Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moldova prezidenti Ermənistana gizli silah satışına görə Silahlı Qüvvələrinin baş qərargah rəisini vəzifədən azad edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Moldova prezidenti Ermənistana gizli silah satışına görə Silahlı Qüvvələrinin baş qərargah rəisini vəzifədən azad edib

Moldova prezidenti Ermənistana gizli silah satışına görə Silahlı Qüvvələrinin baş qərargah rəisini vəzifədən azad edib


Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu imzaladığı fərmanla ölkə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Yuriy Dominici tutduğu vəzifədən azad edib.

APA-nın Moldova kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, fərmanın hərbi nizam-intizamı artırmaq və hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilir.
Moldova nəşrlərinə görə, generalın istefaya göndərilməsinə əsl səbəb bir qədər öncə Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Bu günlərdə meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Ölkənin müdafiə naziri Vitaliy Marinuya yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə bir qədər öncə Kişinyovdan İrəvana çatdırıldığı xəbər verilir. Moldova hökuməti bəyan edib ki, hərbi texnika satışından xəbəri olmayıb, amma hərbi rəsmilər bildiriblər ki, hökumətin təlimatı ilə hərəkət ediblər.
Məsələ ilə bağlı araşdırma başlayıb.
Xatırladaq ki, bir qədər öncə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistana hücum silahı satan dövlətlər böyük səhv buraxıblar.

Geri dön