Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Düşüncə" İctimai Birliyi bəzi beynəlxalq təşkilatların ikili siyasətinə etiraz edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Diaspor > "Düşüncə" İctimai Birliyi bəzi beynəlxalq təşkilatların ikili siyasətinə etiraz edib

"Düşüncə" İctimai Birliyi bəzi beynəlxalq təşkilatların ikili siyasətinə etiraz edib


"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi bəzi beynəlxalq təşkilatların ikili siyasətinə etiraz edən bəyanat yayıb.

İctimai Birlikdən bildiriblər ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq aləmlə sıx təmaslar qurub, bir çox beynəlxalq təşkilatlara, konvensiyalara qoşulub, demokratik cəmiyyət quruculuğu istiqamətində böyük uğurlara imza atıb: "Eyni zamanda, ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Bu gün Azərbaycan insanı demokratik cəmiyyətin bütün qaydalarından sərbəst istifadə edə bilir. O cümlədən informasiya texnologiyaları, internet azadlığı sahəsində də Azərbaycan mühüm işlər görüb. Ölkə əhalisinin 70 faizindən çoxu internetdən, sosial şəbəkələrdən sərbəst istifadə edir, öz fikirlərini rahatlıqla bölüşə bilirlər".

Bəyanatda daha sonra qeyd olunur: "Lakin əfsuslar olsun ki, bir sıra beynəlxalq təşkilatlar bütün bunları görməzdən gələrək daim Azərbaycana qərəzli mövqe nümayiş etdirməklə seçiliblər. Başqa ölkələrdə baş verən hadisələrə əhəmiyyət verməyən bu təşkilatlar sanki oturub Azərbaycanda hansısa bir hadisənin baş verməsini gözləyirlər. Misal üçün, elə Avropa Şurası Azərbaycan bu təşkilata qoşulan vaxtdan ölkəni "siyasi məhbus" atəşinə tutub, ancaq "siyasi məhbus" adlandırdığı insanların müxtəlif cinayət əməllərindən xəbərsizdir.

Bundan əlavə, bir sıra beynəlxalq və regional təşkilatlar öz bəyanatlarında Azərbaycandakı faktiki vəziyyəti yox, məhz öz istəklərini qeyd etməyi daha vacib bilirlər. İstər "Amnesty International", istərsə də "Human Rights Watch" öz bəyanatlarında Azərbaycanı əsas hədəf kimi daha da qabardırlar.

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət qalib gəldikdən sonra Mixail Saakaşvilinin lideri olduğu Gürcüstan Vahid Milli Hərəkatının üzvlərinə və tərəfdarlarına qarşı kəskin repressiyalar başladı və nəticədə uzun bir siyasi məhbus siyahısı meydana gəldi. Ancaq adları yuxarıda qeyd olunan beynəlxalq təşkilatların bununla bağlı ciddi təpkisini görmədik".

"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi mövcud olan ikili siyasəti pisləyir və beynəlxalq təşkilatları ədalətli olmağa çağırır.

Geri dön