Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, DAVAMın yazıları > İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi

İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi


Sizə Qəbələnin Vəndam kəndinin mərkəzində - kənd Mədəniyyət evinin qabağında heykəli olan, 160 illik yubileyinə az qalan bir rus alimindən-Miçurin İvan Vladimiroviçdən söz açmaq istəyirəm. Vəndamdakı kolxozlardan biri vaxtilə onun adını daşımışdır. Kəndin 1 nömrəli-yaranma tarixi 1883-cü ildən başlanan tam orta məktəbinin tarix müəllimi,Qəbələnin tarixi keçmişinin bilicilərindən biri olan Teymur Qarayevin sözlərinə görə Vəndamda İ.V.Miçurinin heykəlinin ucaldılmasının təşəbbüskarı uzun illər bu kənddəki kolxozlardan birinə rəhbərlik etmiş,Vəndamı respublikaya tanıdanlardan biri əslən Xınalıqdan olan Bəyalı Xitilovdur.
Heykəlin açılışı 1960-cı illərin əvvəllərinə təsadüf edir. Bu faktı dəqiqləşdirməkdən ötrü Vəndamın ensiklopedik bilikli, yaşı 80-ni adlayan Ənvər müəllimə zəng etməyi lazım bildik.Lakin Teymur müəllimin dostyana və ərkyana tərzdə "şlyapalı müəllim" kimi tanıtdığı Ənvər müəllimlə söhbətləşə bilmədik.
İ.V.Miçurinin  heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi Yeri gəlmişkən deyim ki,Ənvər müəllim 60 il kənd məktəbində vəndamlılara Azərbaycan dili və ədəbiyyatından dərs deyib. Özü hələ fəxri ad almasa da bir neçə şagirdi əməkdarlıq rütbəsinə layiq görülüb.Keçən il Ənvər müəllimlə Miçurinin heykəlinin qarşısındakı çayxanada söhbət edərkən qocaman kənd müəlliminin 4-5 kitabını vərəqləmişdim.Kitablarının hamısı ölkəşünaslıq materialları kimi orta məktəblərdə dərs vəsaiti kimi tədris oluna bilər.
...Miçurin İvan Vladimiroviç dünya elmi ictimaiyyətinin yaxşı tanıdığı alimlərdəndir.Görkəmli bioloq-seleksiyaçı,bir sıra meyvə sortlarının-növlərinin yaradıcısıdır.
İ.V.Miçurin 28 oktyabr 1855-ci ildə Ryazan quberniyasının Pronski uyezdinin Dolqoye kəndi yaxınlığındakı Verşina adı ilə tanınan kişik yaşayış məntəqəsində anadan olub.Uyezd məktəbini qurtarandan sonra Peterburqda liseyə daxil olmaq istəyib.Lakin atasının gözlənilmədən xəstələnməsi ailənin maddi vəziyyətini çətinləşdirdiyindən İvan Vladimiroviç paytaxt şəhərində oxumaq arzusunu həyata keçirə bilmir; o, 1872-ci ildə Ryazan gimnaziyasına daxlil olur.Bir neçə aydan sonra Miçurini gimnazidan çıxarırlar. O,Ryazan - Ural dəmir yolunda işə düzəlir. Miçurin 2 ildən sonra işini dəyişir, saat və sinal aparatlarının təmiri ilə məşğul olur.
Tezliklə o,Kozlov rayonunda 130 ha baxımsız bir torpaq sahəsində seleksiya işləri ilə məşğul olmağa başlayır və burada 600 növdən artıq bitki üzərində seleksiya işləri ilə ilgili təcrübələr aparır. Bir neçə ildən sonra burada çoxlarını heyrətləndirən gözəl bir təcrübə bazası yaranır.Onun moruq və albalıları daha çox məşhurluq qazanır. Miçurin yeni alma növləri yaradır, qışadavamlı meyvələr yetişdirməyə müvəffəq olur.
1906-cı ildə İ.V.Miçurinin ilk elmi əsərləri çap olunur.
İ.V.Miçurin elmi xidmətlərini görə 1912-ci ildə III dərəcəli Anna Ordeni ilə təltif olunur. 1913-cü ildə amerikalılar İ.V.Miçurinin kolleksiyalarını almaq istəsələr də, vətənpərvər alim bu alverə razılıq vermir.
1918-ci ildə İ.V.Miçurinin tingliyi,şitilliyi (pitomniki) milliləşdirilir. 1921-ci və 1923-cü illərdə ona tinglik təsərrüfatını daha da genişləndirmək məqsədilə yeni torpaq sahələri verilir.
1928-ciildə İ.V.Miçurinin tingliyi görkəmli alimin şərəfinə İ.V.Miçurin adına Dövlət Seleksiya-Genetika Stansiyası adlandırılır.
1934-cü ildə stansiyanın fəaliyyəti daha da genişləndirilir:Stansiya İ.V.Miçurin adına Mərkəzi Genetika Laboratoriyası adlandırılır.
1925-ci ildə SSRİ-də İ.V.Miçurinin 50 illik elmi fəaliyyəti təntənə ilə qeyd olunur və ona Qırmızı Əmək Bayrağı ordeni verilir.
İ.V.Miçurin 80 illik yubileyi ərəfəsində elmi fəaliyyətinə görə bir sıra fəxri adlara layiq görülür:

1934-cü il -Əməkdar elm və texnika xadimi
1934-cü il -biologiya elmləri doktoru
1935- ci il -akademik
1935-ci il - SSRİ EA-nın fəxri üzvü
1935-ci il -Çexoslvakiya Əkinçilik Akademiyasının fəxri üzvü.

Görkəmli alim 7 iyun 1935-ci ildə dünyasını dəyişmişdir.

***
2015-ci ildə İ.V.Miçurinin anadan olmasının 160 ili tamam olur. Bütün dünyada yeni meyvə növlərinin yetişdirilməsində böyük xidmətləri olan alimin Azərbaycanda da təntənəli yubileyinə indidən hazırlaşmaq lazımdır. Onun Vəndamdakı heykəli ciddi təmir olunmalı, lazım gələrsə,postamenti daha da ucaldılmalıdır.Qəbələnin yerli memarları bu işi ustalıqla görə bilərlər.
Dünyanın mədəniyyət paytaxtlarından biri kimi tarixə düşən Qəbələdə dünya səviyyəli yubiley tədbirləri keçirmək çox gərəkli görünür.Bu, Azərbaycan-Rusiya elmi əlaqələrinin daha da genişləndirilməsi yolunda uğurlu addım kimi yadda qala bilər.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

26.08.2014-cü il.


P.S.
İ.V.Miçurinin Vəndamdakı heykəlinin foto şəklini Qəbələnin Bunut kənd tam orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi, Azərbaycan Dövlət İdman Akademiyasının məzunu Renat Süleymanov çəkmişdir.Ona bu texniki köməyə görə öz dərin təşəkkürümü bildirirəm.

Geri dön