Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Penitensiar Xidmət: Qobustan həbsxanasında məhkumların özünə xəsarət yetirməsi barədə yayılan xəbər cinayətkar aləmin sifarişlərinin nəticəsidir
Penitensiar Xidmət: Qobustan həbsxanasında məhkumların özünə xəsarət yetirməsi barədə yayılan xəbər cinayətkar aləmin sifarişlərinin nəticəsidir |
Penitensiar Xidmət Qobustan həbsxanasında kütləvi aclıq aksiyasının keçirilməsi, bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri barədə tamamilə əsassız, həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan əvvəl Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasının keçirilməsi, ardınca orada bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlər məhz bu qəbildəndir. Penitensiar Xidmət bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığını dəfələrlə bəyan edib. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin xüsusi tapşırığına əsasən həbsxanada cəza çəkən məhkumların ailə üzvləri və yaxınları ilə görüş zamanı qaldırılmış məsələlərlə bağlı xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən digər cəza çəkənlərin ailə üzvlərində təşviş yaratmaq məqsədilə həbsxanada aclıq aksiyası keçirilməsi və məhkumlarla kobud davranış barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. 25.08.2014-cü il tarixdə bir neçə məhkumun özünə xəsarət yetirməsi barədə yayılan növbəti həqiqəti əks etdirməyən xəbər də məhz cinayətkar aləmin sifarişlərinin nəticəsidir. Penitensiar Xidmət bir daha qeyd edir ki, cəzaçəkmə müəssisələri cəmiyyətin bir hissəsidir: "Bu gün üzvü olduğumuz cəmiyyətdə firavanlıq, əmin-amanlıq, qayda-qanun hökm sürürsə, cəzaçəkmə müəssisələrində özbaşınalığın, hərc-mərcliyin mövcud olması mümkünsüzdür. Penitensiar Xidmət tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxlayır və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bəyan edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi kütləvi informasiya vasitələri ilə sıx əlaqə saxlayır, cəzaçəkmə müəssisələrində baş verən hər hansı fövqəladə hadisə barədə öz rəsmi saytı vasitəsilə ictimaiyyətə bəyan edir və bundan sonra da edəcək". Geri dön |