Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > “Azərbayjan türk dünyası içərisində parlayan ulduzdur”
“Azərbayjan türk dünyası içərisində parlayan ulduzdur” |
Hasan Uslu: “Azərbayjanın parlaq və enercili gənjliyi var. Bu gənjlik birlik və bütövlük yolunda böyük rol oynayajaq”
Bu günlərdə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin və “EkoAvrasiya” dərgisinin təşkilatçılığı ilə Bakıda səfərdə olan Atakənd Bələdiyyəsinin başqanı Hasan Uslu ilə söhbətləşdik: - Hasan bəy, Azərbayjana ilk səfərinizdirmi? Ölkəmizi nejə gördünüz? - Bu, Azərbayjana ikinji səfərimdir. Azərbayjan zəngin bir diyardır və biz buranı ana vətən olaraq görürük. İldən-ilə böyük dəyişiklikləri müşahidə edirik. Xüsusilə, bu il inşa edilən möhtəşəm bayraq meydanını görmək bizi qürurlandırmaya bilməz. O dalğalanan üçrəngli bayrağı öz bayrağımız kimi qəbul edirik. Dənizkənarı parkın genişləndirilməsi və “Eurovision-2012” hazırlığının aparılması Azərbayjanın gözəlləşməsinə xidmət edir. Yeni-yeni binaların inşası Bakının simasını çox gözəlləşdirib. Əsas da neft-qaz siyasətinin uğurla davam etdirilməsi və iqtisadiyyatın sürətli inkişafı Azərbayjanı bölgənin lider dövləti halına gətirib. Qardaş Azərbayjanın potensialı çox böyükdür. Xüsusilə, Azərbayjanın hava və çoğrafi şəraiti olduqja gözəldir. Zəngin enerci ehtiyatlarının olması Azərbayjanın dünyanın enerci siyasətində xüsusi çəkisini artırır. Azərbayjanın bu uğuruna Türkiyə sevinməyə bilməz. Hər zaman qardaş Azərbayjanımızın nailiyyətlərini öz nailiyyətimiz olaraq qəbul edirik. Türk dünyasının böyük oğlu və ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Dilimiz, mədəniyyətimiz, qanımız və s. bağlar bizi daha da birləşdirir və onu əlavə edim ki, Azərbayjan türk dünyası içərisində parlayan ulduzdur. - Səfərinizin əsas məqsədi nədir? - Ümumiyyətlə, qarşıda Azərbayjana və türk dünyasına tez-tez səfərlər etməyi planlaşdırıram. Hər gəlişimdə Azərbayjanı daha yaxından öyrənirəm. Onu da əlavə edim ki, buranı çox sevirəm. Ankarada olarkən orada olan siyasətçilərə, işadamlarına və s. müxtəlif sahələri təmsil edən insanlara Azərbayjana və türk dünyasına müntəzəm olaraq getmələrini tövsiyə edirəm. Biz bu gün daha çox türk dünyası ilə işləməliyik. Türk dünyasının güj mərkəzinə çevrilməsi qarşımızda duran əsas amal olmalıdır. - Atakənd ilçəsini digər ilçələrdən fərqləndirən xüsusiyyətlər nədir? - Atakənd ilçəsi Ağdənizə yaxın Mərsin vilayətində yerləşir. Turizmi və onu dünyada məşhur edən gözəl qumsallığı var. Hər il yüz minlərlə turist bura dinjəlməyə gəlir. İlçəmizin turizm imkanları genişdir. Azərbayjanlı qardaşlarımızı da ilçəmizə gəlməyə dəvət edirik. - Bir bələdiyyə başqanı olaraq Azərbayjan və Türkiyə münasibətlərinin inkişafını nejə dəyərləndirirsiniz? - Münasibətlərin uğurlu inkişafı bizi sevindirir və mən şəxsən türk dünyasının birliyini görürəm. Mən müəllim işləmişəm və baş verəjə biləjək prosesləri önjədən hiss edirəm. İnanıram ki, gələjəkdə türk dünyasını Amerika və ya SSRİ kimi birləşmiş bir dövlət kimi görəjəyik və bu gerçəkləşməsi heç də uzaqda olmayan arzulardır. Xüsusilə, gənjlərin potensialı məni sevindirir. Azərbayjanın parlaq və enercili gənjliyi var. Bu gənjlik birlik və bütövlük yolunda böyük rol oynayajaq. Eyni gənjlik Türkiyədə də var. Ümumiyyətlə, türk dünyasının gənjliyi çox enercilidir və bu enerci mütləq birliyə öz töhfəsini verəjək. - Turizm bölgəsinə rəhbərlik edən şəxs kimi, Azərbayjanın turizm potensialını nejə dəyərləndirirsiniz? - Azərbayjanda turizm potensialı böyükdür və xüsusilə, buranın iqliminin əlverişli olması bölgədə turizmin inkişafına şərait yaradır. Amma, hələ çox işlər görmək lazımdır. Turizm - insanların istədiyi hər şeyi tapa biləjək bir məkan yaratmaq və oranı gəlirli bir sahəyə çevirməkdir. Biz Sumqayıt və Jorat qəsəbəsində olduq, Joratda turizmin inkişafı üçün əlverişli şərait var. Atakənd və Jorat bələdiyyələri arasında qardaşlaşmış saziş imzaladıq. Gələjəkdə başqa yerlərlə belə qardaşlaşmış sazişlər imzalamağı planlaşdırırıq. Elnur Eltürk Geri dön |