Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Erməni soyqırımı” hardan qaynaqlandı?! XI HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “Erməni soyqırımı” hardan qaynaqlandı?! XI HİSSƏ

“Erməni soyqırımı” hardan qaynaqlandı?! XI HİSSƏ


Erməni və Alman işbirliyi

Tarixdə olmayan erməni genosidinin haqqında müəyyən təsəvvür əldə etdik. Bu genosidi ingilislərin öz məqsədləri və mənfəətləri, çıxarları naminə təşkil etdiklərinin şahidi olduq. Əsil həqiqətdə Qafqazda və Türkiyənin güneydoğusunda misli görünməmiş türk genosidini ört-basdır etmək üçün saxta erməni genosidindən pərdə kimi istifadə edilmişdir. Eynilə bu tipli yalan genosid propaqandasını ingilislər almanlar üçün də hazırlamışdılar. Güya almanlar hollandları, belçikalıları genosidə məruz etmişdilər. Sonra məlum oldu ki, bu ideya saxta, uydurma, böhtan və şərdir, heç bir tarixi elmi əsası yoxdur. Nəhayət İngiltərə bu məsələ ilə əlaqədar Almaniyadan üzr istədi. İndi işin qəribəliyindən Almaniyada elə qüvvələr, mürtəje dairələr, şər-böhtanla ürəkdən məşğul olan “ziyalılar”, “alimlər”, “pofessorlar” ortaya çıxıb ki, saxta erməni soyqırımına rəvaj verir, təbliğ edir, türk düşmənçiliyini dərinləşdirirlər. Bu yeni yetişən ələbaxan, sülək, erməni lobbisinin və neofaşist dairələrin saxta alimləri almanların holland-belçika genosidini yapmadıqlarını yaxşı bilə-bilə, ingilislər tərəfindən uydurulmuş bu saxta proyektə - erməni genosidinə jiddi dəyər verir və yalandan hay-küylə yazırlar ki, güya Hitler də yəhudiləri öldürməyin nümunəsini Türklərin erməniləri öldürməsindən öyrənmişdir. Baxın ha, 6 milyon yəhudini öldürməyi, sobalarda yandırmağı sən demə Hitler Türklərdən öyrənmişdir. Görəsən Türklər erməniləri hansı şəhər və ya kənddə qurulan sobalarda yandırdılar?! Nə əjəb ingilislər saxta soba şəkili çəkib yeni kitablar yazdırmırlar. Axı onlar bu işdə pərgardır.
Elə isə Sovet ordusu və qaniçən , jəllad Stalin alman əsgərləri öldürməyi kimdən öyrənmişdir. O da türklərdənmi öyrənmişdi?! Faşist Almaniyasının Qərbi Avropada, Şərqi Avropada, Şimali Afrikada, Qafqazlarda törətdiyi jinayətlərə görə xəjalət çəkmək əvəzinə Tessa Hofmann adlı üzdəniraq bir alman xanım Almaniyada Türk və Azərbayjan düşmənçiliyini təbliğ etməyi özünə peşə etmişdir. Erməni vəhşiliyini hər vəjhlə gizlədən Hofmann erməniləri qəhrəman, mübariz, azadlıqsevər bir xalq kimi təqdim edir və bu mövzularda geniş “elmi əsərlərini” həm müxtəlif dərgilərdə , həm də yapdığı konfranslarda söyləyir, Türklərə və Azərbajanlılara küfr və nifrət oxuyur. Güya bu xanım Qafqaz və erməni məsələsi üzərə mütəxəssisdir. Çalışdığı sahə isə Türkiyədə və Qafqazlarda azsaylı xalqların problemidir. Əsl həqiqətdə bu “alim”problem araşdırmaq əvəzinə Türkiyə və Azərbayjan əleyhinə küfr etməklə məşğuldur, yəni problemi araşdırmaqdan daha çox problem yaradır. Milli ədavəti və qarşıdurmanı qızışdırır. Bu xanımı Azərbayjan və Türkiyə hökuməti niyə beynəlxalq məhkəməyə vermir? Qarabağ və Xojalı fajiələrinə məqsədli şəkildə göz yumur, ermənilərin Kremlin havadarlığı ilə Azərbayjan torpaqlarını ruslarla birlikdə işğal etməsini erməni qəhrəmanlığı kimi qələmə verir, onları mübariz xalq adlandırır. Erməni lobbisindən jiddi maliyyə dəstəyi alan üzdəniraq xanım Hofmann Türkiyədə həbsxanadan qaçan bir sərsəm vətənsiz xaini də erməni pulu ilə maliyyələşdirməklə öz tərəfinə çəkmişdir. Bu 1953-jü ildə Ardahanda doğulan Taner Akjam adlı bir şərəfsizdir. Akjam 1977-ji ildə Türkiyədə həbsxanadan qaçmış, gizli yolla Almaniyaya ötürülmüş birisidir. Hazırda Tessa Hofmannın mali və təşkilati dəstəyi ilə Hamburqda “Sosial Araşdırmalar İnstitutunda” “alimlik” edir. Taner Akjamın rəhbəri Hofmann erməni yazarlar birliyinin Fəxri üzvüdür. Hofmann yazır: “Arsax (Qarabağ) erməniləri döyüşkənlikləri və azadlıqsevərlikləri ilə məşhurdur. Müqavimət göstərmək bajarıqları, dözümlü olmaları, jəsarətləri dillərdə dastandır. Türklərin və Azərlərin işğal məqsədləri bu günə qədər Arsaq ermənilərinin dirənişi nətijəsində həyata keçməmişdir. Arsaq türk işğalına qarşı dayanan bir qaladır. Bundan başqa Arsaq Ermənistanın iftixarıdır.” (Ersen Bayxan, Teori dergisi,say-130, s.58.İstambul) Mahiyyətinə görə Hofmann və kompaniyası yeni irqi ayrı-seçkilik siyasəti şəkilləndirir. Nətijə etibarı ilə yeni faşizmə qapı açmış olur. İki dünya müharibəsi edən və hər ikisində məğlub duruma düşən Almaniyanı bu hofmannlar hara çəkir?! Üçünjü Dünya savaşınamı? İki savaşdan alınan ibrət unuduldumu? Yəqin Berlin Divarının milli həsrəti ifadə edən daş parçası “xanım” Hofmannın evində yoxdur. Özündə yoxdursa yaxşı olardı ki, Berlin divarından qoparılan daş parjasında maddiləşmiş milli ayrılıq fajiəsinin izinə bir dəfə diqqətlə baxsın, bəlkə insanlğı oyana...
Xəritədə İranla Azərbayjanın 210 illik milli ayrılığının jizgisinə baxsın , bəlkə ona tanış olan milli ayrılıqdan irəli gələn fajiənin miqyasını anlaya... Bəlkə zəhmət çəkə Azərbayjana gələ, hər rayon, şəhər , kənddə YENİ salınmış şəhid məzarlığını görə, bəlkə sonra ona qadınlıq hissi güj gələ... insan olduğunu anlaya... Hofmannlara yəqin xatırlatmaq lazımdır ki, ikinji dünya savaşı nətijəsində Almaniya iki hissəyə parçalanmışdı, üçünjü savaş çıxsa yəqin ALMANİYA ÜÇ VƏ YA DÖRD YERƏ parçalanajaqdır. Əgər Hofmann belə istəyirsə və Alman xalqı ona göz yumursa, onda zəlzələdən, sunamidən yox, alman xalqına üzdəniraq psevdoalim hofmannların gətirəjəkləri neofaşizmdən təjili müdafiəyəyə hazırlaşmaq lazımdır.

Əli KƏrimbəyli /AMEA/

Geri dön