Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan 600 ədəd psixotrop həb gətirən Azərbaycan vətəndaşı saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > İrandan 600 ədəd psixotrop həb gətirən Azərbaycan vətəndaşı saxlanılıb

İrandan 600 ədəd psixotrop həb gətirən Azərbaycan vətəndaşı saxlanılıb


Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Təbriz-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Rasim Quliyevə məxsus baqaj rentgen aparatından keçərkən monitorda dərman preparatlarının təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman R.Quliyevə məxsus çantadan 2 ədəd üzərində "100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1 mg", 4 ədəd üzərində "100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5" sözləri və rəqəmləri yazılmış dərman qutuları aşkar edilib.
Dərman qutularının hər birinə ayrı-ayrılıqda keçirilən baxış zamanı isə üzərində "100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1mg" yazılmış qutuların hər birində 5 kon­val­yut olmaqla, cəmi 10 konvalyutda 200 ədəd yaşıl rəngli həb, üzərində "100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5" yazılmış qutuların hər birində isə 5 konvalyut olmaqla, cəmi 20 konvalyutda 400 ədəd mavi rəngli həb aşkar olunaraq götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, tədqiqata təqdim olunmuş 200 ədəd yaşıl rəngli həb - "Clonazepam-Sobhan 1 mq" adlı dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. 400 ədəd mavi rəngli həb də "Chlordiazepoxide 5 mq" adlı dərman preparatı olub və təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir
Xatırladaq ki, sözügedən dərman preparatları "Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir.

Geri dön