Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Bu il Bakıda 759 yol-nəqliyyat hadisəsi baş verib, 307 ölüm, 1428 xəsarət faktı qeydə alınıb
Bu il Bakıda 759 yol-nəqliyyat hadisəsi baş verib, 307 ölüm, 1428 xəsarət faktı qeydə alınıb |
2011-ci ilin yanvarın 1-dən dekabrın 17-dək Bakıda 759 yol-nəqliyyat hadisəsi baş verib.
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqədar bölməsinin rəisi Vaqif Əsədov bildirib. Bölmə rəisi qeyd edib ki, yol qəzaları nəticəsində 307 ölüm, 1428 xəsarət faktı qeydə alınıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları stabil qalsa da, 9 hadisə, 12 xəsarət artıb. Hadisələrin artımına səbəb ölkə üzrə qeydə alınan ümumi nəqliyyat vasitələrinin 62 faizinin Bakı şəhərində idarə olunmasından ibarətdir. Hadisələrin baş verməsinə 49 faiz sürət həddinin aşılması, 51 faizi təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillə vurulması, 27 faiz yol ayrıclarından keçmə qaydalarının sürücülər tərəfindən pozulması, 14 faizi isə əhali arasında qoşa xətt kimi tanınan nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətə hərəkət etmə səbəb olub”. V. Əsədov bu hadisələr nəticəsində 101 nəfər azyaşlının avtomobillər tərəfindən vurulduğunu deyib: “Onlardan 36 nəfəri dünyasını dəyişib, 55 nəfər isə xəsarət alıb. Həmçinin avtobus sürücüləri tərəfindən 109 yol qəzası törədilib. Nəticədə 38 nəfər ölüb, 101 nəfər isə xəsarət alıb. Bu günə qədər Bakı ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 334 min 370 protokol tərtib edilib. Bunlardan sərxoş halda avtomobilin idarə edilməsi 3955, qəza şəraiti yaratma 2095, polisin qanuni tələbinin yerinə yetirilməməsi 1476, işıqforun qırmızı işığında hərəkət edən 13 min 344, dövlət nömrə nişanı olmadan avtomobilin idarə edilməsi 489, sərnişin daşıma qaydalarının pozulması 2297, ötmə-manevr qaydalarının pozulması 2497, yol ayrıcı keçmə qaydalarının pozulması 42 min 448 təşkil edib. Eyni zamanda 313 avtoxuliqan, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən 5636 sürücü, avtomobili pərdə və plyonkalarla idarə edən 9979 sürücü, sürət həddini aşdığına görə isə 4492 sürücü və təyin olunmayan yerlərdən keçən 2502 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib”. Bölmə rəisi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il azyaşlıların vurulma hallarının artdığını qeyd edib. O, bu cür halların baş verməməsi üçün sürücülərin və valideynlərin ehtiyatlı olmalarının vacibliyini qeyd edib. Geri dön |