Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının ailəsinə "Qızıl Ulduz" medalı təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının ailəsinə "Qızıl Ulduz" medalı təqdim olunub

Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının ailəsinə "Qızıl Ulduz" medalı təqdim olunub


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani Ukraynanın Xarkov şəhərinə gedərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, qəhrəmanın xatirəsinə həsr olunmuş anma mərasimlərində iştirak edib. Bu barədə Müdafiə Nazirliyinin saytının məlumat verib.
Anma mərasimləri əlamətdar günlərə təsadüf edirdi. Həmin gün Ukrayna ölkədəki gərgin vəziyyətə baxmayaraq dövlət bayrağı, Xarkov şəhərinin yaranması və müstəqillik günlərini qeyd edirdi.
Medalın təqdim edilməsi mərasimindən əvvəl Xarkov vilayəti qubernatorunun müavini İvan Qriqoriyeviç Varçenko rəsmi nümayəndəmizi qəbul edərək, Ukraynalı zabit R.Polovinkanın layiq görüldüyü medalın ailəsinə təqdim olunmasının da unudulmaz hadisəyə səbəb olacağını vurğuladı.
A.Qurbani müəllifi olduğu Azərbaycan Qəhrəmanları haqqında kitablarını vilayət administrasiyasının kitabxanasına təqdim etdi.
Sonra isə Xarkov vilayəti administrasiyasının geniş salonunda ölkəmizin Ukraynadakı səfirliyi, vilayət icra administrasiyasının rəhbərliyi, Azərbaycan-Ukrayna icması nümayəndələri, şəhidin valideynləri və əzizləri, eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə anma mərasimi keçirildi.
İ.Varçenko mərasimi açaraq qonaqları və şəhidin valideynlərini dövlət admistrsiyası rəhbərliyi adından salamladı. Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin dekanı, texnika elmləri doktoru, professor Murad Ömərov, uzun illər Xarkov vilayətinin hüquq mühafizə orqanlarında xidmət etmiş, istefada olan polis polkovniki Bəhlul Mustafayev, şəhidin bacısı Tatyana Zelenskaya çıxış edərək Azərbaycan Prezidentinə və bu tədbirin reallaşmasının bilavasitə təşəbbüsçüsü və təşkilatçısı olan Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlıqlarını bildirdilər.
Belə bir şərəfli missiyanı yerinə yetirmək tapşırığını aldığından böyük qürur duyduğunu bildirən polkovnik A.Qurbani qeyd etdi ki, Ukrayna xalqı bu torpaq uğrunda həlak olan Azərbaycan oğullarını unutmadığı kimi Azərbaycan xalqı da öz ukraynalı qəhrəmanını da heç vaxt unutmur.
R.Polovinka ali hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra gənc leytenant kimi 1991-ci ildə Naxçıvana göndərilmiş, Azərbaycanın milli hərbi hava qüvvələri yarandığı ilk gündən Azərbaycan ordusuna könüllü daxil olaraq, helikopter eskadrilyasında pilot kimi xidmətə başlamışdır.
Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş leytenant R.Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir.
6 avqust 1992-ci ildə Ağdərə rayonunun Kasapet yüksəkliyi yaxınlığında Azərbaycan hərbçiləri mühasirəyə düşərkən R.Polovinka Mİ-24 helikopterinin heyəti ilə birlikdə həmin əraziyə 3 dəfə uçuş etmiş, düşmənin zirehli texnika və canlı qüvvəsini bütövlükdə məhv edərək mühasirəni yarmış, yaralıları və şəhidləri çıxarmışdır. Lakin dördüncü uçuş zamanı helikopter düşmən tərəfdən raketlə vurulmuş və o komandiri Zakir Məcidovun əmrinə baxmayaraq öz komandirini tərk etməmiş, son anacan döyüş maşınını xilas etməyə çalışmış və ekipajın digər heyət üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalmışdır.
İ.Varçenko leytenat R.Polovinkaya Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanını oxuduqdan sonra polkovnik A.Qurbani Milli Qəhrəmanın "Qızıl Ulduz" medalını və Ulu öndərimiz Heydər Əliyevin imzası olan vəsiqəni şəhidin anasına təqdim etmişdir.
Anası Qalina İvanovna Polovinka çıxış edərək Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan xalqına və Azərbaycan Respublikasının Müdafiə nazirinə oğullarının xidmətinə veridikləri yüksək qiymətə görə minnətdarlıq etmişdir. Şəhidin atası Aleksandr Qriqoryeviç Polovinka "Qızıl Ulduz" medalını 22 ildir ki, gözlədiklərini qeyd edərək bu gün uzun sürən həstrətlərinə son qoyulduğu üçün şəxsən Müdafiə nazirinə minətdarlığını bildirib.
Hər iki dövlətin bayraqları qarşısında xatirə fotoları çəkdirildikdən sonra mərasim iştirakçıları qəhrəmanın doğulduğu şəhərə - Xarkovun 40 kilometrliyindəki Zimiyov şəhərinə yollanmışlar. Onları şəhər dövlət administrasiyasının rəhbərləri qarşılamış və Milli Qəhrəmanımızın məzarı önündə xatirə mitinqi olmuşdur.
R. Polovinkanın məzarı üzərinə "Azərbaycanın Mili Qəhrəmanı" sözləri yazılmış və 8 guşəli ulduz təsvir olunmuş mərmər lövhə vurulmuş, qarşısına Müdafiə Nazirliyi adından qızılgül səbəti qoyulmuş, ailəsinə Müdafiə nazirinin şəxsi hədiyyələri təqdim edilmişdir.
Zimiyov şəhər administrasiyasının başçısı bu xeyirxah və nəcib təşəbbüsə görə minnətdarlıq etmiş, Azərbaycanın Ukrayna Respublikasındakı səfirliyinin konsulluqlar üzrə katibi Mübariz Hacıyev, uzun illərdir Xarkovda yaşayan azərbaycanlılar Murad Ömərov, Vəli Həsənov, Etibar Əhmədov, şəhidin valideynləri və digər çıxış edənlər Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq ənənələrinin bu gün də uğurla davam etdiyini qeyd etmişlər.
Polkovnik A.Qurbani çıxışının sonunda bildirmişdir ki, iki xalqın övladı olan Milli Qəhrəmanımız R.Polovinka öz şəhidliyi ilə bir daha sübut etmişdir ki, bu xalqların dostluğu əbədi və sarsılmazdır.

Geri dön