxan bölgələrindəki noqayların təpkisini görən kimi dərhal geri çəkilməyə məcbur oldu. Daha sonra Kumuk Türkləri ayağa qalxaraq, 1950-1960 və 1990-cı illərdə qanunsuz yerə onlara məxsus tarixi torpaqların avar, lak, ləzgi və digər xalqlar tərəfindən zəbt olunmasına qarşı çıxmağa başladılar. Xüsusilə Karaman rayonu və zorla başkənd İnciqalaya birləşdirilmiş Tarki, Kyaxulay, Albörükənd qəsəbələrinin torpaq sahələrinin qeyri kumuklara satılmasının dayandırılmasını tələb kimi irəli sürdülər. Abdulatipov bu problemləri çözmək əvəzinə, kumuk liderlərinin həbs edilməsi taktikasını seçdi. Kumuk Türkləri də noqaylar kimi avar klanının qəddar siyasətinə qarşı ümummilli dirənişlərini davam etdirməkdədirlər. Dağıstanda yaşayan 250 minlik Azərbaycan Türklərinə qarşı Abdulatipov “avar-ləzgi” tandemi ilə hərəkət etməyi strateji hədəfə çevirib. Beləliklə hər iki klan Azərbaycan Respublikasından gözlənilən sərt təpkilərə qarşı müxtəlif hiylələri gündəmə gətirməyin üsulunu incələməkdədirlər. Federal güc stukturlarına arxalanan hədəflər Ramazan Abdulatipov Səid Əmirov kimi nüfuzlu şəxsi məhz Moskvadakı Lubyankanın xüsusi təyinatlıları sayəsində həbs etdirmişdi. İki ayağından şikəst olan, neçə illərdir əl arabası ilə yaşamağa məcbur qalmış birini Moskavdan xüsusi təyinatlı cəza qüvvələri və helikopterlə əməliyyat keçirtməklə həbs etmək nə qədər gülünc görünsə də, Abdulatipov bütün bunlardan məmnun görünürmüş kimi belə bir “uğur”u hətta uzun müddət reklam roliklərində olduğu kimi geniş təbliğat vasitəsinə çevirdi. Çünki, hədəfdə digərlərini daim qorxu altında saxlamaq, istənilən şəxsi “terrorçu”, “vəhhabi”, “separatçı”, “rüşvətxor” və digər damğalarla həbs etmək onun başlıca strategiyasına çevrilib. Özünü Dağıstanın mütləq hakimi rolunda görən Abdulatipov hətta qanunları belə, süni şəkildə dəyişdirmək, istədiyi kimi kadr siyasətini aparmaq, uzaq hədəflərə hesablanmış “Avarıstan” xülyasını rəsmiləşdirmək üçün bu niyyətini həyata keçirməkdədir. Parlament, bələdiyyə, mer və icra başçıları seçkilərində “avar klanı”nın nəzarəti altında olan kadrların həmin vəzifələrə gətirilməsini hədəfə çevrilmişdir. Kim bu siyasətin yanında yer almayacaqsa, onları təhdid edə biləcək güc stukturları istənilən anda Abdulatipovun bir işarəsi ilə dərhal hərəkətə keçəcəklər. Kreml belə bir hərbi polis rejimini Ramzan Qədirovun timsalında Çeçenistanda 2007-ci ildən tətbiq etmişdir. Dağıstan başçısının yanında fəaliyyət göstərən “Strateji Şura”nın son araşdırmalarına görə, Ramazan Abdulatipovun bölgədə reytinqi 4 faizdən yuxarı deyil. 2014-cü il 19 mart tarixində başkənd İnciqalanın “Anji Arena” stadionunda futbol üzrə çempionatın növbəti turu qismində Dağıstanın “Anji” və Tatarıstanın “Rubin” klublarının görüşünə qatılan Abdulatipovu 40 minlik tamaşaçı bir ağızdan fitə basmışdı. Dünya şöhrətli futbolçu Samuel Eto ilə yan-yana oturmuş Abdulatipov fəxri qonağı yalnız qoyaraq oranı tərk etmək zorunda qalmışdı. Az sonra isə, stadionun çevrəsində peyda olan xüsusi təyinatlılardan ibarət böyük bir qoşun hissəsi tamaşaçıları Abdulatipovun bir işarəsi ilə hətta güllələməyə belə hazır idilər. Bu mənzərə sanki 1974-ci ildə Çilidə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Auqusto Pinoçetin Santyaq stadionunda bu qədər sayda dinc əhalini güllələmək haqqında verdiyi o müdhiş qərarı xatırladırdı. Bu il may ayının 31-də Dağıstan Xalqlarının Fövqəladə Qurultayı keçirilmiş və Abdulatipovun bölgəni fəlakətə sürüklədiyi üçün onun dərhal istefaya göndərilməsi barəsində Rusiya prezidenti Vladimir Putinə müraciət etmişlər. İki klanın birgə taktikası 2012-ci ilin yayında Moskvada “bölünmüş xalqlar” mövzusunda avar-ləzgi xalqlarının adından hakimiyyətə iddialı olan siyasi və iqtisadi mafiya birlikdə konfrans keçirdilər. Məhz bu toplantıdan sonra, Dağıstanda hər iki toplumu təmsil edən klanlar birgə taktika ilə hərəkət etmək qərarına gəldilər. 13.7 milyard dollar vəsaitin sahibi və milliyyətcə ləzgi olan Süleyman Kərimov qürurla bildirdi ki, onun maliyyə sektorunda Məhəmməd Hacıyev və Səid Murtazəliyev kimi avarlar təmsil olunurlar. Siyasi mütəxəssislər qeyd edirdilər ki, bu gün Dağıstanda sosial-ictimai, siyasi və iqtisadi proseslərdə bir qədər kölgəyə qalmış Kərimov görünməz şəkildə hərəkət etsə də, əslində Abdulatipovdan bir addım da kənara çəkilməmişdir. Hər iki klanın əsas strateji hədəfi Dağıstanın “Ləzgistan” və Avarıstan” adı altında iki kəsimdən ibarət olduğunu rəsmiləşdirməkdir. Rəsmi Moskva da zatən belə bir durumla bağlı məmnun görünür. Guya bu iki klanın sayəsində bu gün Dağıstanda əmin-amanlıq yaradılıbdır. Halbuki, Rusiyanı daim təhdid edən radikal islamçı və terrorçu birləşmələr bu gün Orta Doğuda “İŞİD tərəfdarı kimi Suriya, İraq, Livan və Liviyada bulunurlar. Dağıstandan 5 min nəfərdən çox terroçu və radikal islamçı əlində silah cihadda iştirak edirlər. Çox maraqlı görünən hal budur ki, həmin radikallar daha çox ləzgi və avarlara məxsus toplumları təmsil edirlər. Bu ani sükut dönəmində hər iki klana məxsus yüksək vəzifəli məmurlar bütün hədəflərini Dağıstanın ikinci böyük şəhəri olan qədim Dərbəndi tam şəkildə ələ keçirmək üçün açıq şəkildə hərəkətə keçmişlər. P.S. Bu barədə növbəti yazımızda. Ənvər BÖRÜSOY, Bakı-İnciqala-Bakı Geri dön |