Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Heydər Əsədov: Aqrar sektorda fəaliyyəti daha da genişləndirmək məqsədilə Azərbaycan və Rusiya hökumətləri səviyyəsində danışıqlar aparılıb
Heydər Əsədov: Aqrar sektorda fəaliyyəti daha da genişləndirmək məqsədilə Azərbaycan və Rusiya hökumətləri səviyyəsində danışıqlar aparılıb |
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Gəncə rayonlararası təchizat bazasında yeni alınmış "MTZ" markalı mini traktorların təqdimat mərasimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, mərasimdə iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov fermer və sahibkarlar qarşısında çıxış edərək son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, yeni texnikalar fermerlərə 40 faizlik güzəştlə satılır. Bundan əlavə, torpaq sahiblərinə yardım etmək məqsədilə gübrələrin satışında da güzəştlər artırılaraq 50 faizdən 70 faizə yüksəldilib. Hazırda kənd təsərrüfatının digər sahələrində - toxumun, dərman preparatlarının güzəştli satışı üzərində iş aparıldığını bildirən H.Əsədov onu da vurğulayıb ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı məsələləri geniş müzakirə mövzusudur. Nazir diqqətə çatdırıb ki, bu gün aqrar sektorda istehsal olunan məhsulların çox hissəsi Rusiya bazarlarına çıxarılır. Bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək məqsədilə bu yaxınlarda Azərbaycan və Rusiya hökumətləri səviyyəsində danışıqlar aparılıb. Bu il yay mövsümünün isti və quraq keçməsi, əkin sahələrinin ziyanvericilərdən qorunması, eləcə də mal-qara arasında xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində işlər aparıldığını diqqətə çatdıran H.Əsədov fermerləri əmin edib ki, dövlətimiz bundan sonra da kənd təsərrüfatının inkişafı istiqamətində islahatları davam etdirəcək, torpaq sahiblərinə hər cür yardım göstərəcək. Sonra kənd təsərrüfatı naziri Gəncə avtomobil zavodunun Belarus avtomobil zavodu ilə birgə istehsal etdiyi 59 ədəd traktorun sənədlərini sahibkarlara təqdim edib. "Aqrolizinq" yolu ilə güzəştli qiymətə traktor alan sahibkarlar bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Kənd təsərrüfatı naziri H.Əsədov, həmçinin Tovuz şəhərində Gədəbəy, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, subartezian quyularının qazılması, iri heyvandarlıq komplekslərinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər. Nazirliyin müvafiq qurumlarının iştirakı ilə keçirilən qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir çoxu yerində həll olunub. Həmçinin vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra H.Əsədov Tovuz, Şəmkir və Kürdəmir rayon Kənd Təsərrüfatı idarələrin təməlqoyma mərasimində iştirak edib, müvafiq tapşırıq və tövsiyyələrini verib. Geri dön |