Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göyçə mahalı qədim tarixdən bu yana... III yazı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Göyçə mahalı qədim tarixdən bu yana... III yazı

Göyçə mahalı qədim tarixdən bu yana... III yazı


Göyçə mahalında Pəmbək kəndinin də qədim bir tarixi vardır. Kəndin yuxarı ərazisində Şivri dağının ətəyində “Duzlaq” adlanan qədim qəbirstanlıq vardır. Qəbirstanlıqdakı qəbir daşlarının bəzilərinin üzərində başqa kəndlərdəki qədim qəbiristanlıq daşlarında olduğu kimi günəş, ay şəkilli rəsmlər vardır. Buradakı görüntüyə əsaslanaraq deyə bilərik ki, Göyçə mahalında eradan əvvəlki dövrdə ümümi bir mədəniyyətə və dini təfəkkürə malik türk tayfa birləşməsi formasında dövlət yaranmışdır. Həmin dövlətin paytaxtı-mərkəzi Adatəpədə yerləşmişdir. Sonralar Adatəpədəki dövlət saray binasının ətrafına əl gəzdirilib Alban monastrı formasına salınmışdır və eramızın əllinci illərində isə albanların xaçpərəstliyi qəbul etməsilə binanın üstünə xaçlı daşlar əlavə olunmuşdur. Nə isə, bu başqa söhbətdir, qayıdaq Pəmbək kəndi haqqındakı mövzuya. Pəmbək kəndinin Göyçə gölünə tərəf ərazisindəki dağ silsiləsində hündür qayalıqlar mövcuddur. Kəndin üzü qərbə baxanda sağ tərəfindəki hündür bir qayalığın ortasında boz rəngdə diamtri ikidən çox olan bir dairəvi görüntü var. Görüntü aşağıdan yuxarı əlli metrə, yuxarıdan da aşağı təxminən yenə əlli-altmış metrə məsafədə sıldırım qayalığın ortasında yerləşir. Kənd sakinləri həmin görüntüyə “Dağ Yunusun xəzinəsi” adını vermişdilər. Guya Dağ Yunus adında bir hökmdar orada xəzinə həcmində qızıl, gümüş saxlayırmış və mağaranın ağzına da kirəşdən palçığı olan qalın divar hördürmüşdür... bu söylənilən rəvayət də olsa, maddi tarix kimi həmin görüntü mövcud idi.
Bu yazıda Pəmbək kəndindən olanlara xahiş ediri ki, bildikləri məlumatları saytımıza göndərsinlər. Toplanılan məlumatlar əsasında maddi və mənəvi tariximizi gec də olsa bərpa edə bilərik...

Niftalı Göyçəli tel: 055 850 78 64

Geri dön