Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > “Nezavisimaya qazeta”: “Kreml İranın vurulacağı haqda məlumat alıb”
“Nezavisimaya qazeta”: “Kreml İranın vurulacağı haqda məlumat alıb” |
Ermənistandakı 102-ci hərbi baza Dağıstandakı raket bazası, Xəzər donanması (navqan) yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Moskva ehtiyat edir ki, regionda (bölgə) ara qarışsa Qarabağda da müharibə başlaya bilər.
Azərbaycanın sərhədləri boyu yerləşən Rusiya qoşun qruplaşmaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. “Nezavisimaya qazeta”nın yazdığına görə, bu addım İrana qarşı hərbi əməliyyatların tezliklə başlayacağı ilə bağlıdır. Rusiya Müdafiə Nazirliyindəki mənbələrdən qəzetə daxil olan məlumatda deyilir ki, Suriya və İran ətrafında yaranmış geosiyasi (jeopolitik) vəziyyət Moskvanı Cənubi Qafqaz, Şimali Qafqaz, Aralıq və Qara dəniz, habelə Xəzər dənizindəki hərbi qruplaşmalarının döyüş hazırlığını yüksəltməyə vadar edib. Bildirilir ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə (təsisat) zərbələr endirəcəyi “x günü”nün yaxınlaşdığı barədə Kremlə məlumatlar daxil olmaqdadır. Bu məlumatlara görə, zərbə qəfildən endiriləcək, təbii ki, Tehranın cavab zərbələri də özünü çox gözlətməyəcək. Rusiya hərbi çevrələrində hesab edirlər ki, İrana zərbələrin endirilməsindən sonra nəticələrini proqnozlaşdırmaq (öngörmək, pişbini) mümkün olmayan irimiqyaslı müharibənin başlaması da mümkündür. Ermənistandakı rus qoşunlarında yerdəyişməsi Qəzetin yazdığına görə, Rusiya İrana qarşı hərbi əməliyyatlar zamanı öz maraqlarını qorumaq üçün hərbi hazırlıqları hələ bir il əvvəl başladıb və hazırda bu hazırlıqlar başa çatmaq üzrədir. Müdafiə Nazirliyi bildirir ki, bu ilin oktyabr-noyabr (October- November) aylarında Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası tam optimallaşdırılıb (behinə). Hərbçilərin ailə üzvləri Rusiyaya köçürülüb, İrəvan yaxınlığında yerləşən Rusiya qarnizonu (padqan) ixtisar edilib, Bir sıra hərbçilər Gümrüdəki bazaya, Türkiyə sərhədləri yaxınlığına köçürülüb. Belə ki, Rusiya hərbi çevrələrinə görə ABŞ Türkiyə ərazisindən istifadə etməklə İrana zərbə endirə bilər. Həmçinin dekabrın 1-dən etibarən Rusiyanın Cənubi Osetiya və Abxaziya ərazisində yerləşdirilmiş hərbi qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Rusiyanın Qara dəniz donanmasının gəmiləri ilə Gürcüstan ərazi sularının yaxınlığında üzür. Rusiya hesab edir ki, müharibə başlasa Gürcüstan anti-İran koalisiyasında (etilaf, birlik) yer ala bilər. İranı vursalar, 102-ci baza tam blokadaya düşəcək Dağıstanın İzberbaş rayonunda (məntəqə, şəhər), Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında yerləşən əlahiddə raket divizyonu (ordu, tip) da yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmin divizyon gəmi əleyhinə “Bal-E” raket kompleksləri ilə təchiz olunub, bu raketlərin zərbə məsafəsi 130 kilometrdir. Həmçinin Həştərxandan Rusiyanın Xəzərdəki hərbi donanmasının bütün raket katerləri Mahaçqala və Kaspiysk sahillərinə göndərilib. Böyük “Tatarıstan” raket gəmisi ilə yanaşı gəmi qruplaşmasına “Voloqdonsk” və “Dağıstan” gəmiləri də qoşulub. Bu gəmilərin 200 kilometr məsafəni vuran raketlərlə təchiz olunduğu bildirilir. Rusiya həmçinin Suriya sahillərinə də öz raket kreyserlərini (rəzmnav) göndərib, Şimal donanmasının gəmilərindən bir neçəsinə də Aralıq dənizi sularına üzmək əmr edilib. Lakin İrana qarşı müharibə başlasa, bu gəmilərin nə rol oynayacağı haqda Müdafiə Nazirliyi izahat vermir. Lakin nazirlikdə Rusiyanın Ermənistandakı hərbi bazasının maddi-texniki təchizatı ilə bağlı vəziyyətdən narahat olduğu bildirilir. Belə ki, 102-ci baza Rusiya üçün mühüm strateji əhəmiyyət kəsb edir. Ancaq Kremldə hesab edirlər ki, İrana qarşı müharibə başlasa bu mövqe əldən veriləcək. Hesab edilir ki, ABŞ və ya İsrailin İrana qarşı müharibəyə başlaması Rusiya üçün fəlakət olacaq. Hazırda Rusiyanın Ermənistandakı qoşun qruplaşması faktiki (gərçək) olaraq blokadadır. Belə ki, Gürcüstan Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub. Rusiya qoşunlarının təchizatı, Gümrü bazasına yanacaq-sürtkü materiallarının (maddə), ərzağın çatdırılması ya hava yolu ilə çatdırılır, ya da Rusiya Ermənistanla razılaşaraq bu malların İrandan alınmasını həyata keçirir. Ona görə də İrana qarşı müharibə bazanın bu istiqamətdən təchizatını da dayandıracaq. Uzun müddət Rusiyanın Zaqafqaziya qoşun qruplaşmasının komandan müavini olan və 102-ci bazanın təchizatına rəhbərlik edən general-leytenant (sepəhbud) Yuri Netkaçev hesab edir ki, İrana qarşı irimiqyaslı müharibə başlasa, Rusiya Ermənistandakı qoşunlarını təchiz etmək üçün Gürcüstan blokadasını yarmalı olacaq. Bu da Gürcüstan ərazisinə qoşun yeridilməsi deməkdir. Hərbi ekspert (karşünas), Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanok isə hesab edir ki, görünür Rusiya Müdafiə Nazirliyində hazırda öz hərbi büdcəsini son illər kəskin artıran, İsraildən pilotsuz (xələbansız) kəşfiyyat təyyarələri və digər inkişaf etmiş kəşfiyyat vasitələri alan Azərbaycanla bağlı da narahatlıq var. “Bakı çətin ki, İrana qarşı hərbi kampaniyada yer alsın. Həmçinin onun Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı da azdır” deyə, ekspert bildirir. Polkovnik Vladimir Popov: “İranla müharibə fonunda (zəminində) Azərbaycanın Qarabağda hücuma keçməsi tamamilə mümkündür” Hərbi ekspert, istefada olan polkovnik (sərhəng) Vladimir Popov isə başqa fikirdədir. O, 90-cı illərin əvvəllərində Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların gedişini, habelə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi islahatları nəzərə alaraq deyir ki, Qarabağ münaqişəsinə dair danışıqlar prosesi (prusə) lüzumsuz yerə ləngiyib. Bakıda intiqam haqda açıq danışırlar: “Ona görə də Azərbaycan ordusunun Ermənistana və Dağlıq Qarabağa qabaqlayıcı zərbələr endirərək, nəhayət ərazi mübahisəsini öz xeyrinə həll etməyə cəhd göstərəcəyi tamamilə mümkündür”. Ekspertə görə, bu zaman Rusiyanın özünü necə aparacağı da mühümdür. “Əgər İranla müharibə fonunda Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistana hücum edəcəksə o zaman əlbəttə ki, Rusiya bu hava hücumlarının qarşısını Ermənistanla birgə alacaq. Bunun Moskvanın hərbi əməliyyatlara qarışması kimi qiymətləndiriləcəyini demək çətindir. Ancaq şübhəsizdir ki, Rusiya qoşunları bilavasitə Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etməyəcək. Türkiyə və ya Azərbaycan istiqamətindən Ermənistana qarşı hərbi təhlükə yaranacağı halda isə Rusiya Quru Qoşunlarının işə qarışacağını demək olar” deyə, Popov qeyd edib. Hərbi analitik (təhlilçi) Rusiya qoşunlarının İrandakı münaqişədə yer alacağını da istisna etmir. Onun fikrincə, əgər İran irimiqyaslı quru müdaxiləsi təhlükəsi ilə üzləşsə Rusiya onun köməyinə gedəcək. Erməni generallarının Xankəndinə şübhəli səfərləri Qeyd edək ki, dekabrın (December) əvvəllərindən başlayaraq Ermənistan ordusunun rəhbərliyi də bir-birinin ardınca Xankəndinə səfərlər etməkdədir. Əvvəlcə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavinləri Dağlıq Qarabağda olub və separatçı erməni rejiminin rəhbərliyi ilə “hərbi quruculuq” məsələlərinə dair müzakirələr aparıblar. Həmçinin təmas xətti boyu yerləşən erməni ordusu hissələrinə baş çəkiblər. Bir gün əvvəl Ermənistan müdafiə naziri Seyran Ohanyan da Qarabağa gəlib və erməni mənbələri səfərdə məqsədin “birgə hərbi quruculuq” işlərini müzakirə etmək olduğu bildirilir. Lakin böyük ehtimalla Ermənistan ordusunun rəhbərliyinin bir-birinin ardınca Qarabağa səfər etməsi Rusiyanın regiondakı hərbi qruplaşmalarını döyüş hazırlığı vəziyyətinə gətirməsi, İrana qarşı hərbi əməliyyatların başlaması halında öz maraqlarını qorumaq üçün hərbi hazırlıqlar görməsi ilə bağlıdır. Belə görünür ki, Rusiyanın göstərişi ilə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərindəki qoşunlarının yerdəyişməsini aparır və İrana qarşı hərbi əməliyyatların başlaması fonunda Bakının Qarabağda hücuma keçməsi ehtimalına qarşı hazırlıq görür. Bu günlərdə Bakıdakı hərbi qaynaqlardan da bildirilmişdi ki, Ermənistan Qarabağdakı qoşunlarında kazarma vəziyyəti elan edib, hərbçilərin məzuniyyətə buraxılmasına qadağa qoyub. Xatırladaq ki, İran kəşfiyyatı və ordu komandanlığı (fərmandehi) da əvvəllər bir neçə dəfə ABŞ və ya İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq planları ilə Qarabağda yeni müharibə təhlükəsi arasında bağlılıq olduğu haqda danışmışdı. İran hərbi və kəşfiyyat çevrələrində iddia edirdilər ki, Azərbaycan Füzuli və Cəbrayıl rayonları istiqamətindən hücuma keçərək regionda vəziyyəti gərginləşdirə, İsrail və ABŞ isə bundan istifadə edib İrana qarşı hücuma keçə bilər. Hətta İran bu “təhlükənin” qarşısını almaq üçün Azərbaycan sərhədlərində iri qoşun qruplaşması da yerləşdirmişdi. Şübhə yoxdur ki, Rusiya ilə yanaşı İran da Ermənistanı regiondakı situasiyanın (vəziyyət) dəyişməsi ehtimalına qarşı hazırlıqlı olmağa çağırır. Bəs Azərbaycanın regionda gərginləşməkdə olan vəziyyət qarşısında hansı taktikanı seçib? Rəsmi Bakı işğal edilmiş torpaqların hərbi yolla qaytarmağa hazır olduğunu deyir, ancaq son vaxtlar bu ritorika yumşalıb. Görünür, Bakıda nəzərə alırlar ki, İran ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda Qarabağda müharibə ilə hədələmə taktikası İran-Rusiya-Ermənistan üçlüyünün daha sıx birləşməsinə xidmət edərdi. Azərbaycan İrana qarşı müharibədə ən az maraqlı olan tərəflərdən biridir, çünki bu müharibənin hansı risklər yaradacağını nəzərə alır. Geri dön |