Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Göyçə mahalı qədim dövrlərdən bu yana - III yazı
Göyçə mahalı qədim dövrlərdən bu yana - III yazı |
Göyçə mahalının əsasən Göyçə gölünün dairəvi olaraq. şərqdə ətrafı Şahdağ silsiləsi, qərbdə Şişpiləkən və Qırmızı dağ silsiləsi ilə əhatə olunur. Gölün son zamanlar görünən həcmi novcud olduğu zamana nisbətən bir dəfə azalmış formadadır. Gilli düzü deyilən gölsahili ərazi yüz il əvvəl su ilə örtülü halda olmuşdur. Bundan əlavə, göl bəzən dağlara dirənən, bəzən də sahil boyu qumlu düzənliklərlə dağlardan beş yüz, bir kilometr aralı mövcuddur. Yaşlı adamlar nəql edirdilər ki, gölün səviyyəsi 1930-cu illərdə Sevan su elektrik stansiyası tikildikdən sonra daha da azalmışdır. Şorca kəndinin yerləşdiyi əraziyə bitişik olan Ada təpə əvvəllər bütünlüklə suyun içində olduğu halda sonralar suyun çəkilməsilə yarımada halına düşmüşdür. Bunları deməklə bildirmək istəyirəm ki, Göyçə gölünü əhatə edən dağ silsilələriin sinələrindəki hal-hazırda mövcud olan qəbirsanlıqlar çox qədim zamanlarda yaşayış məskənlərindən qalma nişanədir. Dağların sinələrində yurd yerləri deyilən böyük meydançaya bənzəyən yerlər qədim zamanlarda insanlar tərəfindən qazılıb düzənlənmişdir. Bu fikiri əsaslandıran odur ki, şüş dağın sinəsində uzunluğu təxminən doxsan yüz, eni qırx-əlli metr olan üfiqi meydanlar təbii yarana bilməz. Həmin yurd yerləri Göyçə dağlarının hündürlüyü ilə fərqlənənlərinin əksəriyyətində vardır. Bu onu göstərir ki, həmin yerlərdə tayfa-ailə çadırları qurulmuş və yaşayış məskənləri kimi yaylaq mövsümündə türklərin “elat” adlandırdığı köylər olmuşdur; qış vaxtında isə elat aran yerlərindəki “qışlaq”lara köçmüşlər...
Yuxarıda bəhs etdiyimiz mövzu haqqında geniş yazılar vermək də olar, lakin bu başqa yanaşmadır. Əsas yanaşma qısa arayışlarla Göyçə mahalının heç bir mənbədə qeyd olunmayan “Dədə Qorqud “dan bu yana tarixini toponim, hidronim və ağız ədəbiyyatının köməyilə araşdırıb bir tutarlı məlumatlar ortaya çıxarmaqdır. Göyçə mahalında “Dərə” toponiminin yaşayış məskəni olaraq, Şila, Urtek və s. kimi qala-şəhər dövlətləri sırasında qeyd olunan çox qədim zamanlarda Urartu mənbələrində Argişti zamanı qayaüstü yazılarda adı çəkilir... Dərə kəndinin ortasından gölə axan çay yuxarı Şahdağa tərəf gedən dağ yolunda bir “karvansara” vardır. Tikilinin qapılarının qıraqları bişmiş kərpicdən və qalan hörgüləri qaya daşlarından ibarət idi. Binanın uzunluğu on, eni altı-yeddi metrə qədər idi. Uçub dağıldığına görə neçə otaqdan ibarət olmasını təyin etmək mümkün deyildi. Tikilinin üstündə iyirmi metrə qədər uzunluğu və haradasa, otuz metrə qədər də eni olan sal qaya sanki çardaq örtüyü kimi binanın üstünü tuturdu. Bu qayanın əvvəlcədən altını qazıb meydan hazırladıqdan sonra binaanı inşa etmişlər. Bina dağ yolu ilə hərəkət edərkən görünmür, amma çay yuxarı hərəkət edəndə çaydan on beş metr yuxarıda nəzəri çəkir. Həmin tikiliyə mən görən zamanda heç bir yol yox idi, ancaq güman olunurdu ki, dağ yolundan binaya ayrılan yol olmuş və yağışın, qarın təsirindən zaman-zaman yuyulub itmişdir... “Karvansara” adlanan həmin binanın tikildiyi ərazi onun karvansaradan çox bir qala olmasını göstərirdi. Binanın yuxarı hissəsini sel yuyub dərin xəndəyə çevirmişdi, yəqin ki, bina göründüyündən daha uzun olmuşdur. O zaman orada dövlət tərəfindən heç bir axeoloji iş aparılmamışdı, səbəbi ermənilərin xeyirinə olmayan Türk nişanələri idi... “I yazı”da Göyçə mahalında hal-hazırda yaşayış məskənləri olan kəndlərin yerləşdiyi ərazilərdə kəntlərdən çox da aralı olmayan qədim qəbirsanlıqlar mövcuddur. Maraqlı burasındadır ki, qəbirlərin baş daşlarında olan yazıların çoxu istər heroqilif olsun, istərsə də qrafik yazı olsun, məlum olanların heç birinə uyğun gəlmirdi. Bu onu göstəriri ki, kiçik Qafqaz dağlarında yaşamış olan qədim insanlar hansısa bir mədəniyyət tarixi də keşmişlər və eradan əvvəl tarixin hansısa dağıntı şəraitində unudulub getmişlər. Əsasən bir əlamət – baş daşlarının çoxunun yuxarısında irili- xırdalı günəş simvolikalı rəsmlər bildirirdi ki, insanlar günəşin müqəddəsliyini qəbul etmişlər: Xaçpərəstliyə qədərki dövrdə “Avesta” ehkamları Qafqaz coğrafiyasında geniş yayılmış inanc olmuşdur... Dərə kəndinin ərazisində olan “Karvansara”nın qayaaltı divarlarında aşınmış olsa da, bəzi rəsm və piktoqrafik-heroqlif qarışıq yazılara rast gəlmək olurdu. Bu poleoqrafik vasitələr Dərə kəndinin çox qədim, eradan əvvəlki yaşayış məskənlərindən olmasına sübutdur. Göyçə mahalının başqa kəndlərinin də ərazilərindəki dağ və dərələrdə daş hörgülü binaların uçmuş-dağılmış xarabalıqlarına rəst gəlmək olurdu, lakin araşdırmalar qədim türklərə aparıb çıxardığı üçün hakimiyyət ermənilərin əlində olduğu səbəbindən onlar bu tarixi ört-basdır eləməkdə maraqlı idilər. Göyçə mahalında qədim zamanlarda “oğuz qəbirləri” adlanan : 2,5m uzunluğu, 1m enində yerdən qazılmış, yanları daşla hörülmüş, üstü uzun sal daşlarla örtülmüş tikililər də kənt evlərinin məhlələrində qazıntı zamanı aşkar olunurdu. Bu qəbirlərin məhz kənt evlərinin yan-yörəsində aşkar olunması göstəriridi ki, həmin ərazidə türk insanlar ənənəvi olaraq nəsildən-nəsilə məskunlaşmışlar və ata-baba yurdu adlandırmışlar. Göyçə mahalında Dərə kəndi haqqında daha çox məlumatı olan 140 il ömür sürmüş Töstülü Məmmədalı idi. El içində hörmət və ehtirama malik, süfrəsi daim qonaqlı olan Müstafa oğlu Məmmədalı 1818-ci ildə Lori Pəmbəkdə anadan olmuş, 1958-ci ildə Dərə kəndində dünyasını dəyişmişdir. Onun başqa bir ləqəbi də Kazan- Qazan Məmmədalı kimi el arasında yayılmışdır, lakin cavanlıq dövründəki bu ləqəb sonralar unudulmuşdur və Göyçə əhalisi ona Baba,- deyə müraciət etmişlər. Məmmədalı mənin ana babamdır, ondan hal-hazırda mənim saxladığım beş yüzillik tarixə malik mis qazan nəslin yadigarı olaraq qalmaqdadır. Məmmədalı babanın dediyinə görə Pəmbək kəndinə qonşu olan Dərə kəndi Dədə-babadan onların yaylaq düşərgəsi olmuşdur. Məmmədalı baba deyirdi ki, babası Alı nəql edirmiş ki, atası İsmayılla yaz vaxtı el dağa çıxanda ilk dəfə on iki yaşında Lori Pəmbəkdən Göyçəyə gələn zaman Dərə kəndindən aşağıdan axan dağ çayında uzaqdan dişi ayının potaları ilə balıq tutmasına tamaşa edirmişlər. Göldən çaya kürü tökməyə çıxan qızılxallı balıq çayın çəmənli sahillərinə cərəyan edən hissəsində xırda gölməçələr əmələ gətirdiyi yerlərdə balıqların kürü tökmələri üçün əlverişli şərait vardı. Belə durğun sular şəffaf olurdu və balıqlar ora daxil olanda ayı dayaz sudan balığı vurub kənara atırmış, potaları da balığı tutub yeyirmişlər. Dişi ayı başını qaldırıb görür ki, İsmayılla oğlu Alının at üstündə durub onlara tamaşa edirlər. Balalarının təhlükədə olduğunu düşünən ayı hücum etmək üçün onlara tərəf qaçmağa başlayır. Alı qorxusundan atasına deyir:-Ata, atları çapaq qaçaq, ayı bizi parçalayacaq. İsmayıl deyir:-Ə, kişi ol! Belinə o boyda gümüş dəstəkli xəncər bağlamışam, al alinə hazır dur. İsmayıl özü də ərəb qılıncını qınından siyirib ayının hücumunu gözləyir. Ayı qırx-əlli metr məsafədə dayanıb dal ayaqları üstündə nərildəməyə başlayır. Ayı sanki dil bilirmiş kimi, İsmayıl ona:-Ay, Allahın heyvanı, çıx get ovunu elə, bizim nə sənlə, nə də potalarınla işimiz yoxdur. Bu sözlərdən sonra ayı yenə donquldaya-donquldaya üzünü çevirib balalarının yanına qayıdır... Bu hadisəni nəql etməklə uzaq bir tarixi yada saldım və söhbətdən məlum olur ki, adi hesablama ilə desək, Məmmədalı baba hələ uşaqikən, yəni təxminən 1820-ci ildə babası Alı ona xatirə söyləmişdir. Alının da hələ uşaqikən gördüyü hadisənin vaxtını təyin etsək, tarix 1750-ci illərə gedib çıxır. Buradan məlum olur ki, Göyçə mahalında əhali qış aylarında arana enmişlər, yaz aylarında yaylağa qalxmaqla ömür sürmüşlər. Elatın tayfalar toplumunda ailə çadırları olmuş və həmin çadırları yazdan payızın axırlarına yaylaqda, qlan soyuq fəsillərdə də isə aranda qurmuşlar... Ardı var... Niftalı Göyçəli Geri dön |