Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Putin təkbaşlı diktatordur, heç Stalin də belə gücə malik olmamışdı”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > “Putin təkbaşlı diktatordur, heç Stalin də belə gücə malik olmamışdı”

“Putin təkbaşlı diktatordur, heç Stalin də belə gücə malik olmamışdı”


Eks-spiker Putini “Qazaxıstanda dövlət olmayıb” iddiasına görə yıxıb-sürüdü…
Ruslar zorla Ukraynanın 8-ci əsrdən başlanan dövlətçilik tarixini özəlləşdirmək istəyirlər...


Eks-spiker Rəsul Quliyev Rusiya prezidenti Vladimir Putinin "Qazaxıstanda dövlət olmayıb" sərsəmləməsinə cavab verib və Moderator.az-a göndərdiyi analitik yazısında onu faktlarla yıxıb-sürüyüb. R. Quliyevin fikirlərinin oxucular üçün olduqca maraqlı olacağına şübhəmiz yoxdur:
"Bu mövzuda yazmaq, analiz etmək ən çətin məsələlərdən biridir. Çünki Rusiya rəhbərliyinin sinizm səviyyəsi elə ağılasığmaz yüksəkdir ki, onun tənqidi üçün Azərbaycan dilində kifayət qədər tutarlı söz tapmaq mümkün deyil. Rusiyanın prezidenti insanların ( gənclərlə görüşdə belə hərəkət ən böyük əxlaqsızlıqdır) gözlərinə dik baxa-baxa elə yalanlar söyləyir ki, faşist Almaniyasının təbliğat korifeyi Hebbels qəbrində çevrilir. Bu insanın Rusiyanın tarixini bilməməsi azmış kimi, heç kimdən soruşmaq da istəmir və elə əbləh iddialarla çıxış edir ki, onun ağlının yerində olması şübhə altına düşür. Bir neçə il bundan öncə Ukrayna dövləti heç vaxt olmayıb sayıqlamasını, indi də heç vaxt Qazaxıstanda dövlət olmayıb iddiasıyla davam etdirir. Bu insanın ardıcıl olaraq Azərbaycan, Ermənistan və Orta Asiya ölkələridə heç vaxt dövlət olmayıb deyəcəyi də heç bir şübhə doğurmur. Cəmi 300 illik dövlətçilik tarixi olan Rusiyanın liderinin başına Ukrayna və Qazaxıstanda dövlətçilik tarixi Rusiyadan azı 3-5 dəfə qədimdir həqiqətini qoymaq müşküldür.Yoldaş Putin ağlını başına topla və cəmi 2-3 səhifə olan ölkələrin qısa tarix anotasiyasını oxu, əgər bacarmırsansa, məsələn, Jirinovski sizin üçün oxusun və nəhayət anla ki, bu səviyyədə yalan danışmaq olmaz…
Türk qəbilələrinin Kıpçak qolu Qazaxıstan ərazisində 7-ci əsrdə dövlət yaradanda harada idi bu rus xalqı və rus dövləti? 8-ci əsrdə Ərəb xilafəti Qazaxıstanı tutub islam dinini qəbul etdirəndə indi Rusiya dövləti adlandırılan ölkənin ərazilərində heç 50 min adam yaşamırdı və onlar da türk mənşəli idi. 13-cü əsrdən 15-ci əsrin ortalarına qədər monqol –türk qəbilələri Qazaxıstanda dövlət yaradanda bütün Rusiya üzrə heç 100 min insan belə yaşamırdı. Orta Asiya ölkələri, Qazaxıstan dövlət strukturalarına malik olanda indiki Rusiyada kiçik knyazlıqlar yaradan monqol- tatarlar onlardan vergi yığmaqda köməkçi kimi istifadə edirdilər.
Ruslar zorla Ukraynanın 8-ci əsrdən başlanan dövlətçilik tarixini özəlləşdirmək istəyirlər və bu əməllərinə 19-cu əsrin əvvəllərindən başlayıblar. Çar 1-ci Aleksandrın tapşırığı ilə Karamzin ilk Rusiyanın tarixini yazan şəxsdir. Əslində Rusiyanın tarixini ən yaxşı halda 1613-cü ildən, yəni Polşanın əsarətindən xilas olduğu vaxtdan yazmaq lazım idi, başqa sözlə, həqiqət budur. Ancaq ilk dəfə Karamzin Ukrayna tarixini özəlləşdirməyə başlayan şəxsdir. Ancaq aristokrat olan Karamzin qismən abırını gözləyir, ağ yalanlar yazmır, sadəcə olaraq tarixi saxtalaşdırır. Ağ yalanlar artıq Rusiyanın aristokratiyasının axırına çıxan bolşeviklər tərəfindən başlayır və bu gün Putin tərəfindən davam etdirilir. Çar 1-ci Pyotrdan başlayaraq ukraynalılara və onların dillərinə qarşı represiyalar başlayır. Bir çoxları bilmir ki, azı 3 dəfə Rus çarları Ukrayna dilində qəzet çıxarılmasına, kitab nəşr edilməsinə qadağa qoyublar. Soruşa bilərsiniz nə üçün? Çünki Monqol tatar işğalından 18-ci əsrə qədər (İvan Qroznu da daxil olmaqla ) bu günkü rus dili yox idi, hamı 90 faiz Ukrayna dilinə uyğun olan dildə danışırdı. Ruslar Ukraynanın qədim tarixini özəlləşdirmək üçün dillərini yox etməklə məşğul olublar.
Rusiya dövləti yaranandan bu günə qədər qonşu ölkələrə aqressiya ilə məşğul olublar. Heç kim Rusiyanın yaranandan bu günə qədər dost , yaxın olduğu dövlət adı çəkə bilməz, çünki olmayıb. Bu gün də dünyada Rusiyaya dost olan bir dövlət də mövcud deyil. Dövlətlərin böyük bir qismi Rusiyadan qorxur və nifrət edir. Bir qismi isə aqressor kimi qəbul edir, ancaq coğrafi vəziyyətinə görə qorxmur. Rusiyanın tərkibindən çıxan keçmiş respublikaların hamısı, o cümlədən Gömrük İttifaqına daxil olan Belarus, Qazaxıstan və Ermənistan belə, qorxur və nifrət edir.
Bu ölkədə ən qiymətsiz şey insan həyatıdır. Yaranandan bu günə qədər biz niyə belə kasıb yaşayırıq sualını özlərində, rejimlərində axtarmaq əvəzinə qonşunun torpağını tutsaq hər şey yaxşılaşacaq məntiqində görürlər. Avropada torpaq tutmağa nail ola bilmədiklərinə görə üzlərini cənuba və heç kimin yaşamadığı şərqə tutublar,17 milyon kvadrat kilometr ərazilərində cəmi 140 milyon əhalisi olan insanlarının yarı ac yarı tox yaşamasından xəcalət çəkmirlər.
Bəşəriyyətin mövcudluğu üçün təhlükə olan bu ölkə Ukraynada durdurulmalıdır, əks halda ardıcıllıqla sonra Qazaxıstan, Orta Asiya ölkələri, Azərbaycan və Gürcüstan, Moldova, Pribaltika ölkələri işğal ediləcək. Artıq paranoik lider dünyanı nüvə silahı ilə hədələyib. Ukraynanı ona vermək Rusiyanın əl-qolunu daha da açacaq, çünki nüvə silahı hədəsi və şantajı daha da intensivləşdiriləcək. Nüvə silahı ilə şantaj birinci dəfə deyil. Xruşşov da bir neçə dəfə dünyanı nüvə silahı ilə hədələmişdi. Ancaq o dövrdə Xruşşov təkbaşına qərar qəbul edə bilməzdi. İndi isə Putin təkbaşlı diktatordur,heç Stalin də belə gücə malik olmamışdı. Avropa və ABŞ-ın qorxa -qorxa tətbiq etdikləri sanksiyaların təsiri yoxdur və ola da bilməzdi. Çünki Rusiyanın iqtisadiyyatını laxlada biləcək yeganə sanksiya neft və qaz eksportuna embarqo qoymaq, xarici banklarda rus kompaniyaları və fiziki şəxslərin hesablarını dondurmaq olardı, o da olmadı. Hitler eyni yolla gedib bütöv Avropa qitəsini və Afrikanın şimalını işğal etmişdi , indi Putinin harada dayanacağına kim qarantiya verə bilər? Putinin ideologiyası aydındır. Qonşularımızdan pis yaşayırıq, çünki adamlarımız alkoqolikdir, rejimimiz totalitardır və bizim yaxın 10 illərdə vəziyyətimiz dəyişməyəcək. Rejimi dəyişə bilmirik, çünki Rus mujikinə knut lazımdır, azadlıq yox. Azadlıq versən xaos olacaq. Alkoqoldan müalicə etmək mümkün deyil artıq, bu xəstəlik genlərdədir, azı 3 nəsil alkol içməsə genləri təmizləmək olar. Ona görə də siz qazandığınızın bir hissəsini gərək bizə verəsiniz ki, bizim camaat da sizə yaxın yaşasın . Əks təqdirdə bizim nüvə silahımız var və sizin camaatdan fərqli olaraq Rus mujikinin həyatda itirəcəyi bir şey yoxdur.Tarixə diqqət yetirsəniz görərsiniz həmişə biz müharibə salmağa çalışmışıq, çünki bizim itirəcəyimiz bir şey yoxdur. Həmişə siz bizi dilə tutmağa çalışmısınız, çünki siz rahat həyatınızdan əl çəkmək istəmirsiniz. 2 dünya müharibəsində bizim insan itkimiz müharibə iştirakçısı yerdə qalan 60 ölkənin cəmi itkisindən artıq olub.
Bax bu təhlükəli ideologiyanın qarşısı alınmalıdır.
Hələ ki, cənab Putinlə Qərb dil tapmaq istəyir. Və onun açıq-aşkar onları ələ saldıqlarını görmək istəmirlər. Hitler 1939-cu ilin sentyabrında Polşanı işğal etməyə başlayanda İngiltərə və Fransa aktiv hərəkət edib Hitleri daha da qəzəbləndirmək istəmirdi. Bir ildən də az müddətdə Hitler Fransanı da həzmdən keçirdi. İndi Qərb ölkələri Ukraynaya silah verib Putini qəzəbləndirmək istəmirlər. Pribaltikanı tutmağa başlayanda nə edəcəklər? Yəqin bu dəfə də hirslənsə nüvə silahından istifadə edə bilərdən ehtiyatlanıb onu qəzəbləndirməyəcəklər, bəlkə bununla qurtaracaq ümidi ilə hədələməklə kifayətlənəcəklər…
Ukrayna bu günkü ərazisi ilə 1945-ci ilə qədər heç vaxt Rusiyanın tərkibində olmayıb. Ruslarln 17-ci əsrin ortalarından Ukrayna ilə birləşməsini iddia etməklərinə baxmayaraq 18-19-cu əsrlərdə Ukraynanın böyük bir hissəsi Polşa və Litva ilə olub və Ruslara qarşı 3 azadlıq müharibəsində iştirak edib. 1945-ci ildə Ukraynaya birləşdirilən Qərbi Ukrayna sovet rejiminə qarşı 11 il vuruşub. 11 il müddətində sovet NKVD-si və ordusu 500 mindən çox Ukrayna partizanlarını ailələri ilə birlikdə qətlə yetiriblər. Ukraynanın tarixini bilən istənilən şəxs onların axıra qədər döyüşəcəyinə inanmalıdır. Əgər Ukraynanın ordusu 10 min adam itirsə, deməli, ruslar azı 30 min itirəcək, çünki Ukraynalılar daha güclü əsgərlərdir. Bu gün Ukraynaya kömək edən hər bir şəxs və hər bir ölkə əslində özünü Rus işğalından xilas etməyə kömək edir.”

Geri dön