Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan > Qurbanqulı Berdıməhəmmədov: Türkmənistan Azərbaycanla uzunmüddətli tərəfdaşlıq əlaqələrinin inkişafı kursuna sadiqdir
Qurbanqulı Berdıməhəmmədov: Türkmənistan Azərbaycanla uzunmüddətli tərəfdaşlıq əlaqələrinin inkişafı kursuna sadiqdir |
Türkmənistan Azərbaycanla çoxəsrlik dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələrində bərabərhüquqlu və qarşılıqlı sərfəli əsasda uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişafı kursuna sadiqdir. Bunu Türkmənistan Prezidenti Qurbanqulı Berdıməhəmmədov Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşündə bildirib. Bu barədə Türkmənistan dövlət informasiya agentliyinin məlumatında deyilir.
Məlumata görə, Azərbaycanın xarici işlər nazirinin müavini Türkmənistan rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin türkmən xalqına və onun liderinə ünvanlanmış xoşbəxtlik, sülh və əmin-amanlıq ifadə edilən səmimi salamlarını çatdırıb. Öz növbəsində, Türkmənistan Prezidenti Azərbaycanın ali rəhbərliyinə və xalqına ən yaxşı arzularını ifadə edib. Məlumata görə, Türkmənistan-Azərbaycan dialoqunun indiki vəziyyəti və onun sonrakı inkişafının perspektivləri ilə əlaqədar fikir mübadiləsi zamanı Türkmənistan dövlətinin başçısı və Azərbaycanın xarici işlər nazirinin müavini son illərdə müşahidə olunan milli maraqların yaxınlaşması tendensiyasını, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin nəzərəçarpan dərəcədə möhkəmləndirilməsini, həmçinin yanacaq-energetika və nəqliyyat-rabitə sahələrində qarşılıqlı fəaliyyətin güclənməsini razılıqla qeyd ediblər. Müzakirələrin əsas mövzusu təhsil sahəsində əməkdaşlıq imkanları olub. Çərşənbə axşamı Aşqabadda Beynəlxalq Humanitar Elm və İnkişaf Universitetinin açılış mərasimində iştirak edən Hafiz Paşayev Türkmənistan Prezidentinin milli təhsil sisteminin təkmilləşdirilməsinə ayırdığı böyük diqqət sayəsində ölkə vətəndaşlarının yeni nəslinin beynəlxalq səviyyədə təhsil almaları üçün çox yaxşı imkanlara malik olacaqlarına ümidini ifadə edib. Məlumatda deyilir ki, görüş çərçivəsində qeyd olunub ki, mövcud konstruktiv dialoqa iki dövlət başçısı arasındakı qarşılıqlı hörmətə əsaslanan münasibətlər sayəsində nail olunub. Dövlət başçıları dövlətlərarası münasibətlərin genişləndirilməsinə bütün istiqamətlər üzrə hər cür dəstək göstərirlər. Eləcə də bu dialoq Azərbaycan və Türkmənistanın müvəffəqiyyətlə qurulan əməkdaşlığının əsas məsələləri üzrə çoxtərəfli əsasda, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində tam qarşılıqlı anlaşma nəticəsində əldə olunub. Bununla əlaqədar qeyd olunub ki, Xəzər regionunda qonşu olan bu ölkələr müasir dövrün aktual, ən vacibi qlobal enerji təhlükəsizliyinin təminatı olan problemlərinin həllinin ən optimal variantının axtarışı üzrə strateji tərəfdaş kimi çıxış edirlər. Görüşün sonunda Hafiz Paşayev ilk dəfə səfər etdiyi Aşqabadın gözəlliyinə heyran olduğunu və dost türkmən xalqına səmimi qəlbdən çiçəklənmə, xoşbəxtlik, nəhəng planların və təhsil proqramlarının yerinə yetirilməsində uğurlar arzulayıb. Görüşdə Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadə də iştirak edib. Geri dön |