Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda mübadilə görüşü keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda mübadilə görüşü keçirilir

Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda mübadilə görüşü keçirilir


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirilir.
Görüşün açılışında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına müraciəti Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tərəfindən oxunub.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Azərbaycan Prezidenti İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi, ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır.
DQİDK sədri ümidvar olduğunu vurğulayıb ki, Avropa Şurası mübadilə görüşündə dini zəmində ekstremizm və radikalizmin gücləndiyi dünyamızda fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar olması ətrafında konstruktiv fikir mübadiləsi aparılacaq və dəyərli tövsiyələr səsləndiriləcəkdir.
Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Emin Eyyubovun modeatorluğu ilə keçən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin din azadlığı və dini təcrübələr üzrə məruzəçisi Rəfael Hüseynov, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi prezidentinin nümayəndəsi Jan-Klod Frekon açılış nitqləri ilə çıxış ediblər.
Görüşdə 2014-cü il mübadilə görüşünün həmsədrlərinin çıxışları da dinləniləcək. Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə Məruzəçi Qrupunun sədri səfir Luis Filipe Kastro Mendes, Slovakiya Respublikasının Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin İnsan hüquqları üzrə Məruzəçi Qrupunun sədri səfir Drahoslav Stefanekin, müxtəlif dini konfessiyaların nümayəndələri - Roma Papası yanında Mədəniyyət Şurası, "Court of the Gentiles"ın icraçı direktoru Jan Laurent Mazas, Fransanın iudaizm və protestant federasiyaları ilə əlaqə komissiyasının prezidenti Roland Poupin, Moskva Patriarxlığının Avropa Şurası yanındakı nümayəndəsi Filip Ryabıx, Strasburq şəhərinin və Aşağı Reyn əyalətinin baş ravvini, Avropa Ravvinlər Konfransının Avropa Şurasındakı daimi nümayəndəsi Rene Qutman, Avropa Buddist Birliyinin prezidenti Jami Kressvellin məruzələri dinləniləcək.
Plenar iclaslarda "Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial kapital", "Dinlərin və qeyri-dini inancların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi", "Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi", "Mübadilə görüşlərinin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər" və s. mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Geri dön